Eldar Namazovun "bandası" kimi fəaliyyət göstərən reneqatlar toplumunun həddən ziyadə düşük, savadsız, riyakar və rəzil "ziyanlıları" artıq hər şeyə və hər yerə burunlarını dürtələməklə xalq arasında gülüş hədəfinə çevriliblər. Çünki məqsədləri bəlli olmayanların gah bu, gah da digər fonlarda özünüreklam kampaniyaları getdikcə daha da ölgünləşir, daha da mənasız şəkil alır. Bu, həm də onların "siyasi aqreqatlarının" işlək durumda olmamasına olan ciddi işarə və siqnaldır. Əgər belədirsə, onda gedib bir az daha elm öyrənsinlər və "siyasi aqreqatlarının" işlək duruma necə düşməsi haqqında geniş mühazirələrə qulaq assınlar. Daha dəqiqədə bir mətbuata çıxıb, "aqreqatlarının" zay olması barədə bəyanatları ilə insanların zəhləsini tökməsinlər.
Məslən, E.Namazovun parçalanmaqda olan reneqatlar toplumunun rusdillilər qruplaşmasının rəhbəri Rüstəm İbrahimbəyov saçına-başına yaraşmayan tərzdə yetənə-yetib, yetməyənə daş atmaqla öz "siyasi aqreqatını" işə salmağa müyəssər ola bilməz. Yaxud həmin toplumun digər "aqreqatıxarab" nümayəndəsi Cəmil Həsənli plagiat üsullarla kitablar nəşr etdirməkdənsə, xaricdən aldığı qrantlarını "aqreqatının" təmirinə xərcləsin. Ancaq Rafiq Əliyevə qaldıqda isə, o, ümumiyyətlə, bu barədə düşünməsə daha yaxşı olar. Söz yox ki, E.Namazovun dəstəsi daha çox "banda" təsiri bağışlayır. Ancaq bu "bandanın" çatışmayan bir çox cəhətləri ilə yanaşı, "aqreqat" tərəfdən də sağlam olmaması sözügedən toplumu "xacələr yığıncağı"na bənzədir.
QƏRBDƏ TƏMİR VƏ BƏRPA İŞLƏRİ
Maraqlıdır ki, qarşılaşdıqları "aqreqat" problemi üzündən daha da azğınlaşan "ziyanlılar" möhtac olduqları Qərbin qarşısında diz çökməlidirlər ki, onların üzərlərində təmir-bərpa işləri aparsınlar. Yoxsa gec olar və "aqreqatsız" qalan reneqatlar onsuz da üzləşdikləri biabırçılıqlardan dolayı, bundan da artıq rəzil olarlar.
Lap "Fəryad" filmində olduğu kimi. Hər gecə əri Xoreni yuxusunda görən erməni qadın gah onun qolunun, gah qıçının, gah başının yerində olmamasını digər erməniyə bildirir. Bir gün yenə bu kimi yuxu görən erməni qadın deyir ki, bəs Xorenin hər şeyi yerində idi. Ancaq bir yerindən başqa. Daha sonra qadın deyir: "Bundan sonra onun həyatı bir qadın kimi məni maraqlandırmır".
İndi kim necə istəyir elə də anlasın. Amma E.Namazova və onun "banda" dəstəsinə onsuz da "aqreqat" lazım deyil. İstəyir siyasi, istəyir qeyri-siyasi olsun. Çünki bu, onlara yaraşmır. Görünür, ona görə də "aqreqatları" xarab olub və yararsızdır. Heç Qərbdə də onu təmir edənlərin olacağına inanmaq, məncə, çətindir.
RÖVŞƏN