PDF Oxu

Köşə

  • 1 149

Oğru erməni elə bağırdı ki...

Oğru erməni elə bağırdı ki...

Onun-bunun dəstəyilə Cənubi Qafqazda yerləşib, burada "böyük Ermənistan"ın cüzi təməlini qoyan ermənilər, sovetlər dövründə öz ərazilərini Azərbaycan torpaqları hesabına iki qat genişləndirməyə nail oldular. Ancaq məqsədləri üç dəniz arasındakı bütün əraziləri ələ keçirmək olduğundan, məkrli planlarını açıq-aşkar gerçəkləşdirməyə hələ də uğursuz cəhdlər edirlər. Bununla da bədnam ermənilər atalarımızın "Allah dəvəyə qanad versəydi, uçmamış dam qoymazdı" məsəlini təsdiqləməli olublar. Təəssüf ki, erməni dəvəsinə qanad verən dövlətlər də kifayət qədər çoxdur.

Hazırda ermənilər 1915-ci il türklərin onları soyqırımına məruz qoymaları haqda əsassız iddialarını gerçəkləşdirməyə cəhd edirlər. Avropanın bütün ölkələrinin birləşmiş qanunları Osmanlı İmeperiyasını məhv etməyə qalxarkən, türk torpaqlarında yaşayan ermənilər yadellilərə bələdçilik edirdilər. Döyüşlərdə türk əsgərləri və dinc sakinləri ilə birlikdə Avropanın bütün ölkələrinin çoxsaylı əsgər və zabitləri həlak olmuşdular. Xain ermənilər ölülərindən də yararlanmaqdan çiyrənmirlər. Ermənilərin özlərinin bir ölüsünü belə əsəb gərginliyi ilə qarşılamalarını atalarımız "erməni qan gördü..." kimi ifadə ediblər. Əsasən, dinc əhalinin qanına susayan erməni, deyəsən, təsirin əks-təsirə bərabər olduğunu anlamaq istəmir. Fransa, Rusiya kimi ölkələrə arxalanıb, ABŞ-ın maliyyə yardımı ilə "babam mənə kor dedi, gələni-gedəni vur dedi" prinsipi ilə kor tutduğunu buraxmadığı kimi, "soyqırımı" deyib dururlar. Erməni dəstəkçiləri isə, sadəcə olaraq, erməni kartından istifadə edərək, öz maraqlarını təmin edirlər. Oğru erməni də bundan vəcdə gəlib qışqırmaqda, şivən davam edir.


Haqlıya haqq kömək edir


Dünyada ən azı 50 milyon azərbaycanlı yaşayır. Türk millətlərinin sayı isə 150 milyona yaxındır. Ermənilərin ümumi sayı isə 5 milyonu aşmır. Allahın kimə ruzi-bərəkət, kimə artım verməsi göz qabağındadır. Ermənistanın Spitak adlı ərazisində də, Bakıda da 7,5 bal gücündə zəlzələ olmuşdu. Bakıda ölənləri barmaqla saymaq olardı, Spitakda isə 40 min erməni gəbərdi. Allahın kimə həyat, kimə ölüm verməsi də bir bu məsələdən aydın görünür.

Allah türkün tərəfindədir. Türkün görə biləcəyi yeganə iş bir yumruq halında birləşməkdir. Azərbaycanla Türkiyənin "bir millət - iki dövlət" kimi birləşməsi bir örnəkdir. Bu birlik erməninin nəfəsini kəsməkdədir. Ermənistanın İsveçrədə səfiri işləyən fransız ermənisi Şarl Aznavur erməni dövlətinin "soyqırımı" oyunundan əl çəkib, türklərlə əməkdaşlıq əlaqələri qurmağa çağırır. "Soyqırımı məsələsi məni bezdirib" deyə müğənni etiraf edir. Ermənistanın bir çox siyasi partiyası Sarkisyan rejiminin ölkəni və xalqı fəlakətə sürüklədiyini bəyan edir. Artıq Ermənistan ayaq üstə dura bilmir. Yavaşca üfürməyimiz kifayət edər ki, bu bədxah ölkə uçuruma yuvarlansın.

Ermənistan öz kinində boğulmaqdadır. Başqa cür ola da bilməz. Atalarımız "sirkə nə qədər tünd olsa, öz qabını çatladar" demişlər. Artıq erməni dəvəsinə qanad verən ölkələr də erməni kartının fayda gətirmədiyini duymağa başlamışlar. Bunu hiss edən, ancaq dərk etmək istəməyən yalnız ermənilərdir. Onların bu miskin vəziyyətlərini atalarımızın "heyvanına şükür, ilahi" məsəli ilə tamamlayırıq.

Digər xəbərlər