Eldar Namazov:
Sənətində salmayıbdı biri diş,
Siyasəti edib özünə giriş,
Neyləyim ki, əllərindən gəlmir iş?
Reneqatlar mənimlədir həmişə.
Razi Nurullayev:
Bizim xeyrimizə olar isbatlar,
"Beşinci kalon" da dizini qatlar,
Bizə dəstək versin qoy reneqatlar,
Bir əncam çəkəcək "İP" də bu işə.
Eldar Namazov:
Bunlara keçirəm üç dəfə təlim,
Şairin başını sığallar əlim,
Çoxdu içlərində yazıçı, alim,
Onlara nə versəm, çəkəcək dişə.
Razi Nurullayev:
Hər biri meylini sənə salıblar,
Reneqat təlimi səndən alıblar,
Kitabları çıxmır, boşda qalıblar,
İndi siyasəti ediblər peşə.
Eldar Namazov:
Uğur qazanmayıb sələmlə bunlar,
Eyni bir şeydilər kələmlə bunlar,
Bir şey qazanmadı qələmlə bunlar,
Mən verdim onlara siyasi tişə.
Razi Nurullayev:
Sözdə Ramiz özü sanki bir Kərəm,
Yazıçı Rüstəmin qarnında vərəm,
Erməni dilində danışır Əkrəm,
Gözlə, salmasınlar səni qəmişə.
Eldar Namazov:
Reneqatlar xeyli Qərbi yanıdı,
Rafiq Evklidi sonra tanıdı,
Mehman agentliyin gül vuranıdı,
Cəmilin bənzəri vardı Məmişə.
Razi Nurullayev:
Əkrəmin əlindən düşübdü ruçka,
Cəmil bəy yazmağa qoyubdu toçka,
Rafiq hər şey bilir məntiqdən başqa,
Rüstəmin ayağı dəyib nəmişə.
Eldar Namazov:
Onun Elçibəyə bir himni vardı,
İsa Qəmbərov da bu himnə yardı,
Ramiz bəy daha çox varlı olardı,
Salsaydı zeynini qarpız-yemişə.
Razi Nurullayev:
Rüstəmə siyənək, çəki verərdim,
Mehmana mən zərdə yeki verərdim,
Əkrəmə inşadan iki verərdim,
Nəğməkar bibisi layiqdi beşə.
Eldar Namazov:
Rüstəm cümləbaşı sındırmaqda diş,
Yaza bilmir roman, nə də elmi iş,
Görmədim Cəmildə cüzi tərpəniş,
Mehmanın bəzəri vardı tam leşə.
Razi Nurullayev:
Dəstək verəcəkdi İsa, ya Əli,
Onun printerə yatmır heç əli,
Son vaxtlar Ramizin dolaşır dili,
Nə qədər yalandan gəlsə də cuşə.
Eldar Namazov:
Ona qərargahı verdim lağ üçün,
Sino gedir daça, ya da bağ üçün,
Erməni dostlarla konuşmaq üçün,
Əkrəm bəy axtarır gizli bir guşə.
Razi Nurullayev:
Onun nə günahı, neyləsin yazar?
Elçibəyin olub o zaman bazar,
Ramizin o məşhur himnləri ki var,
Yaxşı misralardı, yatırlar döşə.
Eldar Namazov:
Onlara kök, xiyar, kələm də verdim,
Bir qədər pul tapıb, sələm də verdim,
Kompüter, makina, qələm də verdim,
Reneqat ziyalı, döşə ki, döşə.
Razi Nurullayev:
Şeir, nəsr dəyməz bir adi bara,
Bunların cibində artıb pul-para,
Qərb pul buraxırsa reneqatlara,
Çətin ki, iynəylə onlar gor eşə.
Eldar Namazov:
Rövşənin dediyi kobud kəlmədi,
Rüstəm rusca yazır, o, bir gəlmədi,
Rafiqin beyninə düstur gəlmədi,
Yazdıra bilmədim Mehmana köşə.
Razi Nurullayev:
Yeyirlər viskidən sonra şor kələm,
Cəmili, Əkrəmi bir əlləm-qəlləm,
Bunları bezdirib dar otaq, qələm,
Hər biri axtarır saf bulaq, meşə.
Eldar Namazov:
Hər biri yönlənib şərə şər kimi,
Çoxlu pul alarlar bir bəhər kimi,
Saqqal buraxıblar qərblilər kimi,
İndi bir çoxunun bığları şeşə.
Razi Nurullayev:
İstedad kanıyla əzəldən varam,
Bossdan pul alaraq olarlar aram,
Özüm reneqata çox inanıram,
İstərəm meydanda onlar tez bişə.
Eldar Namazov:
Qərargahda yatıb qalıbdı tirlər,
Reneqat yığını ən çox baş girlər,
Puldan xumarlanıb yeyib-içirlər,
Artıq güc veriblər şaqraq gülüşə.
Razi Nurullayev:
Heç xoşuma gəlmir məşum adları,
Burda yola verin bu bratları,
Qərbə buraxmayın reneqatları,
Ehtiyat edirəm orda ilişə.
Mirzə QƏRƏNFİL