PDF Oxu

Köşə

  • 1 069

“İctimai Palata”nın “Eurovision” təxribatı baş tutmur

“İctimai Palata”nın “Eurovision” təxribatı baş tutmur

İsa Qəmbərov:


Qərbin qrantından vermişik piyə,

İsveç səfiri də bizlərə yiyə,

İnsan hüquqları pozulur deyə,

Lorin oxumamış versin bəyanat.


Əhməd Oruc:


Gələcək nəsillər gözləmir sizi,

İndi Qərb özü də bizləmir sizi,

Artıq heç bir uğur izləmir sizi,

Hər bir addımınız görünür boyat.


İsa Qəmbərov:


Casusluq roluyla biz barışmada,

Qərb özü bu işə, bil, qarışmada,

Təxribat törətsin bu yarışmada,

Ey səfir Mikael, Lorini oyat!


Əhməd Oruc:


Əlindən gəlmədi bədxah iş mayda,

Sənin nəzərində "ye, dağıt" qayda,

Nə Əli bu xalqa verdi bir fayda,

Nə səndə olmadı milli dəyanət.


İsa Qəmbərov:


İstərdik qərq olsun "Eurovison" yelə,

İşimiz pislikdi vətənə, elə,

Qərb bizə buraxmaz bircə sent belə,

Əgər törətməsək yurdda cinayət.


Əhməd Oruc:


Götürdün öhdənə çox bica işi,

Gördürmək istərsiz hər aca işi,

Sizin "palata"nın başlıca işi,

Xəyanət, xəyanət, ancaq xəyanət.

İsa Qəmbərov:


Artıq iğtişaşçün qalanıb ocaq,

Bizim yetkilidi hər künc, hər bucaq,

Qrant ötürməkdə Qərb qucaq-qucaq,

20 il işləndi bizdə bu sənət.


Əhməd Oruc:


Deyirdiniz "İP"-dir coşqun bir dəniz,

Ancaq çox tezliklə ağardı bəniz,

Yoxdu elektorat, tükənibsiniz,

Onunçün gətirib işləriniz bəd.


İsa Qəmbərov:


Dartma dibinəcən kövrək kəfkiri,

Vaxtından tez yaxma üstümə kiri,

Mənə söz veribdi İsveç səfiri,

Lorin öz sözünü deyəcəkdi sərt.


Əhməd Oruc:


A bədxah, etmisən ömrünü yarı,

Xalqına bağlı ol, yola gəl barı,

Sənin Lorinin çıxmaz cınqırı,

"İP"-i el qınayar, saqın, a namərd.


İsa Qəmbərov:


Yenə Qərb önümə atıbdı qəpik,

Kütlə acığıma çalıbdı çəpik,

Xalq ağır vaxtımda vurubdu təpik,

Heç onu etmədim mən özümə dərd.


Əhməd Oruc:


"İP"-in eşidəndə, verəcəkdi can,

Xoş müjdə gəlməkdə "Eurovision"dan,

Tezliklə gözündən damacaqdı qan,

Gəl özün əlinlə peysərini çərt.


İsa Qəmbərov:


Qərblə nəfəs alar nüfuzlu bəndə,

Bossa meyillilik yüksəkdi məndə,

Sən mənim adıma namərd desən də,

İğtişaş və üsyan törədərəm mərd.


Əhməd Oruc:


Tök ətəkdən yerə qəmbər daşını,

20 il görmədim gur savaşını,

Yalandan qaldırma göyə başını,

Sənsən bu şəhərdə ən nüfuzsuz fərd.


İsa Qəmbərov:


Viskim cibimdədi, xaşım göydədi,

Qərbdən göndərilən maaşım göydədi,

Bosslar qarşısında başım göydədi,

Çətindi "İP"-imdə məni etmək pərt.


Əhməd Oruc:


Sarkozi, Angela, Qrosslar çağırır,

Burda kiçilirsən, "as"lar çağırır,

Köç get bu torpaqdan, bosslar çağırır,

Apar iti - "İP"-i, bağlayıram şərt.

İsa Qəmbərov:


Elə qışqırırsan, guya hamısan,

Bizləri pisləyən pazsan, samısan,

Həmişə kölgəmi qılınclamısan,

Heç olmasa bu gün olginən comərd.


Əhməd Oruc:


Getdin pillə-pillə dala, bilmədin,

Bəlkə Müsavatda qala bilmədin,

Gücəndin, şuluqluq sala bilmədin,

İndi boss önündə xeyli qızar, pört.


İsa Qəmbərov:


Elə şərliyində qal, şərsə yolun,

İşdi, Müsavata qənşərsə yolun,

"İP"-in qarşısına düşərsə yolun,

Qapını həmişə çöl tərəfdən ört.


Əhməd Oruc:


Doldur qrantları balaqlarına,

Sancı gedib çatsa dalaqlarına,

Boss verən qidanı qulaqlarına,

Lap çox acmısansa, gözlərinə dürt.


İsa Qəmbərov:


Çəkmişik çox zaman əziyyət babat,

Yaxşı olmasa da, vəziyyət babat,

İstərik törədək hər an təxribat,

Marıqda yatırıq gözlərimiz dörd.


Əhməd Oruc:


Keçəl Həmzə oldun, Qırat olmadın,

Düşmən cəbhəsinə "Qrad" olmadın,

Sən öz vətəninçün övlad olmadın,

Əlinə nə keçir boğazına dürt.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər