Azərbaycanda, əsasən, "r" hərfi olmayan aylarda (may, iyun, iyul və avqust) balıq yeməklərinin yeyilməməsi və may ayında toy və digər şənlik məclislərinin keçirilməməsi artıq dəb halını almışdır. Bu lüzumsuz vərdişlərin birini, yəni balıq məhsullarından istifadə etməməyi özümüz ortaya atmışıq. Artıq hamımız müşahidə etməyə başlamışıq ki, balıq məhsulları mağazaların soyuducularından çıxarılıb. Burada mağazaçıları qınamaq yersiz olardı. Axı bu məhsulun alıcılıq qabiliyyəti azalıb. İndi azlıq təşkil edən balıq əti yeyənlər bu r-sız aylarda xüsusi balıq mağazalarına müraciət etməli olacaqlar. Görəsən, balıq yeməyən çoxluq bu lüzumsuz vərdişi nə səbəbə ata-babalarımızın ayağına yazırlar? Əcəba, "r"siz dörd ayda ət məhsulları içərisində ən dadlı və faydalı balıqdan imtina etməsəydik, xəncərimizin qaşımı düşəcəkdi? Xülasə, bu, bizim milli vərdişimizdir. Bu dörd ayda balıq yeməyi az qala özümüzə qadağan etmişik. Bilmirəm, bunu milli faciəmiz, yoxsa milli xoşbəxtliyimiz adlandırım?..
May ayında şənlik məclislərinin keçirilməməsi məsələsi artıq bir çox ölkələrdə adət halını almışdır. Rusiyada bu ayın bədliyi haqda xüsusi məsəl də yaradıblar: "Kto jenitsya v maye vsyu jizn budet mayatsya." Yəni may ayında evlənənlər ömürləri boyu əzab çəkəcəklər. Rusiyada və dünyanın bütün ölkələrində ermənilər və onların diasporası yaşayıb, fəaliyyət göstərdiyini bilirik. May ayının nəhs və bədnam ay olduğunu da məhz ermənilər yaymışlar. Bəs bu cür addım atmağı ermənilərə nə vadar etmişdir? Deyir xeyirxah adam yüz qışqırsa ki, filan şey belədir, hətta o, düz desə də, ona inanan olmayacaq. Ancaq bədxah öz bədxahlığını hiylə və riyakarlıqla gerçəkləşdirir və bu zaman qarşısındakını inandırmaq üçün göz yaşını sel kimi axıdır. İnanma görüm, necə inanmırsan?!
Bəli, 24 martı öz soyqırımları kimi qəbul edən bədnam ermənilər xoş ab-havalı may ayında ölülərinin qırxını keçirdiklərindən, bu ayı matəm və faciə ayı kimi təqdim edib, onlarla xalqı öz yalanlarına inandırıblar. Xatırladırıq ki, onlar ölülərinə "qırx" keçirməyi də bizdən götürüblər. Göründüyü kimi, biz öz sadəlövhlüyümüzdən may ayında toy mərasimi, ad günü və digər şənlik mərasimləri keçirməməklə, istər-istəməz aldanıb erməni dəyirmanına su tökmüş oluruq.
Bəlkə may ayında balıq yesəydik, şüurumuz aydınlaşar və erməni lənətullahların "yasını" da keçirməzdik. Necə bilirsiniz, bəlkə bu cür lüzumsuz adət və vərdişləri tərgidək? Bu yerdə demək yerinə düşərdi ki, soysuz-köksüz dığada "fərasətə" bax ki, tək bir bizi yox, dünyanın bir neçə xalqını da öz yalanına inandırmağa və öz məkrli məqsədinə xidmət etdirməyə nail olub.
Təəssüf ki, bizim bu yazımızdan sonra da hələ uzun illər bir çoxları may ayı ilə əlaqədar erməni yalanına uzun illər inanmaqda davam edəcək və bu ayı məyusluq və kədər içində keçirməyə üstünlük verəcək. Biz isə "r"siz aylarda da balıq yediyimiz üçün erməni yalanına inanmır və may ayı ərzində kifayət qədər şən görünməyə çalışır və ermənilərin ölülərinə və dirilərinə lənət oxuyuruq. Sən də bizim kimi et.