PDF Oxu

Köşə

  • 967

KİMİ DİNCƏLMƏYƏ, KİMİ DƏ...

KİMİ DİNCƏLMƏYƏ, KİMİ DƏ...

Son günlər bəzi müxalifətyönlü mətbuat səhifələrində Müsavat başqanının kurorta getməyini elə bir dərəcədə göylərə qaldırırlar ki, adama baxanda demək istəyir ki, əşşi, görəsən, bu, hansı banan ölkəsinin dövlət başçısıdır? Yəni başqanın bu tərzdə reklam olunmasının yüz faiz pərdəarxası məqamları var. Qarşıdan gələn 2013-cü il seçkilərinə qədər başqa cür necə reklam olunmaq olar axı? Məsələn, "Yeni Müsavat" qəzetinin baş səhifəsində İsanın Şimali Qafqaza istirahətə getməyini elə bir tərzdə yazıblar ki, guya onun Müsavatda bir müddət görünməməsi partiyadaşlarını yamanca məyus edəcək.

Hətta bundan ötrü dəlixanaya düşənlər də tapılacaq. Və yəqin ki, bundan ən çox pəjmürdə olan Müsavat yetkililərindən biri də partiyanın ali məclisinin sədri Zəlimxandır. Axı Müsavat öz qurultayını keçirə bilmədiyi bir ərəfədə, hazırda başqanının da yükünü çəkmək məhz onun üzərinə düşür. İndi gəl anti-İsa tərəfdarlarının cavabını ver görüm, necə verəsən?! Tutalım ki, Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev anidən öz qruplaşmasına hücum əmri verdi və partiyanın qurultayı-filanı keçirilməmiş gəldi oturdu başqanlıq postunda. Hə, bax onda İsa başqanına nə cavab verəcək, binəva Zəlimxan? İsa Zəlimxanın yaxasından tutub deməyəcəkmi ki, ay şoğərib, bəs mən sənə peçatımı, ştampımı etibar etmişdim, sən isə gör mənim başıma hansı oyunu açdın?

Məsələ də ondadır ki, Müsavatın parçalandığı, məhv olduğu bir ərəfədə İsanın Kislovodskiyə, nə bilim, Yessentukiyə, Soçiyə, Krıma getməsi bəzi müəmmalar doğurmaqdadır. Hətta deyilənə görə, İsa bu səfər çərçivəsinə Armavir şəhərini də qatıb. Axı orada yaşayan əhalinin böyük hissəsini erməni aşnaları təşkil edir. Əgər nəzərə alsaq ki, Müsavat başqanı ötənlərdə Gürcüstanda erməni müxalifətinin başbiləni hesab edilən Aram Manukunyanla görüşüb, onda demək mümkündür ki, həmin görüşün üçüncü hissəsi (birincisi Potsdamda olmuşdu - R.) Armavirdə keçirilə bilər. Və yəqin ona görə də Müsavatın parçalandığı bir zamanda İsanın öz əyalı ilə rahatca qaydada istirahətə getməsi onun üçün problem yaratmayıb. Yoxsa ki, o ayağını qərargahından çölə qoyar-qoymaz kreslosunu başına uçurardı anti-İsaçı müsavatçılar. Başqa tərəfdən, ötənlərdə xarici səfirlik əməkdaşlarından birinin onun kabinetinə diplomatla girib, diplomatsız çıxmasını unutmaq lazım deyil. Nə vecinə axı İsanın, Araz aşığından, Kür topuğundandır. Rahatca şəkildə vurub arvadını qoltuğuna, gedib istirahət etməyə. Yəni daha dəqiq desək, istirahət adı altınd Aram Manukunyanla "qafqazski kizikivıy vodka" vurmağa.

ƏLİNİN "DALINDAN" İSTƏNİLƏN "CƏBHƏÇİ" DƏYƏ BİLƏR

"Cəbhə" sədri opponenti İsanın səfərə getməklə reklam olunmasını görüncə, dərhal "Azadlıq" qəzetinə (axı həmin qəzetin ağası onun özüdür - R.) başqasının dili ilə bəyanat verib ki, Müsavat başqanından fərqli olaraq, heç yerə tərpənəsi deyil. Çünki bir tərəfdən pasportu yoxdur, başqa tərəfdən də pasportu olsa belə, səfərə-filana getməz. Ona görə ki, hazırda AXCP (i) də pis vəziyyətdədir. Partiya daxilində elə həngamələr, elə fırtınalar, tufanlar yaşanır ki sabah Əlinin "dalından" istənilən "cəbhəçi" dəyə bilər. O da İsa kimi hərif-zad deyil ki, "dalından" dəydirsin. Hazırda oturub öz sədrlik kreslosunda, ayaqlarını da pərçimləyib iki başmağa. Əlinin biri ağzında, digəri də arxasında oturub 2013-cü ili gözləyir. Amma əbəs yerə. Heç olmasa ən azından gedərdi Nabrana istirahətə. Bir-iki saatlıq yoldur. Hərgah kreslosunu tutmaq istəyən də olsa, bir göz qırpımında alardı həmin "xainin" başının üzərini. Amma yenə də özü bilər. Amma Əli gərək unutmasın ki, kreslosunu tərk etmədən də hər şeyini əldən verə bilər. Çünki onun kreslosunun altını qazanlar da az deyil. Məsələn, Fuad, ya da Həsən. Düzdür, Əli buna inanmasa da, mən deyəcəyimi dedim. İndi özü bilər, istəyər İsa kimi səfərə gedib, reklam olunar, istəyər də səfərə getməyib "dalından" dəydirə bilər.

RÖVŞƏN

Digər xəbərlər