PDF Oxu

Köşə

  • 1 089

MÜXALİFƏTİN FAŞİZM MƏRƏZİ

MÜXALİFƏTİN FAŞİZM MƏRƏZİ

Radikal düşərgədə son günlər daha bir xəstəliyin meydana gəlməsi, yəni özlərini "lider" deyə adlandıranların təzə mərəzə tutulmaları artıq onların daxili aləmlərinə o qədər sirayət edib ki, hətta bu gün "İctimai Palata"da hər kəs almanca danışmağa başlayıb. Məsələn, Müsavat və AXCP (i) kuluarlarında bir-birilərinin qarşısına çıxan müxalifətçilər bir-birilərinə "HAYL İSA!", yaxud da "HAYL ƏLİ!" deyə faşist salamı verirlər. Lakin arada problemlər də yaşanır ki, həmin problemlərdən biri də "cəbhəçi" ilə müsavatçının qarşı-qarşıya gəlməsidir. Dəxi bunlar üz-üzə gəldikləri zaman, biri "HAYL ƏLİ!" o birisi isə "HAYL İSA!" dedikdə aləm qarışır bir-birinə. Axı salam vermək görmüşük ki, bir formada olar. Bunların salamlaşmaları isə nə ətdir, nə də ki, balıq. Bir sözlə, "liderlərindən" doğan faşist salamı müxalifət düşərgəsində ciddi çaşqınlıqlar yaradıb. Buna isə mərəz deyirlər.


HƏTTA ALMANLAR BUNLARI BARIŞDIRA BİLMƏDİ

Bu ərəfələrdə Almaniya Bundestaqının "Yaşıllar" Partiyasından olan və faşizm ideologiyasını təbliğ edən deputatı Folker Bek Avstriyada (qeyd edək ki, Adolf Hitlerin doğulduğu ölkə də məhz Avstriyadır) yayımlanan "Der Standart" qəzetində növbəti dəfə Azərbaycan və dövlətçiliyimiz əleyhinə çıxışlar edib. Belə ki, ağlı peyinləşmiş faşizm ideologiyası ilə dolan Folker Bek bu yaxınlarda da bu kimi açıqlamaları ilə radikal müxalifətin çiçəyini çırtlatmışdı. Bu dəfə də almaniyalı deputat öz qondarma məqaləsində yazır ki, guya Bakıda keçirilən "Eurovision" yarışmasına siyasi çalarların əlavə edilməsi ədalətli olardı (?!)

Maraqlıdır, bəlkə F.Bek daxilindəki faşizm siyasətində olan çalarlarına çəki-düzən verərdi? Axı bu hal ona çox baha başa gələ bilər.

Başqa tərəfdən isə Avropa Şurasının Azərbaycanda "siyasi məhbuslar" üzrə almaniyalı məruzəçisi Kristofer Ştrasser də Bakıya gəlməkdən imtina etdiyini deyib. Özü də minnətlə. Burada Ştrasserə deyiləsi bir söz var: "Belə cərə gəl, cəhənnəmə gəl! Sən gəldin nə olacaq, gəlmədin nə olacaq. Olan olub. Yəni o olub ki, Ştrasser Azərbaycanda "siyasi məhbus" məsələsinin olmadığını birdəfəlik olaraq qanmalıdır".

Qaldı ki, müxalifətin faşizm ideologiyasından doğan aqressiyalarına, bu zaman həmin aqressiyalar çərçivəsində özlərinə dost bildikləri alman çoxbilmişləri də onları ayıra bilmirlər. Ona görə də bilinmir ki, düşərgədə HAYL İSADIR, YOXSA HAYL ƏLİ... Belə də qalanda ikisi də bir zibildir da, nə fərqi var ki? Yəni Həsən keçəl, keçəl Həsən...

Digər xəbərlər