Bizi dəstəkləyir Löninq tək dostlar,
Küçə-meydanlarda çoxalar koslar,
Evə dönməsələr bizim məhbuslar,
"Eurovision" tutmayacaq baş.
Razi Nurullayev:
Yarışma keçməsin deyir hər bir ser,
Sarkisyan Serj özü, həm Petrosyan Ter,
Əli vəcdə gəlib, həm boss Ştrasser,
Löninq quyusuna atacaqdı daş.
Gülağa Aslanlı:
Ser Ştrasser özü edibdi əmin,
Biz mitinq keçirək gərək minə min,
Hökumət tələbi edərsə təmin,
Qrant da çox gələr, həm artar daş-baş.
Razi Nurullayev:
Löninqlər ağadı, biz sadiq nökər,
Onlar qabımıza dadlı yal tökər,
Şərtimizi qəbul etdirsək əgər,
Yeyərik bolluca plov ilə aş.
Gülağa Aslanlı:
Löninqə deməkçün bizləri bəzə,
Gərək fənd işlədək möhtəşəm, təzə,
20-ci sahədən gəlsək mərkəzə,
Bizim təpəmizdən aşacaq şabaş.
Razi Nurullayev:
Qərb deyir törədin qətllər, qarət,
Yürüş keçirməyə etmirik cürət,
Tələb edirlər ki, götürək sürət,
Deyirlər addımı atırıq yavaş.
Gülağa Aslanlı:
Ştrasser üzünü çevirib sonda,
Dedi görür bizi narıncı donda,
Bu gərgin məqamda - "Eurovision"da
Biz sürət götürüb edərik savaş.
Razi Nurullayev:
Löninq səxavəti gəlməsin gözə,
Bovar pivəsiylə çoxlu mey-məzə,
Berlində qamburger yedirər bizə,
Alman ləvəngisi, üstündə lavaş.
Gülağa Aslanlı:
Nə desən edərik, eyləmərik naz,
Əyləci buraxıb, verməliyik qaz,
Əli nə istədi, olmadı atkaz,
İsaya verdilər nemeski plaş.
Razi Nurullayev:
Zərər yox, taleyim qoy acı olsun,
İstərlər xasiyyət zarıncı olsun,
Şərt qoyduq çaları narıncı olsun,
Bizə vəd etdilər atlaz, bez, qumaş.
Gülağa Aslanlı:
Yoğurub-yaparaq alman xəmrini,
Sınaqdan keçirib hər bir təmrini,
Mən icra edərdim Löninq əmrini,
Çoxlu pul verəydi Ştrasser də kaş.
Razi Nurullayev:
Mitinq keçirməyə etmərəm inad,
Löninqin əlindən alsaydım qrant,
Vallah, axtararam uçmağa qanad,
Leysan tək axardı gözlərimdən yaş.
Gülağa Aslanlı:
A boss, cır çıxmaqda, deyəsən, səsin,
Təkrar etməliyik yürüş kəlməsin,
"Eurovision" gərək keçirilməsin,
Qərbli ağalar tək çevirərək xaç.
Razi Nurullayev:
Elə bil, bir zirvə, ya dik istədim,
Baxdım gözlərinə, dim-dik istərik,
İsadan cüzi bir xərclik istədim,
Dedi ağıllı ol, mənə az suvaş.
Gülağa Aslanlı:
Başqana baxanda "Yurd" Əli dubdu,
Bağır-öfkəsini İsa udubdu,
Sıramızda möhkəm qərar tutubdu,
Qırğız, qazax, özbək, latış, rus, çuvaş.
Razi Nurullayev:
Pulumu almışam hər hürüş üçün,
Əli sino gedir bir görüş üçün,
Boss pul buraxanda bu yürüş üçün,
Viskinin üstündən nə yeyərdim xaş.
Gülağa Aslanlı:
Tapa bilsək burda yaxşı yer əgər,
Bir az da atırsa dram Ter əgər,
Yaxşı pul buraxsa Ştrasser əgər,
Yürüşə başlarıq qaralanda qaş.
Razi Nurullayev:
Küçəyə, meydana gedər son ərzaq,
Kütləyə lazımdı neçə ton ərzaq,
Löninq göndərərsə, çoxlu un, ərzaq,
Kəsərik əriştə, ovarıq umac.
Gülağa Aslanlı:
Əmr icra olunar burada nəhayət,
İdarə olunar diqtəylə həyat,
Bizə qaşqaldaq da edər kifayət,
Löninq və Ştrasser yeyərlər turac.
Razi Nurullayev:
Nüfuz qazanarıq haray salaraq,
Xeyli dincələrik fikrə dalaraq,
Xaricə gedərik qrant alaraq,
Bu idi başlıca niyyət və amac.
Gülağa Aslanlı:
Mitinq-yürüşlərdən mətin keçərik,
Bossun zəmisində qrant biçərik,
Təbiət qoynunda yeyib-içərik,
Bizim məkanımız olar yal, yamac.
Razi Nurullayev:
Çətin anda bizə dayaq oldular,
Bizimçün münasib məbləğ buldular,
Bosslar cibimizə qrant doldurar,
Halədən qoyarıq başımıza tac.
MİRZƏ QƏRƏNFİL