PDF Oxu

Köşə

  • 1 098

İP hürər, karvan kecər

İP hürər, karvan kecər

Artiq necə müddətdir ki, Azərbaycan hakimiyyətinin Bakıda hər-hansısa Gey paradın olmayacağı barədə ən müxtəlif səviyyələrdə açıqlamalar verməsinə baxmayaraq, İran mollalarının timsalında bu ölkənin hakim rejimi guya buna inanmır. Haqlı sual doğur: nə ücün İran tərəfi bütün bu rəsmi aciqlamalara inanmaq istəmir.

Onda yalnız bu qənaətə gəlmək olar ki, bəlkə İran tərəfi Əli Kərimlinin dəstəsinin Fəvvarələr bağında kecirdiyi paradları Gey parad kimi zənn edir. Belədirsə, onda cənab Kərimli zəhmət cəkib İran tərəfinə aciqlama verib deməlidir ki, bu parad o paraddan deyil və məsələ də bununla bitsin. Hər haldda "Lalın dilini yiyəsi bilər"- deyiblər.

Təəssüflər olsun ki, ictimai asayişi pozmaqda və kütləvi iğtişaşlar yaratmaqda günahlandırılaraq bu gün həbsxanada yatan məlum insanlar radikal müxalifətin əlində siyasi alət vasitəsinə cevrilibdir. Onların taleyi ilə ucuz alver edirlər. Guya ki, onların azadlığı istənilir. Amma hamıya aydındır ki, bütün bu kampaniyaları əslində, Əli Kərimli məhz maliyyə fırıldağı üstünadə saxlanılan qaynı naminə həyata keçirir. Cünki hamı, o cümlədən də Əli Kərimli cox yaxşı bilir ki, Azərbaycan hakimyyəti hec vaxt hansısa müttəhimi kimlərinsə hədə-qorxusuna, şantajına görə azad etməyib.

Mən bu insanları, onların məntiqini sadəcə anlaya bilmirəm. Hansı "mənəviyyata", "əxlaqa" malik olmalısan ki, "Eurovisiona yox" şüarı qaldirasan və ya "Eurovison olmasın" qışqırasan. Bəlkə də iqtidarın bütün televiziya və mətbuatı 10 il calışsaydı radikal müxalifətin ic üzünü, əsl mahiyyətini bu qədər acıb göstərə, xalqda ona qarşı bu dərəcədə nifrət hissi oyada bilməzdi ki, bunlar bu 10 gündə bunu özləri etdilər. Bunlar sübut etdilər ki, bizə nə erməni lazımdı, nə fars, nə dəki digər düşmən. Bizim Milli satqınlar ermənidən də betər düşmən imişlər. Bəlkə də bu ərəfədə müxalifət xoşməramlı jest sərgiləyib "Eurovision" ərəfəsi bütün kütləvi tədbirlər və aksiyalara morotorium qoyduğunu elan edib sonrasa həbsdə olanların azad edilməsiylə bağlı müraciət etsəydi, cox güman ki, iqtidar da bunu cababsız qoymazdı. Amma bayaq qeyd etdiyim kimi bunlara bu nəticə lazım deyil. Cünki Qərbdəki havadarlardan, erməni lobbisindən ayrılan paralar və verilən tapşırıqların təyinatı başqa cüq diqtə eləyir. Bu isə yolverilməzdir. Cünki bu gün bunların bu sabotajları qarşısında geri cəkilib adına "Vicdan məhbusları" deyilən şəxslər azad olunsa, onda bir necə aydan sonra Bakıda "Eurovision"dan hec də az önəmli olmayan qadınlar arasında keciriləcək futbol üzrə dünya cempionati ərəfəsində də digər şantaja əl atıb deyəcəklər ki, indi də hansısa " Qeyrət məhbusları"nı azad edin. Ondan da bir müddət sonra da bəyan edəcəklər ki, hansısa "Namus məhbuslar"ını həbsdən buraxın. Yəni bu hansısa neqativ bir ənənənin təməlini qoya bilər ki, bu da təbii ki yolverilməzdir. Ona görə də özlərini boş-boşuna yormasınlar.

Və qoy İP-dəki cənablar qulaqlarını acıb yaxşı-yaxşı eşitsinlər: Dəyirman cax-cuxu kimi nə qədər baş ağrıtmağa calışsalar da, milcək təki nə qədər könül bulandrıb hay-küy salsalar da, xeyri yoxdur - karvan yolundan dönməyəcəkdir.

Digər xəbərlər