PDF Oxu

Köşə

  • 1 121

Nə Əli dediyini Vəli başa düşür, nə Vəli dediyini Əli...

Nə Əli dediyini Vəli başa düşür, nə Vəli dediyini Əli...

Əli Orucov:


Bənzər müxalifət xəmir bloka,

Etibar malikdi dəmir bloka,

AMİP girməyəcək heç bir bloka,

"İP"-in siyasəti də bizlik deyil.


Qiyas Sadıxov:


Mitinq-yürüşlərçün fəsil namizəd,

Sayını artırır rəzil namizəd,

Pənah Müsavata əsil namizəd,

Əli də, İsa da heç mizlik deyil.


Əli Orucov:

Nə Əli dediyini Vəli başa düşür, nə Vəli dediyini Əli...

İsa Əli ilə qəfəs eyləyir,

Etibar Londonda nəfəs eyləyir,

"İP" nə bir önlüyü əvəz eyləyir,

Narıncı parçadan nə də bez deyil.


Qiyas Sadıxov:


İnsan öləridi, Allah birinci,

AMİP-in özündə günah birinci,

"İP"-də, Müsavatda Pənah birinci,

Bizim siyasətdi, bu, sizlik deyil.


Əli Orucov:


Durulmaq bulağın xüsusiyyəti,

Kar olmaq qulağın xüsusiyyəti,

Bizlənmək ulağın xüsusiyyəti,

Məhvə məhkumdular, heç bizlik deyil.


Qiyas Sadıxov:


İsanın, Əlinin çatlasın goru,

"İP"-ə, Müsavata atıbdı toru,

Pənah bir "ideya generatoru",

Fizika qanunu bir tezlik deyil.


Əli Orucov:


Böyründə adamlar topar-topardı,

Bir vaxt kütlələri çəkib apardı,

Liderlər lideri bir Etibardı,

"İP" əl içi boyda heç bezlik deyil.


Qiyas Sadıxov:


Çoxları kürsünü veribdi təhvil,

Bir zaman baş nazir oldu o, qəfil,

Lider bir Pənahdı, qalanlar səfil,

Ayaq altdan qopan bir izlik deyil.


Əli Orucov:


Çoxu ucuzlaşıb dəyərsiz söz tək,

"İP"-in liderləri xarici göz tək,

Etibar öldürür kababı köz tək,

"İP"-də Əli, İsa heç közlük deyil.


Qiyas Sadıxov:


Başa çatdırmadı "İP"-çilər yolu,

Çoxları olubdu bossların qulu,

Pənahın qızarmaz üzü də sulu,

Çoxusu döşəyə tərs üzlük deyil.


Əli Orucov:


Çoxusu ilişib bibərə, turpa,

Odu radikala başçı - qrupa,

Böyüdücü şüşə Etibar - lupa,

Nə gözə taxılan bir gözlük deyil.


Qiyas Sadıxov:


Düzlükmü "İP"-ə də qalmayan düzlük?

Həyatda olmamış solmayan düzlük,

Pənahın yanında olmayan düzlük,

Böyük yanlışlıqdı heç düzlük deyil.


Əli Orucov:


Bizim Etibardan əksil, xarakter,

Səni lap kökündən kəsil, xarakter,

Əsil xüsusiyyət, əsil xarakter,

"İP"-də olmamışsa, o, özlük deyil.


Qiyas Sadıxov:


Ayaq qabılardan düşüb qaytanı,

Liderim papışsız qoyur şeytanı,

AXP "İP" üçün məşq meydanı,

Pənah etməyibsə, o, pislik deyil.


Əli Orucov:


"İP"-in liderləri vuran arıdı,

Qərb də hər birinin boss bazarıdı,

Etibar sözlüyün xiridarıdı,

Lüğətdən çıxıbsa, o, sözlük deyil.


Qiyas Sadıxov:


Onu qəbahəti, günahı yıxmaz,

Pulemyotun özü Pənahı yıxmaz,

Əlidən qumbara mərmisi çıxmaz,

İsa da patrona gilizlik deyil.


Əli Orucov:


Yeyərlər qamburger və dönər daim,

Göstərə bilməzlər bir hünər daim,

"İP"-in liderləri gücənər daim,

Bu, əjdahalıqdı, kələzlik deyil.


Qiyas Sadıxov:


Etibar olubdu cinahdan zəif,

Səsiniz gəlməkdə hey gahdan zəif,

"İP" də, Etibar da Pənahdan zəif,

Dəmir-dümürlükdü, filizlik deyil.


Əli Orucov:


Səmada baş əyir Ay Etibara,

Daim körpü olub çay Etibara,

Tutmusan Pənahı tay Etibara,

Məgər bunun özü qəlizlik deyil?


Qiyas Sadıxov:


Bossları önündə təkrarlayır "yes",

O da Pənah kimi adi bir "eses",

Liderin qarnında gedən proses,

İndi başa düşdün, qəbizlik deyil.


Əli Orucov:


Özü də guya sən töhmətsiz etdin,

Eylədin bunu da, yaman tez etdin,

Mənim liderimi hörmətsiz etdin,

Bəs nədi bu olay, xəbislik deyil?


Qiyas Sadıxov:


Şübhəsiz, önündə çoxdu günahın,

Özün qrantını yedin Pənahın,

Quruş qiyməti yox dedin Pənahın,

Nədir bu, əgər ki, bir süstlük deyil?


Mirzə QƏRƏNFİL

Digər xəbərlər