PDF Oxu

Köşə

  • 1 195

SƏFİRLİK ŞƏBƏDƏSİ

SƏFİRLİK ŞƏBƏDƏSİ

Əgər fikir vermisinizsə, bizim müxalifətçilərdə (vallah, adamın bunlara "bizim" deyə müraciət etməyə dili gəlmir - M.) əzəldən belə bir xəstəlik mövcuddur. Hansısa məsələdə hakimiyyəti xarici dairələr qarşısında təhqir etmək, eləcə də, etdirmək, hansısa mötəbər tədbirlər ərəfəsində küçələrə çıxıb, qayda -qanunu pozmaq, hansısa 5-ci, 10-cu dərəcəli əcnəbi diplomatlar qarşısında Azərbaycan dövlətçiliyinə, xalqına həqarətlər etmək, ondan sonra da cavabını aldıqda, başına-gözünə döyərək, ağlamsınmaq, sızlamaq və s. Bu, həmin o "bizim" müxalifətin köhnə şakərlərindəndir. Fəqət, onların bu kimi davranışlarına daha bir bənzətmə etmək mümkündür. Əgər xatırlayırsınızsa, hələ Dağlıq Qarabağ münaqişəsi yeni-yeni başlayarkən, erməni təbliğatında belə bir vasitə var idi. Həmin vasitə, ilk növbədə, baş-gözünü cırmaqlamaq, donunu başı üzərinə çəkmək, hətta özünə xəsarətlər yetirərək, qanına qəltan olmaq kimi versiyalardan ibarət idi. Nəticədə, televiziya qarşısına çıxan ermənilər guya azərbaycanlıların "vəhşi", "barbar" olmalarını sübuta yetirməyə cəhd göstərirdilər. Ancaq hər şey tərsinə idi. Azərbaycanlılar qətlə yetirilir, uşaqlar, qadınlar, qocalar zülmlərə məruz qalırdılar. Amma baş verənlərə dünya biganə qalırdı. Ermənilərin şəbədələri isə yer tuturdu. Və mən burada dağıdıcı müxalifətin hərəkət və davranışlarını "mnoqostrodalnıy" ermənilərin davranışlarından qətiyyən fərqləndirmirəm. Fərq təkcə millət fərqi olsa da, bunlara azərbaycanlı deməyə nə dilim, nə düşüncəm, nə də heysiyyətim yol verir. Çünki ya erməni olsun, ya da dağıdıcı müxalifət, ikisi də bir bezin qıraqlarıdırlar, vəssalam! Bu səbəbdən də daha bu kimi bənzər olayı hörmətli oxucularımıza çatdırmaq istərdim.


RAZİ NURULLAYEVİN ABŞ SƏFİRLİYİNDƏKİ YAS-ƏLƏMİ


Müxalifət saytlarında belə bir başlıqla informasiya yer alıb: "AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Jeff Khurgel ilə görüşüb".

İfadəyə bax, hikkəyə, iddiaya və yekəbaşlığın dərəcəsinə bax!

Guya həmin bu R.Nurullayev ABŞ səfirliyində elə qarşılanıb ki, heç sədri Ə.Kərimov beynəlxalq homoseksuallar qurultayında bu cür qarşılanmayıb. Bəlkə R.Nurullayevin ayaqları altına qırmızı xallı-xalça da açıblar ABŞ səfirliyində? Çünki "Azadlıq" qəzetində həmin xəbəri xülyalarla zəngin sözlərlə bəzəyib-düzəyiblər. Guya hansısa dövlətin naziri ABŞ-ın səfiri ilə görüşüb və müzakirələr aparılıb. Daha nə deyəsən, bunların əttökən tipajlarına, artistliklərinə və ibnəlklərinə?

Sən demə, bunlar neçə aylardır ki, ABŞ səfirliyində görüş yapmaqdan ötrü dəridən-qabıqdan çıxırmışlar. Uzun çək-çevirdən sonra səfirliyin beşinci dərəcəli diplomatı bunlarla görüşməyə razılıq verib. Ancaq peşman olub. Çünki Razi onunla görüşəndən sonra başlayıb həmin o ermənilər kimi sızlamağa, şəbədə göstərməyə. Deyib ki, Azərbaycanda küçə iğtişaşları törədənlər cinayətkar deyil, mələkdirlər, hətta xəstədirlər. Bəlkə də gündə yüz dəfə ölürlər-dirilirlər. Səfirliyin müşaviri də baxıb, baxıb, baxıb, sonra da deyib ki, ay Razi, bitirdinmi sözlərini? İndi get. Get və bir də bu tərəflərə gəlib-eləmə. Bütün qaravı-qadavı tökdün üstümüzə, get, sən Allahın adı, get!

Ancaq səfirin "get"ini "Azadlıq" olduğu kimi yazmayıb. Yazıb ki, tərəflər maraqlı fikir mübadilələri aparıblar. Yalansa, Pənah 92-ci ildə demişkən, başına yalan boyda daş salsın! Guya R.Nurullayev o qədər önəmli gədədir ki, Jeff Khurgel də onu "seryoznıy" adam kimi qəbul edib? Nə deyəsən axı, bir adamın ki, sədri Əlişka ola, daha Razidən nə gözləyəsən?


MÜBARİZ

Digər xəbərlər