PDF Oxu

Köşə

  • 1 337

Müxalifət “deyişməsi”

Müxalifət “deyişməsi”

Əli Kərimov:


Səni adlandırdım öz qardaşım da,

İmzanı qoymusan, hətta qaşında,

Dinmədim, oturdun daim başımda,

İndi mən oluram almadərən də.


İsa Qəmbərov:


Uğurlu işimə əvvəl beş verib,

Bosslar indi mənə yeni iş verib,

Qərb mesaj göndərib sifariş verib,

Öpüm əllərindən səni görəndə.


Əli Kərimov:


Az qala gözümü edəcəkdin şil,

Baş-ayaq dur dedin, mən dayandım mil,

Sənin qulluğunda durum 20 il,

Mənim əlimi öp salam verəndə.


İsa Qəmbərov:


Boss payı yeyərək, köpəndə dərhal,

Gözümü saxladım təpəndən dərhal,

Sənin əllərini öpəndə dərhal,

Batır dodağını şəkərə-qəndə.


Əli Kərimov:


Müsavatçıların kindən ölürlər,

Əlimi öpürsən, sənə gülürlər,

Xarici bosslar da yaxşı bilirlər,

Gizli bir sirr yatır, inan ki, məndə.


İsa Qəmbərov:


Lazımi məqamda sən olmalıyıq,

Daim ünsiyyətcil, şən olmalıyıq,

Biz daim bir yerdə, tən olmalıyıq,

Lazımmı bələdçi görünməz kəndə?

Əli Kərimov:


Zəifləsək, rəqib bizləri dənlər,

Nəyimizə gərək filan-beşmənlər,

Nə qədər mehriban olsaq, düşmənlər

Əlbəttə, boğular daxili kində.


İsa Qəmbərov:


"İP"-də bölünməzdi sizin post axı,

Niyə demirsiniz birgə tost, axı?

Ayrılmayın deyin bizə boss, axı,

Siz bir məsləkdəsiz, həm də bir dində.


Əli Kərimov:


Çətin su dolduraq, boş olsa quyu,

Duruldur bizimçün bulanıq suyu,

Qərb verir bizlərə dirilik suyu,

Bossuna naşükür olarmı bəndə?


İsa Qəmbərov:


Nə qədər qocalsan, ey gözüm, öyrən,

Aksiya keçirib əzm, dözüm öyrən,

Mənə işlə deyir boss, özün öyrən,

İnqilab başlasa da, get öyrən Çində.


Əli Kərimov:


Lazım gəlsə gedin lap Qərbə də lüt,

Ağır, batman gəlin, görünməyin şit,

Çalışın olmayın heç vaxt, qanmaz, küt,

Çörək yanacaqdı, küt düşsə kündə.

İsa Qəmbərov:


Yükü az vurun ki, çatlamasın most,

Təmas istəyibdi bizlərdən də, boss,

Qərbə qulaq asıb olmalıyıq dost,

Didişən yaşayır daim pis gündə.


Əli Kərimov:


Heç vaxt düz baxmayıb bu vətən mənə,

Münasibət göstər nikbin, şən mənə,

İsa, güzəşt eylə daim sən mənə,

Olsa qarşıdurma, qalarıq tində.


İsa Qəmbərov:


"İP"-ə yumurta da səhvən lax gələr,

Adam az gələrsə, gözə ox gələr,

Növbəti mitinqdə kütlə çox gələr,

Biz də dayanmarıq beş yüzdə, mində.


Əli Kərimov:


Bizə Moskva da net deyə bilməz,

İşi o cür-bu cür et deyə bilməz,

Bizə bir yetkili get deyə bilməz,

Lider çox olubdu sən və mən sində.


İsa Qəmbərov:


Gördün ki, zildəsən, bir az bəmə düş,

Əli, vaxt tapanda mənimlə bölüş,

Donub qalmalıdı çöhrədə gülüş,

Bacarıq çox olar çöhrəsi şəndə.

Əli Kərimov:


Məgər bir düşmənik, Qıpçaq Məliyik?

Ayrılsaq, deyərlər xalis dəliyik,

"İP"-də birlikdə göyərməliyik,

Böyük hikmətlər var adi bir dəndə.


İsa Qəmbərov:


Lazım gəlsə yada iblisik, şərik,

Adam az gəlsə də mitinqdə nərik,

"İP"-i əldən versək, ayrı düşərik,

Azarıq azacıq dumanda-çəndə.


Əli Kərimov:


Gərək pərgar olaq mitinqdə dildən,

Xeyli qazanarıq Qərbə get-gəldən,

Qərargahı belə verərik əldən,

Dərhal qərarlaşar yerimiz hində.


İsa Qəmbərov:


Rəqiblər də maraq güdəcək dərhal,

Bir olsaq, arzumuz bitəcək dərhal,

Biz çaşsaq, sayıqlıq itəcək dərhal,

Qurban da gedərik adi bir fəndə.


Əli Kərimov:


Həyəcan təbili çalsın arxada,

Dərin xəyallara dalsın arxada,

Bizi sevməyənlər qalsın arxada,

Həmişə olmalı ikimiz öndə.


İsa Qəmbərov:


Nə qədər udsaq da, gözümüz acdı,

Az qrant gördükcə iştaha qaçdı,

Bizə, sözsüz, ancaq xaric əlacdı,

Rəğbət olmayacaq bizə vətəndə.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər