PDF Oxu

Köşə

  • 1 030

YARIMÇIQ ASPİRANT "TƏFƏKKÜRÜ" VƏ ÇULLU EŞŞƏK MƏSƏLƏSİ

YARIMÇIQ ASPİRANT "TƏFƏKKÜRÜ" VƏ ÇULLU EŞŞƏK MƏSƏLƏSİ

Dağıdıcı düşərgədə danışanda ağzına çullu eşşək yerləşməyənlərdən birinin də məhz Müsavat başqanı İsa Qəmbərov olduğunu hər kəs bilir. Amma çullu eşşək məsələsini və həmin çulun kimin ağzının içinə daha çox yerləşib-yerləşməməsini, hələlik, qoyuram bir tərəfə və keçirəm elə də uzaq olmayan yaxın keçmiş tarixə. O tarixə ki, hələ 90-cı illərin axırlarında, eləcə də, 2000-ci illərin əvvəllərində bunların "hakimiyyətə gəlirik" kimi həlləm-qəlləmlikləri özləri tərəfindən müxtəlif cür ifadə edilirdi. Məhz onda da Müsavat başqanı İsa Qəmbərov yarımçıq aspirant "təfəkkürünə" uyğun qaydada lələdöyənliklər ediri. Hətta o zamanlar bilavasitə nəzarət etdiyi "Yeni Müsavat" qəzetində hansı müxalifətçinin hansı vəzifəyə gedəcəyini təxmin edənlərə "prizlər" vəd edirdi. 06 markalı "Jiquli", şəhərin mərkəzində ev və s. Ancaq nə edilən təxminlər özünü doğrultu, nə də İ.Qəmbərov hakimiyyətə yiyələndi. Çünki bu amil mümkünsüz olduğu qədər, həm də xalqın etirazına səbəb olacaqdı. Ortada yenə də yuxarıda qeyd etdiyim çullu eşşək məsələsi qaldı. Özü də Müsavat başqanı bu dəfə elə mat vəziyyətində qaldı ki, deyilənlərə görə, olan-qalan ağlını belə itirmək üzrə idi. Onun güzgüyə baxaraq, öz-özünə danışması haqqında o zaman mətbuatda gedən yazıları xatırlamaq kifayət edər. Bir sözlə, çullu eşşək yarımçıq aspirantın "təfəkkürünə" heç bir xeyir vermədi. Əksinə, bu "adam" adamlıqdan çıxaraq, hansısa naməlum məxluqa çevrildi. Daha hansı məxluqa bunu köhnə müsavatçılar daha yaxşı bilər.

ARAM MANUKUNYAN YEREVANDA İSA QƏMBƏROV MƏRKƏZİ AÇACAQ?

Əslində, Müsavat başqanının Azərbaycan xalqı və dövlətçiliyinə zidd olan addımlarını sadalamaq mümkün deyil. Çünki bu hal bir növ "epopeya" şəklini alıb. Yəni bunun üçün ayrıca olaraq bir neçə cild "İsa Qəmbərovun xəyanətləri" adı altında kitab nəşr etdirmək mümkündür. Onun həm dövlətiliyə, həm millətçiliyə, həm də təmsil olunduğu müxalifət düşərgəsinə etdiyi xəyanətlər toplumu qara tarix səhifəsində kifayət qədər yer alıb. Onlardan bəzilərini hörmətli oxucularıma çatdırmaq istərdim.Xocalı soyqırımı törədilərkən, İ.Qəmbərov xalqın faciəsini hakimiyyətə gəlmələri üçün yüksək şans kimi qiymətləndirmişdi. Bu "adam" dəfələrlə demokratiya adı altında xarici təşkilatlara satılmış, bunun müqabilində yüz minlərlə dollarlar qazanc əldə etmişdi, indinin özündə də bunu edir. İ.Qəmbərovun SSRİ-nin "KQB" agentləri şəbəkəsində xüsusi çəkiyə malik olduğunu da heç kim unutmayıb. Bu baxımdan, 20 yanvar qırğınında bu fərdin Mixail Qorbaçov qədər günahkar olması danılmazdır. Ancaq onun bu kimi agentliklər şəbəkəsinə məxsusluğu hələ çox keçmişlərə, bəlkə də qohumluq şəcərəsinə qədər gedib çıxır. Məlumat üçün deyim ki, İ.Qəmbərovun atası Yunus Qəmbərov da zamanında bir çox tanınmışlara qarşı agentlik etmiş şəxslərdən olub. Ona görə də Müsavat başqanının həmin şakərə aludəçiliyindən təəccüblənmək lazım deyil.Və ən nəhayəti, bu "adam" hər seçki ərəfəsində oluğu kimi, indinin özündə də ambisiyalarına qapılıb, özü də elə qapılıb ki, ermənistanlı qardaşı Aramla növbəti dəfə "dostluq-qardaşlıq paktı" imzalayıb. Hələ Potsdamda imzalanmış məlum sənəd növbəti dəfə Gürcüstanda reallaşdırılıb. Görünür, Aram Manukunyanla arasında olan sövdələşmə müəyyən qarşılıqlı anlaşma şəraitində baş tutub. Yəni Manukunyan Qəmbərova söz verib ki, sən nə qədər xalqını, dövlətini erməni maraqlarına satarsansa, bir o qədər də maddi gəlirlərin artacaq. Hətta Ermənistanın paytaxtı Yerevanda İsa Qəmbərov Mərkəzinin açılmasına nail olacaq. Həmin mərkəzdə bir çox müzakirələr aparılacaq. Məsələn, ermənilər orada öz xalqına qarşı necə satılmağı öyrənəcəklər. Orada xalqın sərvətini talamaq və çapmaq kimi mövzularında leksiyalar dinləniləcək. Həmçinin, daha bişərəf olmaq üçün kurslar fəaliyyətə başlayacaq. Axı həmin mərkəzə A.Manukunyan tərəfindən əbəs yerə İsa Qəmbərov Mərkəzi adı verilməyəcək!

RÖVŞƏN

P.S. Bax, məsələ də bundadır. Özü kimi alçaq və şərəfsizləri ətrafına toplayan Müsavat başqanı xislətini bu cür açıq edir. Və bu xislətin arxasında nə namus, nə şərəf, nə heysiyyat, nə ləyaqət dayanıb. Ona görə də, bayaq qeyd etdiyim kimi, təəccüblənmək lazım deyil, əsla, lazım deyil! Axı ondan başqa nə gözləyəsən ki?!

Digər xəbərlər