PDF Oxu

Köşə

  • 902

QRANTLARLA MEYDAN "SULAYANLAR"

QRANTLARLA MEYDAN "SULAYANLAR"

Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, insanlar üçün siyasət meydanına da yollar açıldı. Onlarla şəxs siyasi təşkilat, partiya təsis edərək, siyasi fəaliyyətə başladı. Nəticədə, Azərbaycanın siyasi səhnəsində AMİP, Müsavat, Liberal, Xalq Cəbhəsi, Vahid Azərbaycan Milli Birlik, Sosial-Demokrat, Demokrat, eləcə də, onlarla digər partiyalar meydana çıxdı. Amma təəssüf ki, bu siyasi təşktilatların bəzilərinin rəhbərlərinin əsas məqsədləri heç də siyasətlə məşğul olmaq deyil, siyasətbazlıqla məşğul olmaqdan, başqa sözlə desək, qrant almaqdan ibarətdir. Onlar aldıqları qrantlarla meydan sulamağa cəhd göstərirlər. Ancaq di gəl ki, bunun heç bir xeyiri-filanı da olmur. Elə olmasa yaxşıdır.

Qeyd edək ki, konkret olaraq, Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının fəaliyyətləri elə buna yönəlib. Belə ki, onlar hələ ötən ilin sonlarında qrant alma vasitəsinə çevrilmiş "İctimai Palata" üçün ayrılmış pulları həzm-rabedən keçirirlər. İndi həmin vəsait xərclənib başa çatdığından, hər iki siyasətçinin - Əli Kərimov və İsa Qəmbərovun da yolları ayrılmaq üzrədir.


İKİBAŞLILIQ


Azərbaycanda elə siyasətbazlar, ikibaşlı oyunçular da var ki, onların üzdə özlərini iqtidarı dəstəkləyən fiqur kimi göstərsələr də, reallıqda bunun əksi ilə məşğul olurlar. Bununla yanaşı, hakimiyyətə rəğbət bəslədiklərini bəyan etdikləri halda radikal müxalifətin maraqlarına xidmət edənlər də kifayət qədərdir. Azərbaycandakı siyasətbazlar yalnız bunlarla kifayətlənmir. Ölkəmizdə irili-xırdalı onlarla qeyri-hökumət təşkilatı, ictimai birlik də mövcuddur ki, siyasətlə məşğul olmaq onlara qanunla yasaq edildiyi halda, bu qurumların rəhbərləri ikibaşlı oyunlar oynayırlar. Belə təşkilatlara "Sülh və Demokratiya İnstitutu", "Azərbaycan Naminə İctimai Forum", habelə, digər təşkilatları misal çəkmək olar. "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusovanın "siyasətçi"liyinin acı nəticələrindən bəhs edərkən təkcə onu qeyd etmək yerinə düşər ki, "Sülh və Demokratiya İnstitutu" rəhbərinin özündən uydurduğu "siyasi məhbus" siyahısını heç onun öz həmkarları, digər qeyri-hökumət təşkilatlarının rəhbərləri də qəbul eləmirlər.

Biz hələ "Azərbaycan Naminə İctimai Forum"un prezidenti Eldar Namazovun özünəməxsus "siyasətçi"çiliyini demirik. Bu və digər şəxslərin ikibaşlı oyunları ilə siyasətlə deyil, siyasətbazlıqla məşğul olmaları hamıya gün kimi aydındır. Amma nəticə etibarilə, həmi aydınlığın özü də kölgədə qalmaqda davam edir. Bu səbəbdən də, köhnəlmiş rütubət qoxusunda çürüyür və məhv olur.


RÖVŞƏN

Digər xəbərlər