PDF Oxu

Köşə

  • 1 050

Milli mənəviyyat nəzərə alınmadıqda...

Milli mənəviyyat nəzərə alınmadıqda...

Müxalifət nümayəndələri milli mənəviyyatdan dəm vurmağı çox xoşlayır, xalq və millət ifadələrini işlətməkdən zövq alırlar. Onların bir çoxu özünü hətta xalqçı və millətçi hesab edir. Bunların boğazdan yuxarı ifadələr olmasını deməklə, əlbəttə, bir yenilik etmiş olmuruq. Çünki bu cür söhbətlərdən sonra çoxusu gözlərini Qərb bosslarının ciblərinə dikmələri ilə fəxarət hissi keçirdiklərini və bu cür bayağı bəyanatlardan sonra daha çox qrant qazanacaqlarını güman edirlər.

Nə onlar, qoy onlar saydıqlarını saysınlar, görək fələyin gərdişi diqtə edir. 20 il əvvəlin doğanağından keçmiş çoxmetrəli örkən indi də zamanın doğanaqdan eyni tərzdə keçir. Müxalifətin örkəni də həm keçmişdə, həm də indi Qərbin qrant doğanağından eyni qaydada keçməkdədir. Nə üçölçülü məkan, nə də spiralvari zaman cüzi də olsa hər hansı dəyişiklik etməyə nail olmayıb.

Burdan da belə bir nəticə hasil etmək olar ki, müxalifətin dodağında səslənən xalq və millət, onların sayca azlıq təşkil edən həmfikirlərindən və qohum-əqrəbalarından ibarətdir. Çoxmilyonlu xalqın başlıca hissəsi isə, əsası 1993-cü ilin iyunundan qoyularaq bugünədək uğurla davam etdirilən dövlətçilik prinsiplərini dəstəkləyir və Prezident İlham Əliyev ətrafında birləşir. "İctimai Palata" kimi qurumda birləşənlər isə, qəpik-quruş qazanmaq naminə, "çevir tatı, vur tatı" deyib, lüzumsuz, cüzi qrant gətirən bəyanatlarını təkrarlayırlar.

Azərbaycan dövləti demokratik prinsiplərə riayət edir və ölkədə sağlam müxalifətin fəaliyyətini, yəni onların hakimiyyət onların uğrunda mübarizələrini dəstəkləyir. Ancaq qərəzçiliyi öz başlıca məqsədlərinə çevirən müxalifətçilər isə demokratik dəyərlərə öz prizmalarından yanaşmaqdan uzağa gedə bilmilər. Bu da konstitusiya qaydalarını pozan ayrı-ayrı müxalifətçilərin cinayətə yuvarlanmaları ilə nəticələnir. Öz vəzifələrini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşları isə qanun pozuntusu törətmiş yol vermiş hər bir vətəndaşa yol vermiş olduğu cinayətə görə cəza müəyyənləşdirir.

Əlbəttə, müxalifətçilər demokratiyanın nə olduğunu çox yaxşı anlayırlar. Ancaq qəsdən demokratiyanı anarxiya kimi dərk etdiklərini büruzə verirlər. Bu da onlara öz təbliğatlarını davam etdirmək üçün lazımdır. Yəni onlar mövqelərini müdafiə edən QHT-çilərlə birlikdə vay-şüvən qoparıb ölkədə həbsxanaların müxalifətçilərlə doldurulduğu, insan hüquqlarının kobud tərzdə pozulduğu haqda donoslar yazıblar. Ancaq son vaxtlar ölkəmizə səfər edən AŞPA həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt müxalifətçilərin ağ yalanlarına inanmadıqlarını bildirirlər. ABŞ Dövlət Departamentinin baş katibi Hillari Klinton kimi nüfuzlu rəsmi dövlət xadimi də Azərbaycan müxalifətinin səviyyəsizliyi ilə barışmaq istəməmişdir.

Müxalifət bu gedişlə heç vaxt fəaliyyətini gücləndirməyə nail olmayacaq. Onlar bunu heç arzulamırlar da. Çünki başlıca istəkləri xaricdən cüzi qrant qazanıb, ölkə daxilində təlxək əllaməliklərini davam etdirməkdir. AŞPA deputatı Kristofer Ştrasser, Almaniya ombudsmanı Markus Löninq kimilər də tapılır ki, sağlam olmayan bu müxalifəti dəstəkləyir və onların qrant almalarını təmin edir.


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər