PDF Oxu

Köşə

  • 881

XORUZBURAXAN VƏ DEŞİKLİ ASTANLAR

XORUZBURAXAN VƏ DEŞİKLİ ASTANLAR

Qədim zamanlarda yaxın-uzaq kəndlərə toy çalmağa gedən Xoruzburaxan Astan ləqəbli bir zurnaçı varıymış. Həmin zurnaçıya ona görə Xoruzburaxan Astan ləqəbi verilmişdi ki, hər ifasında, hər püfləməsində zilə qalxarkən, çox əndrəbadi, ətürpədici səslər çıxarırmış zurnasından. Ona görə də binəvanın adı qalıbmış eləcə Xoruzburaxan Astan. Və bir gün, nə başınızı ağrıdım, onun ağlına bir "ideya" gəlir. Gecələrin birində, gözdən-qulaqdan uzaq yerdə gedərək, zurnasında təzə dəlik açır. Ancaq bunun da ona heç bir xeyiri olmur. Hətta Xoruzburaxan Astan dönüb olur Deşikli Astan. Beləcə, kənddə-kəsəkdə daha da bədnam olan bədbəxt Astan zurnaçılığın daşını ataraq, gedir özünə təzə peşə axtarmağa. Amma ləqəbi elə üstündə qalır ki, qalır.

Astan və zurna demişkən, bu yerdə "Azadlıq" və "Yeni Müsavat" kimi kar-kuğuzlarda eşələnən, özlərini "jurnalist", dahi köşə yazarları kimi oxuculara sırıyan, ancaq daha çox ZURNALİST qismi kimi tanınan Samir Sarı təxəllüslü SARIQULAQLAR, Zümrüd Yağmur ləqəbli yağışdan çıxıb yağmura düşənlər, Zamin Hacı adlı "ŞEYXOR" hacılar yada düşür. Çünki ən azından bunların da kim və nə olduqları heç kimə sirr deyil. Sirr deyil ki, onlar buraxdıqları xoruzlar və açdırdıqları dəliklər vasitəsilə özlərinə yeni-yeni yollar açdırırlar. Hər halda, bu belədir. Daha həmin yolların düz, yaxud da əyri olması onların heç birini qətiyyən maraqlandırmır. Təkcə cəbhəkrat, ya da CƏBHƏKROT Elnur Astanbəylinin söz yığını olan köşəsinin daimi başlığına baxsan, onun kim olduğunu anlayarsan - AXRINCI YOL! Yəni bu "adam" özünü kifayət qədər axırıncı yola qoymaqla, jurnalist deyil, ZURNALİST olduğunu qırılmış, mürəkkəbi qurumuş üzərinə min cür ...- püsür bulaşmış qələmi ilə sübuta yetirib. Həmçinin, daxili hisslərində oyanmış müxalifətçi yazarçılıq timsalında özü ilə bərabər, digər müxalifətçi yazarların axırıncı yolda olduqlarını izhar edib. Belə olmasa idi, ən azından bir-ikisi yerindən qalxaraq deyərdilər ki, ayə, ay Asatan, özün axırıcı yoldasansa, bizi niyə özünə tay edirsən? Amma demirlər. Çünki axırıncı yolda olmaq onlar üçün də qəbuedilən "dəyərdir". Bu baxımdan, heç də onlara qarşı yazılan və deyilən xitablardan inciməsinlər. eyni zamanda, müasir atalar sözünü də unutmasınlar: İNCİYƏNİN KÜNC YAZISINA...

GÜLLƏNİ NECƏ SIXMALI?

İnsani dəyərləri, şərəfi, ləyaqəti, heysiyyəti, kişilik simvollarını qeyb etmiş bu kimi nadürüstlərin ZURNALİSTLİKLƏRİ cəmiyyətdə elə də ciddi rol oynamasa da, hər halda, onların üzərlərində müəyyən analizlər aparmağa dəyər. Amma həmin analizləri aparmamışdan öncə, əvvəllər onların bir-birləri üzərində. Həmçinin, "Azadlıq" qəzeti üzərində göstərdikləri "kişiliklərini" xatırlamaq lazımdır. Bu gün Elnur Astanbəyli kimi ZURNALİSTİN Qan Turalı adlı "məsləkdaşı" tərəfindən korlanmış, daha da murdarlaşdırılmış "Azadlıq" səhifəsində AXIRINCI YOLU tutmasına da təəccüblənmək lazım deyil. Çünki murdarlaşmış səhifələrdə yazı yazmağı ar etməyəndən hər cür yolları gözləmək olar.

Nəticədə, ona və onu dəstəkləyərək, axrıncı yolu tutanlara bircə məsləhətim var. Başda Elnur Astanbəyli olmaqla, zamin hacılar, samir sarılar bu qədər şərəfsizliklərə qapılmaqdansa, getsinlər başlarına güllə sıxsınlar. Öz başına necə güllə sıxmağı XORUZBURAXAN VƏ DEŞİKLİ ASTAN YAXŞI BİLİR...

RÖVŞƏN

Digər xəbərlər