PDF Oxu

Köşə

  • 1 219

ƏLİ KƏRİMOVUN YEKƏ “PLANLARI”

ƏLİ KƏRİMOVUN YEKƏ “PLANLARI”

Bu günlərdə mətbuat səhifələrinin birində maraqlı bir yazı ilə rastlaşdım. Yazının məzmunu və mahiyyəti müxalifət düşərgəsinə aid olunmuşdu. Ancaq bununla yanaşı, orada bəzi məsələlər qabardılmışdı ki, həmin məsələlərin də başında AXCP (i) sədri Əli Kərimov dayanmışdı. Bir sözlə, "cəbhə" sədrinin qarşısında dayanan yekə-yekə "planları" tam təfərrüatları ilə həmin məqalədə yer almışdı. Buradan da göründüyü kimi, Ə.Kərimov düşərgədəki potensial düşməni olan Müsavat başqanı İsa Qəmbərovun qara piarını, yaxud da özünün mavi reklamını "böyük məharətlə" qurmağa müvəffəq olub. Bəs nədir "cəbhə" şefinin yekə "planları"?


İSA QƏMBƏROV ƏLİNİN ƏLİNDƏN ÖPÜB?


2013-cü il yaxınlaşdıqca, radikal düşərgədə gedən parçalanma sindromu daha böyük vüsət almaqdadır. Belə ki, həmin vüsətalmada əsas məqsəd kimin "vahid namizəd" olacağı üstündə gedən amansız düşmənçilik faktorudur. Çünki hələlik, "İctimai Palata" adlanan quruma birgə rəhbərlik edən hər iki fərdin çox tezliklə açıq savaşa gedəcəkləri reallaşmaq üzrədir. Bu mənada, "Yeni Müsavat" qəzetində İ.Qəmbərovun daha şanslı namizədliyi, "Azadlıq" qəzetində isə Ə.Kərimovun "vahid namizəd" olacağı mənə 2003-cü ilin oktyabr aylarını xatırladır və onu yenidən təkrarlamağa ehtiyac yoxdur məncə...

Bu gün həmin hadisələrin bənzərliyi fonunda müxalifətin birliyindən laqqırtı döyənlərə agah olsun deyə, bildirirəm ki, sən demə, Müsavat başqanı "cəbhə" sədrinin əlindən öpərək, ona təzim edibmiş (?!) Və bunu ona xarici ağaları xüsusi olaraq əmr edib. Əmr olunub ki, əgər Əlinin əlindən öpsən, sənə zaval olmayacaq. O da tələm-tələsik qaçaraq şəkildə AXCP (i) sədrinin əlini-ayağını duz kimi yalayıb, öpüb. Və əslində, burada elə də təəccübləndirici obraz təsəvvürə gətirmək lazım deyil. Çünki bunlar məhz 2003-cü ildə şeytanın da əlindən-ayağından öpməyə hazır olduqlarını dəfələrlə bəyan edirdilər. Ona görə də ya şeytan olsun, ya da ki, Ə.Kərimov olsun, fərqi nədir, ikisi də eyni zaddırlar. Məsələ ondadır ki, İ.Qəmbərov Ə.Kərimovun ayağına gedib. Amma niyə və hansı səbəblərdən, bax, onu da indi deyəcəm hörmətli oxucularıma.


QUDURASAN, QURBAĞA!


Sən demə, "cəbhə" şefi Müsavat başqanı qarşısında öz yekə "planlarını" izah edərkən, dəridən-qabıqdan çıxıb. Hətta hönkür-hönkü ağlayıb ki, ay İsa, sən yalandan da olsa, mənim əlimdən öp, biət et. Mən də səni 2013-cü ildə aparım hoppalara. Sonra da vaxtı çatanda, mən sənin harandan desən, hayanından istəsən, nəinki öpərəm, hətta dişləyərəm! İ.Qəmbərov isə ondan soruşduqda ki, bəs nədir sənin yekə "planın"? Bu zaman Ə.Kərimov alıb sazı və deyib ki, seçkilərdən sonra Allah eləməmiş istədiyi baş tutsa, (bu, sadəcə, onun xəyallarıdır-R) İ.Qəmbərova elə bir vəzifə, elə bir dəm-dəstgah quracaq ki, Müsavat başqanının başı qoluna taxdığı bahalı İsveçrə saatının əqrəbləri istiqamətində gicəllənəcək. Lakin həmin gicəllənmədən qorxan başqan Ə.Kərimovun bu kimi yekə "planlarına" inanmadığını deyib və qapını çırpmamış bildirib ki, vaxt gələcək, "sən də mənim "planlarımın" qurbanına çevriləcəksən, necə ki, bir zamanlar çevrilmişdin. Pəh! Qudurasan, qurbağa, bunun planına-zadına baxın bir".

Bax, beləcə AXCP (i) sədrinin "palanları" növbəti dəfə alınmadı.Bir şeydən başqa. O, ən azından İ.Qəmbərovun qarşısında meymun kimi oynatmağı bacardı.Ancaq düşünmədi ki, İ.Qəmbərovun ona hazırladığı yekə-yekə sürprizləri ola bilər...

Digər xəbərlər