PDF Oxu

Köşə

  • 1 109

“İctimai Palata” kütləvi təxribatlara hazırlaşır

“İctimai Palata” kütləvi təxribatlara hazırlaşır

Tofiq Yaqublu:


Bizi girləsə də qəfləti əcəl,

Yüz səksən dərəcə çevrilib cədvəl,

Kütləvi aksiya keçirib əvvəl,

Bu həftə təxribat törətməliyik.


Tahir Kərimli:


Sizi deşiyindən keçirmir ələk,

Cəza verəcəkdi sizlərə fələk,

O qədər çox çəkməz sizin küy-kələk,

Sizinlə məsəli çürütməliyik.


Tofiq Yaqublu:


Qərbin göndərdiyi malları tamam,

Avronu dramı, dolları tamam,

Bossların verdiyi pulları tamam,

Qarında tükədib əritməliyik.


Tahir Kərimli:


Xeyli kallaşıbdı hamam səsiniz,

Hissə təsir etmir qram səsiniz,

Çalışarıq batsın tamam səsiniz,

Sizin kimiləri kiritməliyik.


Tofiq Yaqublu:


Xalqa bir illətik, əsil qəmişik,

Yad yalına hürən həmin Məmişik,

Bossun pullarını mənimsəmişik,

Qərbyönlü siyasət yürütməliyik.


Tahir Kərimli:


Aləm həzər edər tolka casusdan,

Yalnız halqa çıxar halqa casusdan,

Bir fayda gəlməmiş xalqa casusdan,

Şüurlarınıza yeritməliyik.

Tofiq Yaqublu:


Viski qarnımızı lap tuluq edib,

Avro qazanırıq biz şuluq edib,

"İP"-in tarlasında casusluq əkib,

Möhtəşəm təxribat bitirməliyik.


Tahir Kərimli:


De, kim "palata"ya edəcək meyil?

Bura gəlməz hətta adi bir ceyil,

Artıq cəmiyyətə "İP" lazım deyil,

Sizin kimiləri itirməliyik.


Tofiq Yaqublu:


Əli yenə nəsə gizli pəl qurub,

İsa "İP"-də möhkəm bir təməl qurub,

Təxribata oxşar bir əməl qurub,

Qrantı içəri ötürməliyik.


Tahir Kərimli:


Götürüb sürəti əngin bozluğa,

Tam qərq olmusunuz qatı tozluğa,

Baxıb "palata"da uğursuzluğa,

Sizlərdən bir ibrət götürməliyik.


Tofiq Yaqublu:


Qərb istər törədək gorda təxribat,

Burda bir təxribat, orda təxribat,

Törədə bilməsək xırda təxribat,

Son nəfərə qədər biz türməliyik.

Tahir Kərimli:


Muzdlu kütlələri buraxın dincə,

"İP"-dən nümunəvi şey çıxmaz məncə,

Siz Mustafa deyin, "mıs-mıs" edincə,

Aydınca deyin ki, çürüməliyik.


Tofiq Yaqublu:


Bossun əlindədi yem dolu kasa,

Öllük, matəm marşı tez çalınarsa,

Kütləvi aksiya pis alınarsa,

Boss gələn tərəfə şən hürməliyik.


Tahir Kərimli:


Uğursuzluq yağır üz-gözünüzdən,

Boss iti baş açmaz heç izinizdən,

Zaman salıb sizi öz kürsünüzdən,

Sizləri meydandan kürüməliyik.


Tofiq Yaqublu:


Keçirib yolüstü gur mayakları,

İtirib gedirib sərt dayaqları,

Boss dalınca qaçan bu ayaqları,

Daim ardımızca sürüməliyik.


Tahir Kərimli:


Dolub "palata"ya quru "bəy" kobud,

Sən özün küy-kələk, naqis, səy, kobud,

Demək istəyirsən İsa tək kobud,

Əli tək gözləri boz sürməliyik.

Tofiq Yaqublu:


Xəyal qanadında gəzmişik Çində,

Açığı mırt vurduq həmişə tində,

Bizim özümüz də "İP"-in içində,

Çirk-pas içindəyik, tam kərməliyik.


Tahir Kərimli:


Gedin qəbristana ağ bezinizlə,

İsanı aparın öz izinizlə,

Sizin "İP"-inizi biz özünüzlə,

Uçurum önündə tez görməliyik.


Tofiq Yaqublu:

Qanımı qaraltdın ürəyi çəkib,

Bizi "palata"da az eylə təqib,

Yaman canfəşanlıq edirsən, rəqib,

Müvafiq qərarı biz verməliyik.


Tahir Kərimli:


Yaşamadın ağlı qafana düzüb,

"Palata"nı konkret ünvana düzüb,

Sizin meyitləri yan-yana düzüb,

Onu qəbristana biz sərməliyik.


Tofiq Yaqublu:


Yaşımız ən azı əlli beş, əlli,

Əbədi məkan da aşkarca bəlli,

Uğursuzluğun da cavabı bəlli,

İsalı-Əlili bəd nömrəliyik.


Tahir Kərimli:


Çayı süzməmişdən əvəl çaydana,

Gərək deyəydiniz lənət şeytana,

Sizin yerinizə küçə-meydana,

Sizin yerinizə biz girməliyik.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər