Bədahətən deyilən və el arasında belə bir motivdə meyxana var - "Papasının gül balası". Ancaq bu gün öz papalarının gül balalarından danışmaq istəməzdim. Çünki ortaya cəmiyyət arasında daha maraqlı mövzu çıxıb. Və mən həmin mövzunun adını "Papasının "zor" bəlası" qoydum. Məsələ ondadır ki, bu ərəfələrdə AXCP (i) sədri Əli Kərimovun barəsində bəhs edən daha bir neçə informasiya yayıldı. Qəzet olaraq, daimi və hörmətli oxucularımıza həmin məlumatları çatdırmağı özümüzə borclu bildik və bunu etdik də.
Bilməyənlərə deyim ki, "cəbhə" sədrinin geyliyini növbəti dəfə ABŞ-da yaşayan Rik Qarsia adlı "nüfuzlu" gey və lesbian mütəxəssisi ona ünvanladığı öz məktubu ilə təsdiq etdi. Sonra daha bir məsələ meydana çıxdı ki, sən demə, Ə.Kərimov həm də İranın rəsmi dairələri ilə sövdələşmələrə gedib və onlarla gey məsələsində gizli anlaşmalar əldə edib. Yəni özünün və ailəsinin maddi təminatını yüksək səviyyədə təmin etməkdən ötrü, həm öz geyliyindən, həm də dünya geylərinin adından külli miqdarda pullar qazanmağa müvəffəq olub. Ona görə də bu gün Birləşmiş Krallıqda fəaliyyət göstərən nüfuzlu universitetdə iki övladının pullu təhsilinə nə az, nə də çox. Düz 160 min dollar vəsait ödəyir. Və mən burada digər bahalı xərcləri demirəm. Yəni bütün bunların arxasında papasının gül balası deyil, fotoşəkillərdə sərxoş vəziyyətdə, fahişələrin ətrafında baş barmağını yuxarı qaldıraraq, "zor" işarəsini göstərən və "cəbhə" sədrinin bəlasına çevrilən oğlunu göstərmək istərdim.
RESTORANDA, BARDA GÖRMÜŞƏM SƏNİ
Bu gün varidatını, maddiyyatını icazəsiz mitinqlər, dağıdıcı vasitələr və siyasi şoular üzərində quran Ə.Kərimovun, üstəlik, ona inanmış bəzi siyasi ağılsızları, zavallıları polis dəyənəyi altına itələməsi müqabilində özünün kənarda dayanaraq, bütün bunlara tamaşa etməsi, həqiqətən də, ikrahedici mənzərədir. Bu baxımdan, Qərb siyasi dairələrinə özünü qatı müxalifətçi kimi təqdim edən Ə.Kərimovun oğlunun sosial şəbəkələrdə yayımlanan şəkilləri artıq onun ətrafında nələrin baş verdiyini bir daha sübüt etdi. Və bizlərə məlum oldu ki, "cəbhə" sədrinin oğlu xaricdə - Avropada, Birləşmiş Krallığın Klifton şəhərində, Bristol Universitetində hüquq təhsili alır. İnanmıram ki, papasının "zor" bəlası - Türkel Kərimlinin eyş-işrət məclislərindən başı ayırd olub ki, (hər halda, şəkillərdən elə anlayırıq) YÖS imtahanlarından uğur əldə edərək, orda təhsil ala bilsin. Həm də orda təhsil alma imkanını necə və hansı yolla əldə edib, bu da digər maraqlı və qaranlıq bir məqamdır. Düzdür, xaricdə təhsil almaq heç də qəbahətli bir iş deyil, lakin Ə.Kərimovun oğlu kimi yox. Onu axtaran olsa da, məlum olar ki, sözügedən uşaq restoranlarda, barlarda kef edir. Onun üçün hər şey "zor" olsa da, dədəsi Kərimova yaman bəla oldu, əslində. Maraqlısı isə onun ətrafında toplananlar - bədbəxt "cəbhəçilərdir" ki, hələ də başa düşmürlər ki, Əli yalnız özünün firavanlığını güdür. Onlar, Molla Nəsrəddin demişkən, qəflət yuxusundadırlar, ayılmaq bilmirlər. Gözlərini açsalar, ətrafda baş verənləri, doğruları, həqiqətləri görmüş olarlar. Ancaq hələ ki, kordurlar, görmürlər.
GEYPULU
Ə.Kərimovun oğlu -Türkel xaricdə təhsildən başqa hər bir işlə məşğuldur, qızlarla gecə disko-barlarında səhərədək əylənməsi, çəkinmədən belə sosial şəbəkələrə şəkilləri yerləşdirməsi, qızların əhatəsində özünü "bomba qaqaş" kimi göstərərək, şəkillər çəkdirməsi və şəbəkələrdə yerləşdirməsi, artıq bir daha dədəsinin "siyasi maskası"nı ortalığa atır. Atasının geypulu ilə sağına-soluna "şellənən" bəla bala çox güman ki, elə gey atasının hesabına mitinqlərdə döyülənlərdən xəbərsizdir. Ancaq xəbəri olsa belə, qətiyyətlə demək mümkündür ki, bu, onun marağında deyil. Belə getsə, onun da öz dədəsinə oxşaması təsdiqini tapa bilər.