PDF Oxu

Köşə

  • 1 296

“Eurovision -2012”: Uzunmüddətli iqtisadi layihə kimi

“Eurovision -2012”: Uzunmüddətli iqtisadi layihə kimi

Azərbaycan daha bir regional tədbirə ev sahibliyi etməyə hazırlaşır. Gələn ay Bakıda təşkil ediləcək "Eurovision -2012" Mahnı Müsabiqəsinə qısa zaman qaldı. Müsabiqə ilə əlaqədar artıq bir neçə aydır ki, paytaxta infrastruktur dəyişiklikləri aparılır. "Eurovision -2012" Mahnı Müsabiqəsinə təkcə mədəniyyət deyil, həm də iqtisadi tədbir kimi yanaşılmalıdır. Nəzərə almaq lazımdır ki, "Eurovision -2012" Mahnı Müsabiqəsi kimi tədbirlərdə iqtisadi faktor daha öndə olur nəinki digər məsələlər. O baxımdan "Eurovision -2012" Mahnı Müsabiqəsinin Azərbaycan iqtisadiyyatına kifayət qədər hiss ediləcək müsbət təsirləri oldu.

Apardığımız tədqiqatlar göstərir ki, "Eurovision-2012" Azərbaycan iqtisadiyyatı üçün bir sıra ciddi müsbət dəyişikliklərə səbəb olub. Xüsusən, Heydər Əliyev adına beynəlxalq hava limanında xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, qısa zamanda xidmətin keyfiyyətinin artırılması buna misaldır. Hava limanında "Eurovision"la əlaqədar həyata keçirilən tədbirlər xidmət səviyyəsinin beynəlxalq səviyyədə qurulmasına gətirib çıxarıb. Eyni zamanda, infrastrukturun inkişafı, "Eurovision"a hazırlanması həm qısamüddətli, həm də uzunmüddətli perspektiv üçün iqtisadi baxımdan əlverişli, uğurlu hesab oluna bilər. Digər tərəfdən "Eurovision" nağdsız hesablaşmalara keçidi real etdi. Bu gün Bakının əksər xidmət, eləcə də, ticarət məntəqələrində postterminallar quraşdırılıb. Vətəndaşlar plastik kartlardan istifadə etməklə nağdsız ödəniş edə bilirlər.

Eyni zamanda, "Eurovision" ümumilikdə mədəni hadisə olsa da, əslində, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün çox önəmli hadisədir. Mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə bağlı olaraq artıq milyonlarla insan internet vasitəsilə ölkəmiz haqqında məlumatlar əldə ediblər. Digər tərəfdən isə, "Eurovision" müsabiqəsi keçirilən zaman 10 minlərlə insan ölkəmizə gələcək. Müsabiqənin turizm sahəsinə müsbət təsiri isə ondan ibarətdir ki, ölkəmizə gələn turistlər müsabiqə bitənə kimi Bakıda qalacaq, müxtəlif bölgələri görməyə gedəcək və otellərdən istifadə edəcəklər.

"Eurovision -2012" Mahnı Müsabiqəsinə, eyni zamanda, turizm sektorunun inkişafına dəstək aspektindən qiymətləndirilməlidir. Çünki bu cür genişmiqyaslı tədbirlərin keçirilməsi hər bir ölkədə turizmin inkişafı ilə birbaşa əlaqəlidir. Bu da turizmin inkişafına daha çox xaricdən kapitalın yönəldilməsinə, turizm şirkətlərinin müsbət yöndə inkişafına səbəb olacaq. Bununla yanaşı, "Eurovision"un Azərbaycanda keçirilməsi digər ölkələrdə arasında Azərbaycana xüsusi bir maraq yaradacaq. Müsabiqənin keçiriləcəyi yer gələcəkdə turistlərin ziyarət edəcəyi yer kimi yadda qalacaq. Sözügedən mahnı müsabiqəsinə ev sahiblik etmiş digər ölkələrin təcrübəsi göstərir ki, bu tədbir, eyni zamanda, uzunmüddətli pozitiv təsirlərə malikdir. Belə ki, bu ölkəyə gələcəkdə çoxsaylı potensial turistlərinin gəlməsi üçün şərait yaradır. Bu baxımdan, bu müsabiqənin təşkili turizm sektorun, eləcə də, xidmətlər kimi bir sıra yardımçı sahələrin inkişafını stimullaşdıracaq. Bu birmənalı şəkildə həmin sektorlara əlavə vəsaitlərin cəlb edilməsi deməkdir. Əslində, "Eurovision -2012" Mahnı Müsabiqəsinin təşkili zamanı sözügedən tədbirin təşkilindən Azərbaycan regionlarının inkişafına potensial dəstək kimi istifadə edilməsi olduqca vacibdir. Bu baxımdan, Mahnı Müsabiqəsi Azərbaycan regionlarının turizm potensialının tanıtdırılması və əlavə vəsaitlərinin cəlb edilməsi baxımdan əhəmiyyətlidir. Bu baxımdan, güman edilir ki, "Eurovision -2012" Mahnı Müsabiqəsinin Bakıda təşkili ölkənin regional inkişafına da müsbət təsir göstərəcək.

Mahnı müsabiqəsinin müsbət təsir göstərdiyi sektorlardan biri də məhz ölkənin bank sektorudur. Əvvəla, nağdsız hesablaşmaların tətbiqi bankların əlavə gəlirlərinin artmasına səbəb olacaq. Son aylar Bakıda nağdsız hesablaşmaların genişləndirilməsi üçün quraşdırılan post-terminalların sayının artması bankların likvidliyinin artırılması baxımdan olduqca əhəmiyyətlidir.

Azərbaycanda bank sektorunda nağdsız hesablaşmaların inkişafı ölkə iqtisadiyyatının Avropaya inteqrasiyasını da sürətləndirir. Nəzərə almaq lazımdır ki, nağdsız hesablaşmaların inkişafı, eyni zamanda, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergidən yayınmanın qarşısının alınması və eləcə də, əhali də modern ödəniş mədəniyyətinin formalaşması baxımdan əhəmiyyətlidir. Buna görə də, Mahnı Müsabiqəsinin təşkili ölkə iqtisadiyyatının uzun müddətli dövrdə yalnız birbaşa deyil, həmçinin, dolayı müsbət təsirlərə malik olacaq.

Beləliklə, Bakı iqtisadi təsiri mədəni əhəmiyyətdən heç də az olmayan beynəlxalq tədbirin keçirilməsinə hazırlaşır. Bu müsabiqənin dayanıqlı müsbət iqtisadi təsirləri isə iqtisadi və sosial islahatların uğurla aparılması üçün ciddi zəmin yaradacaq.

Digər xəbərlər