PDF Oxu

Köşə

  • 1 115

LƏNƏTƏ GƏLƏSƏN, ƏSƏD!

LƏNƏTƏ GƏLƏSƏN, ƏSƏD!

Suriya qan çanağında boğulur, Suriya Allahın yadından çıxardığı ölkələrdən birinə çevrilib. Suriya lənətlənmiş tiranın - Bəşər Əsədin tank, raketatan və kimyəvi silahları ilə silahlanmış nizami ordusunun tapdağı altında inləyir, bağırır, can verir. Budur Suriyanın mənzərəsi: dağıdılmış binalar, uçurulmuş məscidlər, minarələr və camilər, yandırılmış Quranlar və...

"VƏ"-LƏRİN ARDINCA GƏLƏN NÖVBƏTİ "VƏ"-LƏR

Əslində, həmin "və"-lərin ardında daha çox məqamlara toxunmaq mümkündür. Uzun müddətdir ki, televiziya kanallarında, sayt və portallarda hər gün yenilənən videogörüntülər, fotoşəkillər hər şeyi deyir və həmin "və"-lərə ehtiyac da qalmır. Sadəcə, baxırsan, baxdıqca da sual edib deyirsən: "Axı yük maşınının arxasına qan lığımı içində atılmış ana ilə körpənin Bəşər Əsədə hansı pisliyi keçmişdi?! Bəs Əsədin çörək növbəsində dayanmış, müqəddəs Ramazan ayında evlərinə, ocaqlarına ruzi-bərəkət aparmaq istəyən sadə, silahsız adamlara tərəf tanklardan mərmi atmaq kimi aşırı nifrəti nədən qaynaqlanıb?! Bir qucağında 2-3 yaşlı oğul övladının cansız bədənini, kürəyində isə yaralı həyat yoldaşını daşıyan əyal sahibi Bəşər Əsədin üzərinə hücum edib, onun canınamı qıyacaqdı?! " Əsla, yox! Onların sən Əsədlə heç bir işi-filanı olmayıb və olmayacaqdı da. Amma sən, Bəşər Əsəd olaraq, bəşəri cinayətləri törətməklə onu öz ləyaqətindən, insanlığından qat-qat artıq tutdun. Nəticədə, olanlar oldu. Amma unutmaq lazım deyil ki, bütün bu baş verənlər olmaya da bilərdi.

NƏ ALLAH, NƏ DƏ BƏŞƏR ÖVLADI ƏSƏDİ BAĞIŞLAMAYACAQ!

Yayın əvvəllərində dünya mediası belə bir həvəskar videonu paylaşdı. Bəşər Əsədin silahlı "itləri" Azad Suriya ordusundan olan əsiri diri-diri torpağa gömdülər. Ancaq qəhrəman insan ömrünün son dəqiqələrinədək Allaha dualarını etdi. Ancaq Əsəd "itləri" onun sözlərinə mane olaraq, ölüm ayağında olan əsirə dedizdirməyə çalışırdılar ki, "Əsəddən başqa Allah yoxdur" (?!) Və əgər Azad Suriya ordusunun əsiri bunu desə idi, onun həyatını bağışlayacaqlarını bildirirdilər. Amma istədikləri olmadı. Çünki nifrət öz işini görmüşdü.

Təəssüf ki, belə hallar indi də baş verməkdədir. Əsədin ordusu Hələbdə, Şamda və başqa şəhərlərdə xalqı qarışqa kimi əzir, tapdayır, məhv edir. Əsəd anlamır ki, əgər Suriyada xalq qalmasa, o, kimin prezidenti olacaq?

Və bu yerdə daha bir məqama toxunmaq istərdim. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, onlar Bəşər Əsədin qaniçənliyini son ana qədər müdafiə edəcəklər. Belə açıqlamaların arxasında isə, daha bir məqam dayanıb. Rusiya rəsmən öz daxili şovinizmini üzə çıxarır və bəyanatları ilə sülhün, əmin-amanlığın bərqərar olmasında mənfi tərəfini sərgiləyir. Lap Qarabağ problemində olduğu kimi. Yəni Rusiya hər zaman işğalçıların, qaniçənlərin, terrorçuların tərəfini saxlayıb və bu, sirr deyil. Amma belə bağışlanmaz səhvlərin, çox yəqin ki, bir nəticəsi olacaq. Həmin nəticə bəlli olduqdan sonra isə nə Əsədi, nə də ki, Əsəd rejimini dəstəkləyənləri nə Allah, nə də ki, bəşər övladı bağışlamayacaq! LƏNƏTƏ GƏLƏSƏN, ƏSƏD!

RÖVŞƏN

Digər xəbərlər