PDF Oxu

Köşə

  • 2 022

Səbr kasası daşanda...

Səbr kasası daşanda...

Müxalifət qəzetləri "Eurovision"la bağlı hər hansı təxribatların olmasını iqtidarın təxəyyülünün məhsulu hesab edirdilər. Yazarlar bunu hadisələri qabaqlama kimi yozur və xoflanma sindromu adlandırırdılar. Ancaq televiziya ekranında təhlükəli cinayətkarların bir qrupunun dindirilməsi prosesi göstərildikdən sonra, müxalif yazarlar nəzərləri başqa istiqamətə yönəltmək yolu tutdular. Bu da müxalifətin sağalmaz mərəzə mübtəla olmasının bariz nümunəsi sayıla bilər. Bunu onların dediklərindən dönməməsinə yozmaq olar. Necə deyərlər, külli-aləm bir tərəfə olsa da, sağalmaz müxalifətçilər öz dediklərini həqiqət donunda təsvir etməkdə davam edəcəklər. Orkestr nə çalırsa-çalsın, bu həpəndlər öz rəqslərini "Heyvagülü" havası üstündə kökləyəcəklər. Yəni deyəcəklər ki, sən nə çalırsan çal, mən "Heyvagülü" oynayacağam. Oyna, bala, oyna, özü də heyva gül açana kimi oyna, görək, bundan nə fayda əldə edəcəksən?

Müxalif yazarlar əllərinə daşdan ağır silah götürməsələr də,onların dövlətə, dövlətçiliyə qarşı mübarizələri odlu silahdan da təhlükəlidir. Bir qrup kütləni xalq adlandıran Sabir həpəndləri arxaları boşalanda, xalqa da "iqtidar xalqı" damğası vururlar. Bir qrup bünövrəsiz kütləni xalqla eyniləşdirməyin səhv olduğunu anlamaq istəmirlər. Onların "iqtidar xalqı" ifadəsi də xalqla iqtidarın birliyinə dəlalət edir. "Qərbin qab dibini yalayanlar", "Boss yalına hürənlər", "Xarici havadar oduna qızınanlar", "Qol götürüb xaric havasına oynayanlar" ifadələri xoşlarına gəlir. Çünki 20 ildir ki, casus fəaliyyətləri ilə qarın otarmaqdan əl çəkmirlər.

Müxalifət ölkə daxilində insan hüquqlarının pozulmasını dəstəvuz edir. Biz də insan hüquqlarının Avropa ölkələrində daha çox pozulduğunu deyəndə və nümunə kimi mitinqlərdə nümayişçilərin polis tərəfindən amansızlıqla cəzalandırıldığını misal çəkəndə, deyirlər ki, tələbləri Azərbaycan yox, Avropa irəli sürdüyündən, iqtidar yalnız ölkə üzərinə qoyulan öhdəlikləri yerinə yetirməklə məşğul olmalıdır. Belə çıxır ki, "tələbkar Avropa" üçün heç bir insan hüququ məhdudiyyəti yoxdur. Bu ölkələrdə nümayişçilər söyülə, döyülə, öldürülə də bilərlər və bunun üçün Avropa iqtidarları hər bir məsuliyyət yükündən azad olarlar.

Müxalifətlərin yozumunda Qərb üzərimizə öhdəliklər qoyur, casus müxalifətə nəzarət hüququ verir və Azərbaycan iqtidarı həmişə günahkar hesab edilir. Bəs nə səbəbə Avropa iqtidarları törətdikləri qanunsuz əməllərə görə məsuliyyət daşımırlar? Axı bir dəfə Azərbaycan başını qaldırıb soruşa bilər ki, cüzi qüsura görə on dəfə biz məsuliyyət daşıyanda, nə səbəbə on dəfə qanun pozuntusuna yol verən Avropa iqtidarları bir dəfə də olsa məsuliyyət daşımamalıdırlar? Qoy on dəfə bizdə ziyafət olanda, qoy bir dəfə Avropada ibadət olsun da!

Göründüyü kimi, müxalifət özünü ölkə daxilində Qərbin təmsilçisi kimi aparmağa başlayıb. Paytaxtımızda fəaliyyət göstərən bir sıra Avropa səfirlikləri də müxalifətin ilhamvericisi obrazında çıxış edir. İqtidarın da, xalqın da dözümünün bir həddi var, ha...


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər