PDF Oxu

Köşə

  • 1 094

ERMƏNİ TUMANI

ERMƏNİ TUMANI

Avroparlament Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib və səs azlığı ilə (çünki səsvermə zamanı 700-ə qədər deputatın olması lazım idisə, onların 46-sı səsvermədə iştirak ediblər - M.) ölkəmizdə tumanlarını başlarına çəkən müxalifət ünsürlərinin keflərinə kef qatıblar. Bu gün "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlər az qala hər gün sevindiklərindən maviləşirlər, hətta ondan da betər rənglərə dönürlər. Və məlum olur ki, həmin mətbuat səhifələri ilə birgə Ermənistan yazılı və elektron mətbuatı maviləşir, göyləşir və ...şir!

Axı onların nə veclərinə?! Olan Azərbaycana olur, bunlara olmur ki?! Ya dağıdıcı müxalifət olsun, ya Xədicə İsmayılova olsun, ya Leyla Yunusova olsun, ya Eldar Namazov olsun, ya da erməni gavuru olsun, nə fərqi var axı?! Əsası odur ki, Azərbaycana qarşı qərar çıxarılıb və həmin qərarın çıxarılması onlara imkan yaradır ki, gələcəkdə başlarına çəkmək üçün yeni-yeni allı-güllü tumanlar alsınlar. Özü də Avropa, Qərb istehsallı!

Hətta bunlar o qədər sevincək olublar ki, liderləri ilə bahəm başlarına aftafa dəyməmiş erməni zadlardan çıxmış kirli-pasaqlı erməni tumanlarını da ikinci əl istifadə etməyə hazırdırlar. Təki tuman olsun başa çəkməyə! Hətta erməni tumanı olsun və onlar da həmin murdar, aftafa üzü görməyən tumanları başlarına çəksinlər. Düzdür, onlardan bəziləri etiraz edə bilərlər ki, yox, biz erməninin tumanını başımıza çəkmək istəmirik, bizə təzə Avropa tumanı verin və s. Ancaq fərqi nədir ki, guya avropalılar aftafa üzü görüblər?

Bu məqamda daha bir maraqlı məsələ yadıma düşdü. Yəni bu gün kirli-pasaqlı tumanları başlarına çəkənlərin başbilənləri vaxt var idi ki, deyirdilər: "Lazım olsa, biz şeytanla da, iblislə də danışığa gedərik, təki hakimiyyət arzumuz çin olsun".

Bax, bu məqamda yuxarıda sadaladığım fikirlər, həqiqətən də, yəni zarafatsız-filansız öz təsdiqini tapmış olur. Daha deməyəcəyəm ki, həmin fikirləri kim deyib, kim işlədib. Əsas odur ki, deyən deyib. Və həmin bu sözləri deyənlər (axrı ki, deməyə məcbur oldum, onlar bu gün də müxalifətdə mənəm-mənəm deyən İsa Qəmbərov və Əli Kərimovdur -M.) Avroparlamentin beş-on nəfər deputatının qərəzli qərara səs vermələrindən sonra dərhal 2000-ci, 2003-cü və 2005-ci illərdə aldıqları erməni tumanlarını başlarına çəkmələri ilə nəinki erməni tumanını sevdiklərini, hətta onları ürəklərinin başlarında məmnuniyyətlə gəzdirdiklərini izhar etdilər. Deyirəm, nə yaxşı ki, hərdən qərblilər bunların qeydlərinə qalırlar. Yoxsa bunlar el-aləm içində lap tumançaq qalacaq imişlər!


MÜBARİZ

Digər xəbərlər