“FAYDAVERƏNLƏR”İN FAYDASIZLIĞI
Deyilənə görə hazırda zibillərin, tullantıların təbiətə, ekologiyaya xələl verməməsi istiqamətində bir çox xarici ölkələrdə xüsusi müəssisələr, zavodlar fəaliyyət göstərir ki, həmin müəssisələrdən biri də bizim ölkəmizdə tikilərək istifadəyə veriləcək. Əslində, belə bir faydalı metodlar zamanında istifadəyə verilsəydi, bəlkə də Azərbaycanın ekodurumu daha təmiz olardı. Ancaq nə edəsən? Gec olsa da, güc olar deyiblər. Ona görə də ölkəmizdəki həmin vacib müəssisə istifadəyə verildikdən sonra, nəinki ekologiyanın, eləcə də, digər əhəmiyyətli təbii amillərin qorunması, təmzilənməsi, yararlığı üçün kifayət qədər səmərəli tədbirlər görüləcək.
İKİNCİ EMAL
Amma maraqlıdır ki, görəsən, sağlam düşüncəli insanların beyinlərini zəhərləyən fərdlərə qarşı da bu kimi müəssisələrin hazırlanması mümkün olardımı? Bəlkə elə onları da yeni zibiltəmizləmə müəssisələrinə göndərərək, ikinci istifadəyə, ikinci emala göndərib artıq tam yararlı formada cəmiyyətə qaytarmaq mümkün olar? Axı dünyamız sürprizlərlə doludur. Bir də görürsən ki, aslan çaqqal doğur, qartal da sərçə. Belə möcüzələrin yaşanmaması üçün, təbiətdə baş verənləri müxalifətlə, müxalifətəmeyilli fərdlərlə eyniləşdirmək mümkündür.
Belə ki, Müsavat başqanı İsa Qəmbərovun sözügedən müəssisəyə göndərilməsini dərhal reallaşdırmaq mümkündür. Pis iş deyil ki, sadəcə, onun daxili aləmi bulaşdığı müəyyən zəhərli çirkablardan təmizlənəcək. Bax, ondan sonra düşərgədə əməlli-başlı iddialar ortaya çıxacaq, mübarizələrə start veriləcək ki, bəs nəyə görə İ.Qəmbərovu zibiltəmizləmə müəssisəsində emal etdilər, bizi yox? Bir tərəfdən "cəbhə" sədri Əli Kərimov, bir tərəfdən müxalifətçi partiya funksionerləri, digər tərəfdən də onların yör-yönlərində fırlanan Leyla Yunusova, Xədicə İsmayılova daha kimlər və kimlər...
Onların hər biri irəli dürtüləcək ki, bizi də ikinci dəfə emal edin ki, düşdüyümüz rəzalətlərdən canımız qurtulsun. Bu zaman zibiltəmizləmə müəssisəsinin qarşısındakı qarmaqarışıqlığı təsəvvür etmək elə də çətinlik yaratmayacaq.
MÜXALİFƏT YENİLƏNƏCƏK
Bununla da, müxalifətdə yenilik əmələ gələcək. Adlarıçəkilənlər və çəkilməyənlərin hər biri artıq sözügedən zibiltəmizləmə müəssisəsinin aqreqatlarında emal olunduqdan sonra, tamamilə başqa tərzdə, bir sifətdə müxalifətçilik edəcəklər Buna görə də, onlar indidən sıraya dayanaraq, yerlərini tutsunlar. Yoxsa başları icazəsiz mitinqlərə-filana qarışarsa, gec olar. Cəmiyyətdə isə müxalifətin yeniləşməsinə ciddi ehtiyac duyulur. Bəri başdan onu da deyim ki, Yaponiyada, ABŞ-da, digər Qərb ölkələrindəki zibil emalı zavodlarından fərqli olaraq, bizim zavod ikiqat güclə çalışacaq. Gəl bundan sonra müxalifətdəkilərin təzmizliyinə bax! Deyirəm bəlkə müxalifətin ZİBİLLİ TƏFƏKKÜRÜNÜN xilası elə həmin müəssisənin işə başlamasındadır?