PDF Oxu

Köşə

  • 1 217

GÖRƏSƏN, LENİN NƏ EDƏRDİ?

GÖRƏSƏN, LENİN NƏ EDƏRDİ?

90-cı illərin sonları, Sovet İttifaqının süquta uğrayan vaxtları idi. Artıq sovet cəmiyyəti deyilən amil get-gedə sönükləşir, hər kəs çox gözəl bilirdi ki, qırmızı imperiyanın axırı çatıb. Sadəcə, qalıb bunun rəsmi olaraq etiraf olunması. Məhz həmin ərəfələrdə marşrutla məktəbə gedərkən, ön sıralarda əyləşmiş iki yaşlı ağsaqqalın söhbətlərini kənardan dinləmək məcburiyyətində qalmışdım. Biri o birinə xalq hərəkatının daha da coşmasından, tezliklə imperiyanın dağılacağından danışır, o biri isə onunla razılaşmırdı. Və bu əsnada babasının əlindən tutmuş 10 yaşlarındakı qırmızı qalstuklu pioner ondan soruşur:

- Baba, ay baba, əgər Lenin SSRİ-də baş verənləri görsəydi, nə edərdi ?

Babası isə uşağa cavab verir:

- Heç nə ay bala, baxıb-baxıb, təzədən ürəyi partlayıb ölərdi...

Çox hörmətli oxucuya söhbətin əsas məqsədini çatdırmaq üçün həmin məsələni niyə xatırladığımı demək istərdim. Belə ki, bu gün "İctimai Palata"nın daxilində məhz xalq hərəkatının içindən çıxmış insanlar da mövcuddur. Və onlar hazırda 90-cı illərin axırlarında qırmızı imperiya tərəfindən hərəkata atılmış donosçuların, agentlərin dəstəkvericisi rolunda çıxış edirlər. Yəni İsa Qəmbərovun, Pənah Hüseynovun, eləcə də, Əli Kərimovun "liderliyini" qəbul edənlərin "palata"da nə halət etmələri təəccüblü görünür. Belə çıxır ki, elə həmin adamlar da bilavasitə SSRİ imperiyasının agentləri olublarmış?!

Bu səbəbdən də hələ aprelin 8-də İ.Qəmbərovun aprelin 22-ni (Vladimir İliç Lenin yoldaşın doğum gününü) "palata"nın növbəti mitinq günü kimi elan etməsi özündə bir çox şübhələr yaradan məqamları əks etdirir.


İCTİMAİ DEYİL, BOLŞEVİKLƏR PALATASI


Leninin doğum gününə təyin olunmuş mitinqin bu və ya digər (icazəli ya da icazəsiz) şəkildə keçirəcəklərini iddia edənlərin Vladimir İliçə bu qədər pərəstiş etmələrini təsəvvürümə belə gətirmirdim. Ancaq sən demə bunlar, yəni "İctimai Palata" monopolistləri Lenindən ötrü lap sinov gedirmişlər. Ona görə də uzun müddətdir ki, daxillərində gizlətdikləri BOLŞEVİK təfəkkürlərini axrı ki, ortaya çıxarmış oldular. Özü də "liderlərinin" dili ilə. Görünür, sonuncu biabırçı mitinqlərində çıxış edən İ.Qəmbərov, Ə.Kərimov və başqaları daha öncədən Leninin aprel tezislərini əzbərləyiblər. Ona görə də danışıqları qırmızı kommunistlərin danışıqlarından qətiyyən fərqlənməyib və ona görə də aprelin 22-də-Leninin doğum günündə onun aprel tezislərini yenidən səsləndirmək istəyirlər.

Ona görə də hələ 22 il öncə məktəbə gedərkən eşitdiyim söhbəti və verilən sualı öz-özümə verirəm. Əcəba, Lenin "İctimai Palata"nın bu kimi oyunbazlıqlarını görsəydi, nə edərdi?

Yəqin ki, bir daha ürəyi partlayıb ölərdi. Amma ölməmiş vəsiyyət edərdi ki, onlar qurumlarının adlarını dəyişsinlər. Yəni təmsil olunduqları qurumun adı "İctimai Palata" deyil, Bolşeviklər Palatası olsun. Öz aramızdır, pis ideya deyil haa, a "bəylər".

Digər xəbərlər