Həyatda hər hansı prosesə münasibətin dəyişməsi üçün zamanın müəyyən məqama gəlib yetişməsi vacibdir. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və onun ətrafında olan ərazilərimizin Ermənistan tərəfindən işğalından 20 il ötsə də, ATƏT-in Minsk Qrupu, AŞPA, BMT kimi beynəlxalq qurumlar, bu və ya digər ölkənin maraq dairəsindən kənara çıxa bilmirlər. Məhz bu səbəbdən, iki onillik ərzində Ermənistana qarşı hər hansı bir sərt təpki göstərilməmişdir. Bir vaxt ərazilərimizin işğalında Ermənistana ciddi dəstək verən və hazırda Rusiya Federasiyası adlanan SSRİ qoşunları olmuşdur. Ərazilərimizdə peyda olan Ermənistan dövləti 1828-ci il Türkmənçay müqaviləsinin nəticəsi və rus çarı Pyotrun və Yekaterinanın arzularının təzahürü kimi yaranıb. Hazırda Yerevan Moskvanın forpostu, kobud tərzdə desək, bir əyaləti kimi ömrünü davam etdirir. Bu həqiqətləri bütün dünya ictimaiyyəti bilsə də, onu bir daha oxucularımızın, nəzərinə çatdırmalı olduq. Digər həqiqət isə dünyada cərəyan edən hadisələrə xristian supergüclərin nəzarət etməsidir. İkili standartlar və xristian təəssübkeşliyinin gerçəkliyi müasir dünyamızın reallığıdır.
Dünyada bizə özünü dost və düşmən qüvvəllər kimi təqdim edən dövlətlər neft və qaz kimi enerjilərimizdən eyni tərzdə yararlanmağa cəhd edirlər. 20 il ərzində Azərbaycan yeraltı, yerüstü təbii ehtiyatları sayəsində yüksək inkişaf mərhələsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tərəqqinin öndəgedənidir. Onun yürütdüyü siyasət ermənilərin canına vicvicə salmaqdadır. "İşğal edilmiş ərazilərimizin bir qarışını da düşmənə güzəştə getməyəcək," "Ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyik," "Ermənistan ordusu işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz geri çəkilməlidir", "ATƏT-in Minsk Qrupu başlıca diqqətini status-kvonun dəyişdirilməsinə yönəltməlidir," "Tezliklə Azərbaycan bayrağı Xankəndində yellənəcəkdir". Bu kəlmələr Azərbaycan Prezidentinə məxsusdur.
Heç kəs tarixin təkərini geri döndərməyə qadir deyil. Rəsmi Yerevan çökməyə doğru gedir. Azərbaycan dövlətinin son bəyanatlarından sonra ermənilərin bir nömrəli dəstəkçiləri olan Rusiya rəsmləri yenə də 20 il əvvəlki köhnə bayatılarını çağıraraq, belə bir fikirlərlə çıxış edirlər: "Biz işğal edilmiş torpaqların qaytarılmasına etiraz etmirik. Qoy Ermənistan və Azərbaycan rəsmiləri öz aralarında razılığa gəlsinlər." Ey rus, işğal edilmiş torpaqlarımızın sülh yolu ilə qaytarılması müqabilində hansı razılığa gəlməliyik? Erməni ordusu geri çəkilməlidir, vəssalam. Rusiya rəsmiləri daha bir müddət erməni dövlət rəsmilərini qızışdıra və dəstəkləyə bilərlər. Ancaq heç vaxt erməni xalqının rifah halını yüksələdə bilməyəcəklər.
Amansız zaman Mayya münəccimlərinin dedikləri bir həqiqəti üzə çıxardı. Onlar 2012-ci ilin 21 dekabrında beşinci Beşminilliyin başa çatacağını və altıncı Beşminilliyin dünya tarixinə qədəm qoyması ilə inkişafa aparan təbəddülatların başlayacağını demişdilər. Bu dəyişikliklər özünü təbii fəlakətlər - zəlzələlər, daşqınlar, çökmələr, sürüşmələr, yanğınlar, vulkanik püskürmələr, yayda ifrat istiləşmə, qışda isə ifrat şaxtalarla göstərməkdədir. Daha sonra bəzi ölkələrin çöküşü, digərlərinin isə tərəqqi mərhələsi başlayacaq. Biz tərəqqi, düşmənlərimiz isə süqut mərhələsi astanasındadır.
Zaman xeyirimizə işləyir. Sükanı belə saxlamalıyıq!
VALEH MƏHƏRRƏMLİ