Söz yox ki, müxalifətin bir çox mətbuat yazarları bir-birlərinə ciddi bənzərlikləri ilə seçilirlər. Yox, mən burada ciddi fizioloji bənzərlikdən, əkizlik simptomlarından danışmaq istəmirəm, sadəcə, onların bir neçəsinin həyatlarındakı bənzərliklərindən demək istəyirəm. Daha dəqiq desək, bu mövzuda şəxsi araşdırma apardım, məlum etdim ki, guya ki, "anderqraund" tərində yazı yazdıqlarını iddia edən müxalifət yazarları sən demə heç bu anlayışdan, yaxud da bu ədəbi performansdan məlumatlı da deyilmişlər. Belə ki, "anderqraund" tərzi onlarda başqa təsirdən yaranıbmış. Lap "Azadlığ"ın sözdə, dırnaqarası baş yazarı olan Qənimət Zahid kimi. Bu adam arağın 40%- lik təsirinə düşmədikcə, nəinki yazı, hətta "liderinin" adını yazmağı da bacarmırmış. Bunun üçün mütləq bir "butılka" arağı çerez "qorlışka" guppuldatmalı, sonra da əlinə qələm almalıymış ki, dumanlanmış beynindəki fərziyyələri kağıza köçürsün.
40 %-LİK ŞKALA
Necə ki, danışanda da ağzına gələni danışır. Məsələn, deyir ki, "Azadlıq" qəzeti guya sözün qorunduğu yeganə qəzetdir və başqa mətbu nəşrlərin heç birində bu kimi hallara rast gəlinmir (?!) Yəqin Fransanın "Le Mond" qəzetinə müsahibə verərkən, Q.Zahid yenə də 40%-lik şkalanın üzərinə oturubmuş. Bunu ondan gözləməyə dəyər. Çünki "Üç Palma"dakı əxlaqsızlıq yuvasında da lüt-üryan şəkil çəkdirəndə, o, "anderqraund" düşüncələrə qapılmış və həmin şkalanın üzərində özbək fahişələri ilə xəyallara dalmışdı. Və nədənsə Q.Zahid həm arağın, həm də "Le Mond"un təsiri altına düşərək, etiraf edib ki, yazılı orqanın baş redaktoru o deyil, Əli Kərimovdur. Yəni "Azadlıq" qəzeti AXCP (i)-nin tribunasıdır və bu qəzetdəki yanaşmaların hamısı qərəzli siyasi yanaşmalardır. Oraya a-dan z-yə qədər də məhz Ə.Kərimov nəzarət edir. Və bu gün həmin qəzetdə peşəkar yanaşma ümumiyyətlə mövcud deyil, o ki qala azad sözün carçılığına...
Bu gün alkaş yazar olan Q. Zahidin Azərbaycanda nə qədər qeyri-ciddi imicə sahib olduğunu gözəl bilirik. Onu da gözəl bilirik ki, "Azadlıq" qəzeti heç bir sfera və heç bir məsələdə azad fikri heç zaman dəstəkləməyib. Bu mətbu orqan Ə.Kərimovun bükmələdiyi kağız parçası olmaqla yanaşı, həm də onun divar qəzeti rolunu oynayır. Çünki "Azadlıq"da yalnız "cəbhə" sədrinə xoş olacaq, onun kefinə-kef qatacaq məqalələr dərc olunur. Bu gün Azərbaycanda görülən gözəl işləri görməzliyə vuraraq, qərəzli şəkildə yalnız problemlərdən yazmaq və onu da olduğu kimi deyil, reallıqdan uzaq, şişirdilmiş formada təqdim etmək, insanlarda yanlış təsəvvür oyatmaq heç vaxt azad fikrin nümunəsi sayıla bilməz!
VİRUS
Ona görə də köşəmin başlığında "anderqraund" məsələsi ilə yanaşı, Q.Zahid kimilərinin müxalifət mətbuatında çox olduqlarını yazdım. Adlarını çəkməsəm də, həmin yazarların kimlər olduğunu oxucu kütləsi də yaxşı bilir. Görünür, bu bənzərlik onlara əmr verən, onları ipli kuklaları kimi oynadan "liderləri" tərəfindən virus kimi keçib. Və yəqin ki, Fransanın "Le Mond" qəzetinin hər hansı müxbiri də durub deyəcək ki, "Le Mond" Fransada azad sözün yeganə carçısıdır. Axı Q.Zahidin virusu onlara da keçib.
Ancaq maraqlısı ondadır ki, görəsən, Qənimətin arağı qurtaranda, nə edəcək? Sarkozi də beləcə getdi, bəs onun arağını bundan sonra kim alacaq? Çətinlik-filan çəksə, Qənimət birbaşa mənə müraciət edə bilər. Ona araq almaq üçün pul verməyə imkanım çatır. Amma sonra "anderqraund" fikirlərə düşüb, "Le Mond"dakı kimi sarsaqlamasın, ayıbdır!
RÖVŞƏN