PDF Oxu

Köşə

  • 1 114

“BADBAXTLIĞIN” AÇARI

“BADBAXTLIĞIN” AÇARI

"ACP"-nin "lideri" Rəsul Quliyev yenidən bəyan edib ki, o, ABŞ-da müəyyən siyasi dairələrin tanımış adamları ilə viski içib. Ancaq həmin viskinin "neçəyə" olmasını nədənsə deməyib eks-spiker. Sadəcə, qeyd edib ki, budəfəki görüş konqresmenlərlə, yaxud da senatorlarla deyil, nə az, nə çox, düz BMT-nin adamları ilə baş tutubmuş. Ancaq o, keçən dəfə də deyəndə ki, konqresmenlərlə görüşüb və müxalifətin hazırkı vəziyyəti haqqında müzakirələr aparıb, bax, onda məlum olmuşdu ki, sən demə, R.Quliyev "cənabları" konqresmenlərin referentləri ilə "çaşka lojka" olubmuş. Faydası isə heç nə!

Ona görə də "ACP"-nin "liderinin" budəfəki BMT harayı yenə də heçə hesablanmış vasitədən başqa heç nə deyil. Çünki bir adam ki, BMT-də hər hansı partiyalar səviyyəsində müzakirələrin aparılmamasını bilə-bilə yenə də millətin gözünün içinə kimi yalan danışıb. Amma nə edəsən ki, R.Quliyevin xəmiri məhz yalançı unla suya çəkilib. Yəqin ki, uzun illərdir ki, onun "gəlirəm" yalanı heç kim tərəfindən unudulmayıb. Ona görə də "BEEMTE"-"MEEMTE" məsələsi, əslində, növbəti fırıldaqlardandır.

Lap götürək ki, Rəsul həmin qurumda kiminləsə görüşüb. Ancaq onun müxalifətdən danışması, Azərbaycan xalqının dərdi olan Qarabağ problemi haqqında, eləcə də, qəbul edilmiş dörd qətnamə barədə, ümumiyyətlə, heç nə deməməsi həqiqətdə onun "kim" və "nə" olmasına dəlalətdir. Əgər bu belədirsə, onda hansı "düzgünlükdən" və hansı "haqdan" dəm vurur "ACP"-nin fırıldaqçı "lideri"? Hansı ki, bu boyda Azərbaycan xalqının bir milyondan çox qaçqın və məcburi köçkünü var, torpaqlarımızın 20 faizi hələ də Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən tapdağı altındadır və bu günə qədər həmin qətnamələrin bircəciyi də həyata keçirilməyib?!

R.Quliyev, əgər həqiqətən də, BMT-də görüş keçiribsə, həmin həqiqətləri deyə biməzdimi?! Əlbəttə ki, deyə də bilərdi, hətta o yana da keçərdi. Ancaq deməyib. Çünki onu Azərbaycanın haqq səsi deyil, özünün şəxsi mənafeləri maraqlıdır. Buna isə təəccüblənmək lazım deyil. Çünki dağıdıcı müxalifət düşərgəsində onun kimi bir neçəsi var və onlar da BMT-nin qapısını tapsalar, heç də Azərbaycanın maraqlarını dillərinə gətirməzdilər. Nə Müsavat başqanı İsa Qəmbərov, nə AXCP (i) sədri Əli Kərimov nə də ki, o biriləri, bu biriləri!

Ona görə də qoy nə qədər çənə döyürlər, döysünlər, qoy nə qədər xarici səfirliklərin, Avropanın, hətta Afrikanın bananyeyən horillaları ilə görüşürlərsə, görüşsünlər. heç nə əldə edə blməyəcəklər. Nə qədər Azərbaycanın maraqları bu kimi "adamalar" tərəfindən xəyanətə düçar olacaq, o qədər də həmin "adamlar" elə dırnaqarası adamalar kimi müxalifətdə çürüyəcəklər. Fəqət, onların sonrakı taleyi, əslində, çoxdan məlumdur. Təəssüüf ki, öz taleyi ilə barışmayanların bəxtləri gətirmir və onlar olurlar "BADBAXT", lap R.Quliyev kimi "BADBAXT"! Çünki "BADBAXTLIĞIN" açarı da məhz R.Quliyevin özündədir.

Digər xəbərlər