PDF Oxu

Köşə

  • 1 265

Həyat həqiqətlərindən uzaq üç roman

Həyat həqiqətlərindən uzaq üç roman

Rəsul Quliyev Azərbaycan tarixində bəlaya düçar olmuş mühacir kimi tanınmaqdadır. Bir vaxt o, cibişdanını çirkli pullarla doldurmaqla məşğul olarkən, müxalifəti "bədbaxtlar" ifadəsi ilə damğalayırdı. Azərbaycan dilində olan "bədbəxt" sözünü "bədbaxt" formasında ifadə edən bu adamın dilimizi mükəmməl bilməsinə adamın inanmağı gəlmir. Biz hətta bu adamın bir neçə bədii ədəbiyyat nümunəsini axıradək oxuyub, başa düşməsinə də inana bilmirik. İki cümləni bir-birinin arxasınca düzə bilməyən adamın hər hansı bədii əsər yazmasına yalnız sadəlövhlər inanar. Amma buna baxmayaraq, Rəsul Quliyevin ABŞ-da üç roman yazması haqda şayiələr dolaşmaqdadır. Bu, mümkündürmü? Sovet dövründə neft istehsalından pul qıran Rəsul Quliyev bədii əsər yaza bilərmi? İnanan daşa dönsün! Vallah, mən bu olaya inananın daşa dönməsinə daha çox inanardım.

Bədii əsər yazmaq orda-burda oturub pul qırmaq deyil. Bunun üçün, ilk növbədə, oxucu ilə təmiz ünsiyyət qurmaq qabiliyyəti lazımdır. Bu isə təmiz qəlb, vicdan saflığı, paklıq tələb edir. Atalarımız "napak qəlbdə xılt olar" demişlər. Rəsul Quliyevdə bizim ən istedadsız yazarlarımızda olacaq qədər səmimiyyətin olmasına inanmırıq. Hətta müxalifətin qəzet yazarlarının da bu cür səmimiyyətdən qat-qat uzaq olduqları yazdıqları hər sətirdən bilinir. Nifrət və kin əlamətləri olan yazılarda saflıq və səmimiyyətdən söhbət gedə bilməz. Rəsul Quliyevin səmimi adam olduğunu kiməsə inandırmağa xüsusi ehtiyac yoxdur. Çünki bu adam qeyri-səmimi və riyakardır və çətin ki, oxucusunu öz bədii yalanına inandırsın.

Demokratiya hər bir kəsə istədiyi hərəkəti etməyə imkan verir. Rəsul Quliyev də bu fürsətdən yararlanaraq, əvvəl "SİDSUH"-da, sonra ADP-də fəaliyyət göstərdi. 2005-ci il Binə üzərindəki "çarter" uğursuzluğundan sonra, xaricdə "ACP" yaratdı və Vaqif Mahmudovu partiya sədri təyin etdi. Özü lider statusunda olan R.Quliyev son günlər Müsavatdan istefa vermiş Sülhəddin Əkbəri yeni "ACP" sədri etdi. S.Əkbər də qolunu çırmalayıb R.Quliyevi müxalifətin yeganə lideri etmək üçün canfəşanlıq göstərməkdədir. R.Quliyev siyasi karyerasının uğursuzluqla üzləşdiyini görüb, meydana yeni qiyafədə-ədib kimi atılmaq qərarına gəlib.

Artıq R.Quliyev siyasi meydanda üç roman müəllifi kimi girib. İlk iri həcmli əsəri 2010-cu ildə yazılmış "Axına qarşı" romanıdır. Əsərin siyasi mündəricəsi müəllifin axına qarşı sinə gərməsini ön plana gətirir. Ancaq nədənsə, bu siyasi qarşıdurmanın nəticəsi kimi, R.Quliyev tıxac kimi xaricə atılaraq, yararsız hala gətirilmişdir.

2011-ci ildə R.Quliyev daha iki roman yazıb. Birincisi, "Qarabağ: Müqavimətsizlikdən doğan faciə", ikincisi isə, "Həqiqətin qiyməti" adlanır. Ötənilki ilk romanı R.Quliyevin respublika çərçivəsində göstərdiyi müqavimətdən sonra faciəli günlər yaşaması və xaricə qaçması ilə uyğunluq təşkil edir. Son romanı "Hiqiqətin qiyməti" R.Quliyevin ölçü meyarında qüsurların olduğunu ehtiva edir. Çünki müəllif həqiqətdən çox uzaq olduğu üçün siyasi həyatında həmişə uğursuzluğa düçar olubdur. O, ancaq yalan anlayışı ətrafında baş sındırmalıdır. İnanırıq ki, R.Quliyev 2012-ci ildə vicdansız və yalançı bir yazıçı kimi qələmini bu mövzuda sınaqdan keçirəcəkdir. Onu ancaq bundan sonra qərəzli bir yazar kimi Yazıçılar Birliyinə qəbul edərlər.


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər