PDF Oxu

Köşə

  • 1 464

AUFİDERZEYN, HANS!

AUFİDERZEYN, HANS!

Yəni əlvida, Hans! Ona görə əlvida ki, şəxsən mənim sənə olan hörmətim-izzətim bir balaca var idisə, indi heç o da yoxdur. Çünki sən bütün mənalarda həmin hörmətini atdın ayaqlar altına və bir daha sübut etdin ki...

Nə isə, uzun-uzadı deməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, sənin məmləkətində baş verən sosial ədalətsizliklər, irqçilik, neonasizm meyilləri yenidən işarmağa başlayıb, həmin mənfi xüsusiyyətlərdən isə həm sənin xalqının sadə nümayəndələri, həm də qeyri-millətlərdən olan xalqlar zaman-zaman əziyyətlərlə qarşılaşırlar. Məgər bu, sənə yaraşırmı, Hans?


AXI NƏYİN ÇATMIR?


Sənə yaraşırmı ki, sən "Der Şpigel"də, "ARD-1" TV-də, "Deutsche Welle"-də Azərbaycan haqqında qərəzli kampaniyalar aparıb, Avropa xalqından əsil həqiqətləri, əsil reallıqları gizlədəsən? Məncə, yaraşmazdı, amma özün-özünə bunu yaraşdırdın, Hans! Axı sənin nəyin çatmır? Korrupsiya vasitəsilə istədiyin həyat şəraitini, istədiyin kimi qurmusan, median, qəzetlərin, müəssisələrin, hər şeyin birbaşa korrupsiyayla əlaqəlidir. Hətta sənin ombudsmanın olan M.Löninq də etiraf edir ki, o, müəyyən dairələrlə işləyir və həmin dairələrdə erməni barmağı mövcuddur. Çünki sənin və ombudsmanının Bakıdakı dostu Leyla Yunusova erməni qardaş və bacıları ilə daim yaxın təmaslar qurur. Həmin təmasların daxilində sənin və Löninqin də olması şübhəsizdir.


BAŞ ROLLARDA XƏDİCƏ VƏ HANS


Tamam unutmuşdum ki, axı sənin burada daha bir dostun, almansayağı seks üzrə həmfikrin var. O, Xədicə İsmayılovadır. Həmin Xədicə ki, o, millətin qarşısında almansayağı seks pozaları nümayiş etdirdikdən sonra, elə almansayağı da bundan "fəxr" etdiyini, "utanmadığını" bəyan etdi. Hətta bildiyimə görə, Almaniyanın tanınmış pornofilm kinoindustriyalarından biri dərhal Xədicəyə baş rol təklif etdi. Hazırda isə sən Hansın vasitəçiliyi ilə razılaşma prosesinin sonuncu mərhələsi uğurla başa çatmaqdadır. Bildiyimə görə, özün də baş rol ifaçısı olacaqsanmış. Amma bir məsələ də var ki, bu uğur sənin və xədicəsevərlərin "uğurudur". Bu uğura görə səni "təbrik edirəm". Xalqım isə nifrət edir. Nifrət edir ona görə ki, belə şeylər ancaq xəstə təfəkkürün maraqlarını təmin edir. Xalqımın təfəkkürü isə sən Hansdan fərqli olaraq şərafət və ləyaqətlə tamamlanır. Məhz bütün bunlara görə də deyirəm: AUFİDERZEYN, HANS, MƏNİMLƏ SƏNİNKİ TUTMAZ!

Digər xəbərlər