PDF Oxu

Köşə

  • 1 288

Erməniyə güzəşt edilməyəcək

Erməniyə güzəşt edilməyəcək

İyun görüşlərində də Ermənistan tərəf öz işğalçı mövqeyindən dönməyəcəyini bəyan etdi. Ermənistan silahlı qüvvələrinin təlim keçirdiyi də nəzər-diqqətlərdən yayınmadı. Serj Sarkisyanı öz ordusundan qat-qat güclü olan Azərbaycan ordusu ilə qarşıdurmaya sövqe edən hansı qüvvədir? Müharibənin başlayacağı təqdirdə, Serjin qazancı nə olacaq? Nə səbəbə beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyini öz məcrasına qaytarmağa tələsmir?

Bu və ya digər bu kimi analoji suallara cavab verməmişdən əvvəl bir atalar məsələni nəzərinizə çatdırmaq istərdim. Atalarımız \"arxalı köpək qurd basar\" demişlər. Torpaqlarımızdan tutmuş məişət məkanımızı da özününküləşdirməyə adət etmiş ermənilərə xalq deyimlərimiz də yaxşı məlumdur. Bəlkə dövlətini Rusiya forpostu dairəsinə sığışdıran Serj də özünü Kremlin timsalında qurdbasan arxalı köpək hesab edir? Sözsüz ki, Serj nüfuzlu arxası olan bir köpəkdir. O, doğrudan da, özünü tutan it kimi göstərib, küçüklərini sərhəd bölgələrində əsgərlərimizin üstünə qısqırdır. Küçüklər də hər dəfə itki verib, zingildəyə-zingildəyə Serjin üstünə qaçırlar. Qulaqları sallanmış bu küçüklərin döyüş qabiliyyəti sıfır həddindədir. O ki qaldı onların qurdbasarlıq dərəcəsinə, erməni küçükləri bu rolda tamamilə yarasız vəziyyətdədirlər.

Erməni silahlılarının qarşısında dayanan əsgərlər adi qurdlar yox, boz qurdlardır, özü də əlasından. Boz qurdlar köpəklərə həmlə etdikdə, onların arxalı olmasına məhəl qoymurlar. Onlar köpəkləri məhv edir, arxa duranlarına isə caynaq atırlar. Arxa duranlar qaçmadıqda, onların tabutları da vətənlərinə göndərilir. Boz qurdlar üçün düşmənin kim olmasının fərqi yoxdur. Pozulmaz qayda belədir: üstümüzə tüfənglə gələn tabutla gedər!

Arxalı köpək olan Serj, doğurdan da, onu ordusu ilə qoruyan Rusiyaya güvənir. Demokratik mövqeli dövlətlərin NATO blokuna meyil etdiyini görən Rusiya bir-iki Orta Asiya dövləti, Belarus və Ermənistanla kollektiv təhlükəsizlik müqaviləsi adlanan hərbi qurumda birləşiblər. Xatırladırıq ki, bu quruma daxil olan Ermənistan bu təşkilatın köməyi ilə də işğal edilmiş torpaqları əlində saxlaya bilməyəcək. Serjin ərazisində Rusiya ordusuna əlavə daha 25 il yer verməsi də ona heç bir hüquq vermir. Yəni Serj hansı oyunlardan çıxır-çıxsın, biz torpaqlarımızın bir qarışını da işğalçı tərəfə güzəştə getməyəcəyik.

Serj sərhəd bölgələrində təxribat törədir və sonra beynəlxalq təşkilatlara şikayət edir ki, Azərbaycan ordusu erməni əsgərlərini öldürür. Bu cür təşkilat rəhbərləri də ondan soruşmurlar ki, sənin əsgərlərin Azərbaycan torpaqlarında əlisilahlı halda neyləyirlər? Beynəlxalq təşkilatlar Serjə bu sualı vermir, bizim əsgərlər isə ermənilərin hücumlarını dəf edərkən, bir-ikisini də haqlı olaraq məhv edirlər. Ölmək istəmirlərsə, qoy cəhənnəm olub getsinlər. Yoxsa hər dəfə hücum edən ermənilər bu qayda ilə öldürüləcəklər.

Azərbaycan əsgərlərinin bir yolu var: irəli getmək! Geriyə yol yoxdur... Bu şəraitdə erməni əsgərlərini ancaq ölüm gözləyir. Ermənilər üçün yeganə çıxış yolu babalarımızın onlara güzəşt etdikləri və Yerevan adlandırdıqları İrəvana çəkilməkdir. İşdir çəkilməsələr və arxalarına baxa-baxa Yerevana əkilməsələr, əsgərlərimiz hamısını cəhənnəmə vasil edəcəklər. Prezidentimiz heç bir əlavə güzəşt etməyəcək və ərazimizdə ikinci Ermənistan dövlətinin yaradılmasına yol verməyəcək. Əsgərlərimiz isə torpaqlarımıza göz dikən erməniləri gözündən vuracaq, irəli ayaq basan erməniləri, cücə dəni dənləyən kimi, bir-bir dənləyəcək.


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər