PDF Oxu

Köşə

  • 800

ELDAR NAMAZOV AZƏRBAYCAN VƏTƏNDAŞI OLMADIĞINI İDDİA EDİR?

ELDAR NAMAZOV AZƏRBAYCAN VƏTƏNDAŞI OLMADIĞINI İDDİA EDİR?

Vətəndaş cəmiyyətinin fəalları Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşün yekunlarını yüksək qiymətləndirirlər. Bu amili onların mətbuata verdikləri geniş, məntiqəuyğun açıqlamalarından, müsahibələrindən də görmək mümkündür. Buradan bir daha görünür ki, Azərbaycan hakimiyyəti ilə vətəndaş cəmiyyətinin fikirləri üst-üstə düşür. Çünki vətəndaş cəmiyyətinin quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir.

Lakin təəssüflə qeyd edilməlidir ki, özlərini "vətəndaş cəmiyyətinin aparıcı qüvvələri" kimi ictimaiyyətə sırımağa çalışan "bəzi xəyanətkar qüvvələr bu statusdan sui-istifadə edərək, tamamilə başqa xətt üzrə inkişaf edirlər. Həmin xətt isə heç də ölkədə vətəndaş cəmiyyətinin quruculuğuna xidmət etmir, əksinə, bilavasitə dövlətçiliyə qarşı çıxır. Buna misal kimi, "Azərbaycan Naminə" ictimai forumun rəhbəri Eldar Namazovu, "Sülh və Demokratiya İnstitu"nun direktoru Leyla Yunusovanı, eləcə də, Eldar Zeynalovu və digərlərini göstərmək mümkündür. Onlar dəfələrlə, hətta on dəfələrlə öz xəyanətkar xislətlərini müəyyən pul-para, qrant qarşılığında icra edib, xalqın maraqlarını satmaqla məşğul olublar. Həmçinin, anti-Azərbaycan fəaliyyətləri ilə seçilən xarici dairələrin verdikləri tapşırıqları hər vəchlə yerinə yetirməyə səy göstəriblər. Bununla da, onlar bir daha sübuta yetiriblər ki, "vətəndaş cəmiyyəti" sözü onlar üçün kirli qazanc mənbəyidir.

Bu amili onların PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşə gəlməmələrindən də başa düşmək olar. Çünki adları çəkilənlər həmin görüşdə iştirak etməməklə, əslində, Azərbaycan vətəndaşı olmadıqlarını dolayısı ilə etiraf ediblər. Xüsusilə, E.Namazovun bu kimi addımı atması adıçəkilən fərdin vətəndaşlığa göstərdiyi sayğısızlıqdır. Əbəs yerə deyil ki, başda E.Namazov olmaqla, digər onun kimiləri davamlı şəkildə erməni dəyirmanına su tökərək, düşmən mövqesində dayanan qüvvələrə nökərçilik ediblər.

E.Namazov özü kimi xəyanətkar "Azadlıq" səhifəsinə çıxaraq, dedi ki, bu cür dialoqda iştirak o halda mümkündür ki, hakimiyyət səmimi olsun və s.(?!) O, eyni zamanda, sərsəm fikirlərlə çıxış edərək, deyib ki, bu cür bu görüşlər hökumət və vətəndaş cəmiyyəti ilə birgə hazırlanmalıdır. E.Namazov bu kimi sərsəm ideyalarla özünü "vətəndaş cəmiyyəti" kimi qələmə verir, digərlərini isə həmin çərçivəyə aid etmir. Sonra da deyir ki, o, Azərbaycan vətəndaşıdır. Necə ola bilər ki, hakimiyyət - vətəndaş cəmiyyəti dialoquna qatılmayasan, sonra da deyəsən ki, mən vətəndaş cəmiyyətinin təmsilçisiyəm?!

Başqa tərəfdən, əgər sən, E.Namazov öz fikirlərini siyasiləşdirilmiş formada izah edirsənsə, bu zaman sənin forumun da, təşkilatın da yararsız qurumlardırlar. Və əgər siyasətlə məşğul olmaq istəyirsənsə, buyur, demokratik dəyərlərdən istifadə edib partiya yarat və siyasi kursunu müəyyənləşdir. Bunu da bacarmırsansa, öz arzunu reallaşdır, Azərbaycan vətəndaşlığından imtina et! Onsuz da sən və səninkimlər Azərbaycan cəmiyyətinə yararsızsınız. Bunu E.Namazov da öz dili ilə deyir.


MÜBARİZ

Digər xəbərlər