PDF Oxu

Köşə

  • 1 157

Əli Kərimov alman millətçiləri ilə əlaqələrini davam etdirir

Əli Kərimov alman millətçiləri ilə əlaqələrini davam etdirir

Əli Kərimov:


Alman millətçisi mənimçün qəşəng,

Mən hamısına da eyləyərəm zəng,

Ziyarət edərəm, pasport alan tək,

Qərbini fürerim Adolf Hitlerin.


Gözəl Bayramova:


Millətini sevən bilmişdim, amma

Hitleri sevməyin xeyli müəmma,

Mən inanmadım öz qulaqlarıma,

"Mayn fürer" deyəndə çox duzlu, şirin.


Əli Kərimov:


Namərdə çevrilmək eşqində fərdim,

Fürerdən ruh aldım, azaldı dərdim,

Onlarla viskini mən nuş edərdim,

Hitlerin eşqinə, olsa da irin.


Gözəl Bayramova:


Yəqin ki, adını qoyacaqlar doyç,

Qoyunsan, adına söyləmə sən qoç,

Bundan sonra istər lap Berlinə köç,

Bizim partiyamız deyildir yerin.


Əli Kərimov:


"Mayn füreri" çox keçirdim məşqdən,

Alman qəzetləri alıram köşkdən,

Abidə yaparam Hitlerə eşqdən,

Alman həmkarlarım deyər afərin.


Gözəl Bayramova:


Səni bəyənməzdi nə Məzi, Roşka,

Sənə lider kimi qoyuram toçka,

İdeal tapmadın Hitlerdən başqa,

Tünbətin olasan, qəbrin də dərin.

Əli Kərimov:


Sənin ürəyinin eşqi, azarı,

Qərbdən qrant ummaq, həm də ki, darı,

Hitlerin millətçi ideyaları,

Əsil simvoludur bütün bəşərin.


Gözəl Bayramova:


Sən sədr deyilsən, bizlər də banda,

Bunu deməliydin "Yurd"un doyanda,

"Mayn Kampf"ı rusca gördüyün anda,

Dərhal üzə çıxdı çirk-pasın, kirin.


Əli Kərimov:


Bildim ki, udacam duşa düşəndə,

Zərim nərtaxtada qoşa düşəndə,

Adolfu anlayıb başa düşəndə,

Beynim də işləyir müntəzəm, sərin.


Gözəl Bayramova:


Su içmək istəmir heç kəs əlindən,

Alman kəlmələri axır dilindən,

Usan bir tutduğun bəd əməlindən,

Bir qədər tənbəlləş, bir qədər ərin.


Əli Kərimov:


Alman xəlifəsi Adolf olubdu,

Sevdiyi oyun da ancaq qolfdu,

Burda da fürerlik bəndin alıbdı,

"Yurd"un fürerinə çalış az görün.

Gözəl Bayramova:


Olmaq istəyirdin sən bəyə varis,

Çevrilib olmusan pulgüdən həris,

Axırın da oldu əvvəlindən pis,

Əsil carçısısan pisliyin, şərin.


Əli Kərimov:


Məni cadulanmış göz xilas edər,

Necə ki, kababı köz xilas edər,

Hitler şovinizmi tez xilas edər,

Məni lap ağzına atsalar şirin.


Gözəl Bayramova:


Nədən fürer himni coşub çalarsan,

Alman üz döndərsə, fikrə dalarsan,

Ətini şir yersə, xoşbəxt olarsan,

Səni biz verərik əlinə "ter"in.


Əli Kərimov:


"Yurd"umu cənnətə yəqin döndərər,

Həmkarlar bağıma girib gül dərər,

Hamısı da mənə qrant göndərər,

Alqışını aldım onlarla merin.


Gözəl Bayramova:


Hitler ideyası indi ləyəndə,

Bunu bəyənməyir "Yurd"da bir bəndə,

Sən alman dilində kəkələyəndə,

Bulanır suları Arazın, Kürün.

Əli Kərimov:


Dostumdu Hitlerin sözünü yayan,

Almanlar olacaq sənə də həyan,

Bütün həmkarlara edirəm bəyan,

Siz də mənim kimi almanca hürün.


Gözəl Bayramova:


Sənə yaraşmadı nə müştük, demi,

Məni zənn edibsən adi fəhləmi?

Çox fürer deyərək, tökdün zəhləmi,

Hitler çoxdan ölüb, yoxdu xəbərin.


Əli Kərimov:


Adını dəyişib alman qoymasan,

Qrant üzü görməz heç zaman masan,

Füreri özünə hami saymısan,

Mənim partiyamdan süpürül, kürün.


Gözəl Bayramova:


Dayanma bizlərin sırasında sən,

Əridin fürerin qarasında sən,

Gəzirsən ölülər arasında sən,

Səni mən içində gördüm qan-tərin.


Əli Kərimov:


Yaman fənalaşıb son vaxtlar halın,

Tərsinə fırlanır köhnəlmiş valın,

Daha pis olacaq sənin əhvalın,

"İP"indən çıxmasan İsa Qəmbərin.


Gözəl Bayramova:


Cəbhənin özüyçün açma sən əngəl,

Ən böyük tikəni əvəzlər xəngəl,

At faşist Hitleri, bizə doğru gəl,

"Yurd"u dirçəldərdi sonuncu "həri"n.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər