AŞPA-nın məlum "Demokratiya böhranı və müasir Avropada dövlətin rolu" adlı qətnaməsi qəbul edildikdən sonra bir daha bəlli oldu ki, bundan ən çox sevinən "Azadlıq" qəzeti, onun qeyri-rəsmi baş redaktoru, AXCP (i) sədri Əli Kərimov və əlbəttə ki, həyatda ən çox hörmət qoyduğu millət - ermənilər oldu. Hətta "Azadlıq" qəzeti öz "hayes" (erməni) sevgisini o qədər təcəssüm etdirib ki, Ermənistanın AŞPA-dakı deputatı Naira Zoqrabyanın ölkəmiz və dövlət rəhbərliyimiz haqqında dediyi sərsəm, ağılsız, fahişlələrə layiq ifadələrini öz ultrafahişəlik üslubuna uyğunlaşdıraraq, murdar səhifələrinə həkk edib. (Qeyd edim ki, N.Zurabyanın ifadələrini qəzetdə sitat gətirmək üçün gərək "Azadlıq" qəzeti və onun rəhbərliyi qədər şərəfsiz, heysiyyətsiz və antiazərbaycanlı olasan. Ona görə də bu adlardan uzaq olmaqdan ötrü həmin ifadələri köşəmdə qeyd etməyi lüzum görmürəm - R.) Eyni zamanda, erməni fahişəsinin iyrənc sözlərinə haqq da qazandırıb (?!)
Lakin bu, da azmış kimi, britaniyalı deputat Pol Flin açıqlamasına haqq qazanıran "Azadlıq" öz sifətini Azərbaycan xalqının ümummilli problemi olan Qarabağ məsələsində aşkar şəkildə nümayiş etdirib. Belə ki, ingilis deputat deyib ki, guya demokratiyanın pozulmasına Qarabağ münaqişəsinin həll olunmaması ilə bəraət qazandırmaq olmaz və Azərbaycanı Avropa Şurasından xaric etmək lazımdır (?!)
Yaxşı, əgər hansısa erməni deputat Azərbaycan haqqında sərsəm düşüncələrini izhar edirsə, bunu başa düşmək elə də çətin deyil. Çünki həmin bu erməni fahişəsi Azərbaycana düşmən kəsilən Ermənistanın mövqeyini (yanlış, təcavüzkar və işğalçılıq mövqeyini) sərgiləməyə cəhd edir. Bəs onda "Azadlığ"a nə gəlib ki, o saat öz mavi saytında onun ifadələrinə geniş yer ayırır? Bəlkə bir bunu da açıqlayardılar?
Başqa tərəfdən, ingilis deputat Pol Flinin Azərbaycanın Qarabağ problemini ikinci plana atması "vacibliyini" deməsi, demokratiya haqqında səy-səy fikirləri nəyə görə "Azadlıq" şərəfsizlərinin qaranlıq qəlblərində fərəh hissi oyadır? Məgər Qarabağ həm də onların torpağı deyilmi? Görünür, belə deyil. Amma olmasa yaxşıdır. Çünki müharibə başlarsa, məhz bu kimi şərəfsizlər xəyanət, satqınçılıq yolunu tutaraq, Azərbaycanın maraqlarını satmaqda davam edəcəklər.
Pol Flinə gəldikdə isə, britaniyalı deputat unutmamalıdır ki, onun təmsil etdiyi dövlət elə də uzaq keçmişi olmayan tarixdə (20-ci əsrin sonlarınadək) Şimali İrlandiyada dini-məzhəb zəminində (katolik-protestant qarşıdurmaları) insanları öldürüb, qətlə yetirib, söz azadlığını, demokratiyanı, dini etiqad azadlığını boğub və s. Adını da qoyub ki, Britaniya dövlətçiliyini qoruyurmuş. Məgər bunlar fakt deyilmi? Ona görə də mənim, millətimin Qarabağında işin-filanın olmasın, ms.Pol, çünki sən bunu heç vaxt anlaya bilməzsən! Elə "Azadlıq" şərəfsizləri də bunu anlaya bilməzlər. Çünki bunlar nə Azərbaycan xalqının nümayəndələridirlər, nə də Qarabağın bunlara hər hansı aidiyyətləri var.
Lənət kor şeytana demirəm, çünki kor şeytanın özü "Azadlıq" hayessevərlərindən pak və təmizdir. Ən azından şeytanın əməlləri aşkardadır.
RÖVŞƏN