PDF Oxu

Köşə

  • 1 233

Himayədarlar və ya qarğa darğa rolunda

Himayədarlar və ya qarğa darğa rolunda
Son günlər azərbaycanlılar Avropanın bir neçə şəhərində İran səfirlikləri qarşısında etiraz mitinqi keçiriblər. Onlar İran fars molla rejimini yerli azərbaycanlılar üçün tədris ocaqlarının açılmasında, Ermənistanın faşist rejimini dəstəkləməkdə və insan hüquqlarını pozmaqda ittiham ediblər. Söylənilən şüarlardan biri də "Azərbaycan var olsun, istəməyən kor olsun" olub.
Atalarımız "taylı tayını tapmasa, pis keçər axır günü" demişlər. Fars diktatura rejimi ilə erməni faşist rejimləri bir-birini o qədər tamamlayır ki, hətta Mahmud Əhmədinejdla Serj Sarkisyan arasından su da keçmir. Xüsusən, silahsız adamlara qarşı amansız olan ermənilər uzun onillər ərzində tarixdə ad çıxarmışdır. 1979-cu ildə islam pərdəsi altında hakimiyyətə gələn fars-molla rejimi isə haqq səsini qaldıran güney azərbaycanlılarını barmaqlıqlar arxasına atır, üzərlərinə müxtəlif ittihamlar ataraq, avtokran qüllələrindən asmaqla saylarını azaltmağa cəhd edirlər. Ancaq cinayətkar rejimin istəyindən asılı olmayaraq, İranda azərbaycanlıların sayı farsların sayından artıqdır ki, əksik deyil. Deyir qoy "mollalar" saydıqlarını saysınlar, görək fələk onların saydıqlarını hesaba alacaqmı? Hələlik, hesaba almır.
Müsəlman Mahmud Əhmədinejadın əsli-kökü bəlli olmayan, sonralar qriqorianlaşmış Serj Sarkisyanı bağrına basıb marça-març öpməsi bizim televiziya ekranlarından düşmür. Şovinist farsda hətta alman faşistini də arxada qoyan erməni faşistinə olan bu qədər sevgi haradandır? Xatırladırıq ki, elə M.Əhmədinejad S.Sarkisyanla söhbətlərindən birində farslarla ermənilərin eyni kökdən qaynaqlandığını deyib. Bunun faktiki belə olub-olmaması vacib deyil. Vacib olan iki şovinistin bir araya gəlməsi üçün vasitəçilik yaratmasıdır. Farsın hakim dairələri, güney azərbaycanlılarına da eyni sözü deyir. Ancaq hazırda onların bir çox hüquqlarını kobud surətdə pozub, polis nəzarəti altında saxlayır. Rejimin qudurtduğu azsaylı İran erməniləri isə bəzən güney azərbaycanlılarının üzərinə qısqırdılır. Qısqırdılmaq, yəni it peşəsi erməniçiliyin mahiyyəti ilə bağlıdır. Onlar istənilən xristian ölkəsinin işarəsi ilə uzun onillər ərzində türksoylu xalqların əl-ayağını yeyiblər. Nəticədə, ağır zərbəni də elə özləri alıblar. Burada söhbət erməni soyunun qapazaltı olmasından gedir.
İnkişaf etmiş dünya ölkələrinin fars-molla rejiminə münasibətləri mənfi də olsa, ermənilərə simpatiya ilə yanaşmaqdadırlar. Bu hal uzun müddət davam edə bilər. Rusiyanın Medvedev-Putin rejimi isə erməniləri Ermənistanın özündə ordusu ilə qoruyur. Əlbəttə, Türkiyədən və Azərbaycandan...
Buna Ankara, Bakı, hətta Moskva da inanmasa, Ermənistan siyasətçilərinin aldatdığı Yerevan inanır. Çünki cinayətləri böyükdür. ruslar 1990-cı ilin 20 yanvarında SSRİ pərdəsi altında Bakıda qırğın törətdilər. Ermənilər isə 1992-ci il fevralın 26-da Xocalıda, eləcə də, işğal edilmiş ərazilərimizin hər bir bölgəsində amansız qırğınlar törətmişlər. Deməli, öz qanlarında da boğulmalıdırlar. Biz ən azı erməni silahlılarını məhv edib, işğal edilmiş ərazilərimizi özümüz azad etməliyik. 2012-ci Əjdaha və 2013-cü il İlan illəri çox münasibdir. Rusiyanın Abxaziya və Cənubi Osetiyaya alternativ ola biləcək "DQR" həmləsi gözlənilmir. Tanrı bizə yar olsun!
İran kəşfiyyat orqanlarının iki gənc yazarımızı casus qismində üzərimizə göndərmək istəkləri alınmayacaq. Gənclərimizdə qətiyyətin çatacağına inanırıq...
Biz ATƏT-in Minsk Qrupu üzvlərini və İranı Ermənistanın arxasından çıxarmalıyıq. Onlarsız Ermənistan qanadları qırılmış yoluq qarğa kimi bir şeydir. Yolunmamış qarğa məhz bu ölkələrin hesabına darğalıq edir. Qoy mənən birləşən türksoylular Turan olsun, bizi uğruna aparan Quran olsun, ATƏT-in Minsk Qrupu üzvləri ikili standartdan qaçıb farağat duran olsun, fars-molla rejimli İran viran olsun.

Digər xəbərlər