PDF Oxu

Köşə

  • 1 139

Mister HERKEL - ANDREAS QROSSUN  AVROPALI “SƏLƏFİ”

Mister HERKEL - ANDREAS QROSSUN AVROPALI “SƏLƏFİ”

Radikal müxalifətin və "İctimai Palata"nın bugünkü davranışları mənə bir daha 2003-cü ilin prezident seçkilərini, süquta uğramış "Azadlıq" blokunun qaragüruhçuluğunu xatırladır. Hətta həmin ərəfələrdə radikal düşərgənin "liderlərini" dəstəkləyən dırnaqarası xələflərin hazırkı "sələfləri" də uzun müddət keçməsinə baxmayaraq, dəyişilməyiblər. Yəni həmin vaxtlarda radikalizmə nüfuzlu təşkilatlar daxilində dəstək verən xarici qüvvələr var idisə, həmin qüvvələr elə indi də müəyyən vasitələrlə başlarını hara gəldi və necə gəldi dürtürlər. Çünki onların maraqları var və onların həmin maraqlarını təmin edən ölkə xainləri - müxalifət ünsürləri mövcuddur. Bir sözlə, dəyişən heç nə yoxdur. Ancaq...


DÜRTÜLMƏYİN Kİ, DÜRTMƏYƏK!


Ancaq bu ərəfədə müxalifətyönlü saytların birində getmiş informasiya diqqətimi cəlb etdi. Həmin məlumatda deyilir ki, Estoniya parlamentinin üzvü və Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Andres Herkel Azərbaycan hökumətini tənqid atəşinə tutub (?!)

Onu da xatırladım ki, bu, həmin Herkeldir ki, məhz 2003-2005-ci illərdə Azərbaycan hakimiyyətinə müəyyən sifarişlər əsasında təzyiqlər göstərməyə cəhd göstərən Andreas Qrossla birlikdə həmməruzəçi qismində çalışırdı. Amma nədənsə o zamanlar A.Herkel Qrossun radikal müxalifəti dəstəkləyən çıxışlarına dəstək vermirdi. Daha dəqiq desək, Azərbaycanda gedən müsbət dəyişiklikləri dəstəkləyirdi. Amma bu gün onun birdən-birə başqa vala keçməsi əslində təəccüb doğurur. Və onun həmin açıqlamasından belə bir qənaətə gəlmək mükündür ki, görünür, mister Herkel A.Qrossun "sələfi" rolunu oynamağa qərara gəlib. Ona görə də bu cür qeyri-ciddi açıqlama verməsi fonunda haralardansa sifariş alması real görünən faktorlardandır. Əgər belə olmasa idi, deməzdi ki, bu ölkədə "vicdan məhbusları var, bu, Avropa mədəniyyətinə tamamilə ziddir" (?!)

Bu cəhətdən Qrossun sələfi rolunda çıxış edən Herkel artıq bütün mənalarda daxili işlərimizə dürtülür və məcbur edir ki, biz də jurnalist kimi öz qələmimizi onun kimi adamların gözünə dürtək, isbat edək ki, ay avropalı deputat, Azərbaycanda "vicdan məhbusu" olmayıb, yoxdur və olmayacaq da! Sənin dediyin "vicdan məhbusları" elə tərənnüm etdiyin Avropa mədəniyyətinin arxa hissəsindədir. Belə olmasa idi, Qərbdə həbs olunmuş bloggerlərin söz azadlığının boğulması, bu kimi qanunların qəbul edilməsi ümumiyyətlə mövcud olmazdı. Məhz həmin avropalı həbs olunmuş gənclər, sözün həqiqi mənasında, vicdan məhbuslarıdırlar və onların həbsləri nəinki Avropa siyasətinə, eləcə də, Avropa mədəniyyətinə tamamilə ziddir!


ONUN ÖLKƏSİ AVROPA MƏDƏNİYYƏTİNƏ SADİQDİRMİ?


Qaldi ki, mister Herkelin "Eurovision"a və Avropa mədəniyyətinə "toxuna biləcək olaylardan narahat" olmasına, demək istərdim ki, heç də nigaran-filan qalmasın. Çünki Azərbaycan elə zəngin mədəniyyətə malik olan nadir ölkələrdəndir ki, dahi filosoflar, sərkərdələr, şair və dramaturqlar, alimlər məmləkətimizi Şərq və Qərb mədəniyyətlərinin birləşdiyi nöqtə kimi dəyərləndiriblər. Belə dəyərləndirmələrdən yüzlərlə, minlərlə misal göstərmək olar. Ona görə də kiminsə xoşuna gəlməkdən ötrü Qrossun "sələfi" olaraq Andres Herkelin "Azərbaycan Avropada kifayət qədər məşhur olan müsabiqəni təşkil edir və bundan ölkədəki siyasi problemlərə diqqət çəkmək üçün istifadə etmək lazımdır" kimi ifadələri ciddi qəbul olunmur.

Digər xəbərlər