PDF Oxu

Köşə

  • 1 184

LENİN, HİTLER, MNANBA VƏ...

LENİN, HİTLER, MNANBA VƏ...

Düşərgə "liderlərinin" gah bir, gah da digər tarixi diktatorların ad günlərində tədbirlər keçirmək şakərləri, deyəsən, əməlli-başlı adət-ənənə şəkli alıb. Məsələn, AXCP (i) sədri Əli Kərimovun Adolf Hitlerin ad günündə yığıncaq keçirməsi, Müsavat başqanı İsa Qəmbərovun "təşəbbüsü" ilə 22 apreldə, Leninin anadan olduğu gün "palata"nın mitinq keçirmək təklifini verməsi bir daha deyilənləri sübuta yetirmiş olur. Və maraqlıdır ki, nədən bu diktatorluq amili radikal müxalifət "liderlərinin" qanlarına işləyib? Sözsüz ki, bunun cavabı bir budur ki, istər Ə.Kərimov olsun, istərsə də İ.Qəmbərov olsun, onların hər ikisi yeri gəlsə lap Zambiyanın eks adamyeyən diktatoru Mnanbanın da ad günündə onun şərəfinə mitinq keçirməyə hazırdırlar.

Deyilənə görə, "İctimai Palata"nın keçirməyə cəhd göstərəcəyi 6 may mitinqi də elə-belə tarix deyilmiş. Belə ki, həmin gün, həqiqətən də, Zambiyanın eks adamyeyən diktatoru Mnanbanın doğum tarixinə təsadüf edirmiş. Və nəticədə, daha bir fakt meydana çıxdı. Sən demə, ötən il icazəsiz aksiya keçirdikləri 2 aprel tarixi serblərin qaniçən diktatoru Miloşeviçin doğum gününə təsadüf edirmiş. Demək, bunların şeytanla əlaqədə olmaları da məhz diktatorların doğum günlərində tədbirlər keçirmələri ilə bağlıdır.

Mayın 6-sı isə həmin adamyeyən Mnanbanın xatirə gecəsini keçirmək istəyən Ə.Kərimov, İ.Qəmbərov həmin vasitə ilə demək istəyirmişlər ki, onlar hətta hakimiyyətə gəlməkdən ötrü, onun kimi adamyeyən hannibal belə olmağa hazırdırlar.

Belə yerdə Allah özü saxlasın bu cür adamyeyənlərin əlindən. Yoxsa ortada millət-filan qalmaz, hamısını yeyib, həzm-rabelərindən keçirərlər.


HANNİBALLARA QURBAN GEDƏN "PALATA"


Düzünü desəm, müasir zamanlarda müxtəlif ölkələrdə adamyeyən manyaklar peyda olmağa başlayıb. Fəqət, belələrinin burada da olması artıq fakt kimi ortaya çıxmaqdadır. Yaxşı, başa düşdük ki, insan qəssabları olan Lenin bolşevizmi, Hitler faşizmi, Miloşeviç qəddarlığı "liderlərin" maraq dairələrini təşkil edir. Amma anlaşılmaz odur ki, "İctimai Palata"nın Zambiyanın gəbərmiş adamyeyəni və rəhbəri olmuş Mnanbanın doğum günündə onun "əzizi xatirəsi" üçün kimlər əsas duaçılar olacaq?

Sözsüz ki, burada da AXCP (i) və Müsavat rəhbərləri bir -birlərinə qarşı amansız mübarizə aparacaqlar. Belə ki, Əli Kərimov deyəcək ki, "rəhmətlik" Mnanbanın dua oxumaq ayinini mən keçirəcəm, İsa Qəmbərov isə deyəcək ki, yox, adamyeyən diktatorun dua ayinini mən, Müsavat başqanı oxuyacam!

Və beləliklə, Mnanbanın goru çatlayacaq. Çünki həm İ.Qəmbərov, həm də Ə.Kərimov onun gorunun məhz özləri tərəfindən anılması üçün bir-birini qırıb-çatacaqlar. Ancaq mən onlara bir məsləhət vermək istərdim ki, ay "bəylər", bir-birinizi qırmayın, yazıqsınız. Bu qədər ki, Mnanbanı sevirsiniz, gedin "İctimai Palata" qarışıq Zambiyaya və yaşayın orada. Yəqin Mnanbanın ruhu da sizləri orada səbrsizliklə gözləyir. Ancaq ehtiyatlı olun, orada ondan da pis adamyeyənlər var haaa! Siz cəhənnəm, sizə inanan beş-üç nəfərə yazığınız gəlsin!

Digər xəbərlər