PDF Oxu

Köşə

  • 1 184

Serj “İngiltərənin 2-ci kraliçası və kraliçanın qızı” rolunda

Serj “İngiltərənin 2-ci kraliçası və kraliçanın qızı” rolunda

Prezident seçkiləri ərəfəsində Ermənistan, altında cəhənnəm alovunun zəbanə çəkib alovunun səmaya bülənd olduğu qır qazanı kimi, pıqqapıq qaynamaqdadır. Seçicilərinin yarısından da az hissəsinin qaldığı işğalçı ölkədə siyasi proseslər özünün konflikt nöqtəsinə doğru irəliləməkdədir. Qarabağın işğalında fəal rol oynamış Ermənistan prezidenti Serj Sarkisyan, öz xeyirinə imza toplamaq məqsədilə, seçicilərinə müxtəlif üsullarla pul paylayır. Onun seçkiönü kampaniyasının nümayəndələri gah əhaliyə mürəbbələr və ərzaqlar paylayır, gah kreditlər ayıracaqlarını vəd edir, gah da onların gündəlik qayğılarının yüngülləşdirilməsi üçün canfəşanlıq edirlər. Serjin opponentləri olan müxalifətçilər də qışqır-bağırla öz müxalifətçiliklərini edirlər. Güc Serjin tərəfindədir. Bu yaxınlarda polis etiraz mitinqi keçirən qadınları yerə yıxıb, o tərəf-bu tərəfə sürüyürdü. Silahı nitqindən və danışığından ibarət olan müxalif partiyalar isə parlamentdə daha çox yer qazanmaqla Serj diktaturasına son qoymaq istəyirlər. Serj isə fikirləri daxili problemlərdən yayındırmaq üçün təmas xəttində atəşkəsi pozmağı tapşırır. Bizim Silahlı Qüvvələrimiz də həmişə düşməni cavab atəşi ilə susdurmalı olurlar.

Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, 18-20 il əvvəl erməni silahlıları, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin maymaqlığından istifadə edərək, əlbəttə, sovet qoşunlarının köməyi ilə yavaş-yavaş torpaqlarımızın 20 faizini işğal etdilər. Dəli şeytan deyir ki, bir deyənək, erməninin başına zolla zirək. Bəlkə biz də ermənilərin daxili didişmələrindən istifadə edib əks-hücuma keçərək, işğal edilmiş torpaqlarımızı sürətlə geri qaytaraq? Bizim müxalifət dairələrimizdə 20 ildir barmağının üstünə qoyub bir iş görməyənlər partizan müharibəsi aparmağı məsləhət görürlər. Ancaq 20 il təklif verməkdənsə, bir dəfə bu fikri gerçəkləşdirmək daha yaxşı olardı. Belə bir hərəkət yoxdur. "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağı da 20 ildir ki, bu təkliflə qazan taqqıldatmaqdadır. Bir qismi də "Allah bizə səbr verməsin" deyib, hücum əmrini gözləyir. Biz isə soruşuruq: Nə səbəbə səbrinizi basırsınız?... Belələrinin oxu atıb, yayı gizlətməsi aydın görünür. Məsələnin beynəlmiləlləşdirildiyi və ikili standartların tətbiq edildiyi bir vaxtda Azərbaycanın Ali Baş Komandanı situasiyanı öz nəzarəti altında saxlayır.

İndi yenidən hərlənib Ermənistanın üstünə qayıdırıq. Təkrar biliyin anasıdır deyiblər. Artıq 88 yaşlı Fransa müğənnisi, erməni Şarl Aznavur dəfələrlə qeyd edib ki, Ermənistanın soyqırımı siyasəti iflasa məhkumdur. "Mən öləndən sonra kim Ermənistana pul verəcək?". Bu sual da müğənniyə məxsusdur. Xatırladırıq ki, Ş.Aznavur həm də Ermənistanın İsveçrədəki səfiridir. Əlbəttə, Şarlın pullarına Serjin böyük ehtiyacı var. Sözünə baxmağa gəldikdə, qorxur ki, Rusiya siyasətçiləri qulaqlarını dartar.

Ermənistanın sabiq prezidenti və hazırda Serjlə müxalifətdə duran Ter-Petrosyanın da Yerevan diktatoruna sözü var. O, seçicilərə müraciətində "Əgər siz Serji seçməsəniz, o, İngiltərənin 2-ci kraliçası və ya kraliçanın qızı olacaq" sözlərini deyib. Görünür, o, hakimiyyətdən uzaqlaşdırılan S.Sarkisyanın öldürüləcəyinə işarə edib. Düzünü Ter-Petrosyan bilər. Biz isə onun öldürülüb-öldürülməməsindən asılı olmayaraq, ərazi bütövlüyümüzü təmin etmək fikrindəyik. Ermənistanın heç bir gələcək prezidenti bu fikrimizin gerçəkləşdirilməsinə mane ola bilməyəcək.

Digər xəbərlər