Sən demə, yalan "həqiqət", əyri "düz", abırsız "abırlı", şərəfsiz "şərəfli", namussuz isə "namuslu" ola bilərmiş! Və bunun üçün, yəni həmin bu deyilənləri görmək üçün elə də uzağa getmək lazım deyil. Yəni bu günlərdə İnsan Hüquqları Klubunun və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) birgə təşkilatçılığı ilə keçirilmiş "Demokratiya naminə oxuyaq" mövzusundakı konfransda çıxış edən müxalifətçi media mənsublarının məruzələrinə diqqət yetirmək mümkündür. Özündə heç bir dəlili, əsası əks etdirməyən qərəzli, böhtançı, hətta şantajçı çıxışlarında Azərbaycanda nəinki müstəqil mətbuatın, eləcə də, demokratik media mühitinin olmadığını qırmızı-qırmızı üzə deyən müxalifətin fürsətcil "mətbu kapitanları" sübut etmək istədiklərini, təbii ki, sübut edə bilmədilər. Çünki ortada fakt yox idi. Jurnalistika isə faktı sevir. Və məhz faktlara əsaslanmadan yalanı "həqiqətə" çevirmək cəhdi son məqamda "Azadlıq" radiosunun porno-starı, qeyri-ənənəvi "postel" statusunun nəhəng təmsilçisi Xədicə İsmayılovaya verildi. Çünki onların arqumentsizliklərinə qarşı qoyulan kəskin arqumentli cavablara tərəf donunu başına çəkə biləcək yeganə şəxs odur - millətin, xalqın qarşısında nikahsız seks həyatını bütün çılpaqlığı ilə ortaya qoyan, bundan "qürur" hissi keçirdiyini, utanmadığını deyən Xədicə İsmayılova!
Maraqlısı da odur ki, sən demə, Xədicənin bu kimi iyrənc əməllərini dəstəkləyən "Həpimiz Xədicəyik, həpimiz məbədiböyüyük!" deyən bəzi "qadınlarla" yanaşı, Rəsul Cəfərov, Rövşən Hacıbəyli, Mehman Əliyev "kişilər" , yaxud kişiciklər də mövcuddur. Yəni belə çıxır ki, filan yerini camaatın gözünə soxan Xədicə nə edibsə, lap yaxşı edib. Çünki o, şərəfsiz "şərəfli", mənəviyyatsız "mənəviyyatlıdır". Onun "şərəfini", "mənəviyyatını" qorumaq isə bu adamların "qeyrət" borcudur (?!-R.)
Özü də konfransı mediaya həsr edilmiş məruzələrlə başlayıb, Xədicə ilə qurtaranlar (qurtarmağı kim necə başa düşürsə, elə də, başa düşsün- R.) əslində, medianı deyil, Xədicəni müzakirə etməyi planlaşdırıblar. Amma lazımi cavablar vaxtında və yerindəcə verilib. Məsələn, deyilib ki, əgər Azərbaycanda söz və mətbuat azadlığı olmasaydı, müxalifət yazarları istədiklərini yazmağa müvəffəq olmazdılar. Əslində, bu arqumentə qarşı qoyulacaq arqument də yoxdur. Ona görə də, X.İsmayılovanı haqlı olaraq, ittiham edən iqtidar qəzetlərini şantajçı adlandırmaq başına çəkdiyi donunun rəngindən də görünür. Belə getsə, Xədicənin daha bir "şərəfini", yeni ampluada görəcəyik.