PDF Oxu

Köşə

  • 920

O, HƏM DƏ QATİLDİR?

O, HƏM DƏ QATİLDİR?

Son zamanlar AXCP sədri Əli Kərimovun mərhum prezident Əbülfəz Elçibəyi zəhərləməsi haqqında irəli sürülən iddialar, görünür ki, öz təsdiqini tapmaqdadır. Amma bütün bunlarla yanaşı, cəmiyyətdə istər-istəməz belə bir sual yaranır: Əcəba, Əli Kərimov Elçibəyi həqiqətənmi zəhərləyib? Əgər bunu edibsə, hansı məqsədi güdüb? Həmçinin, burada daha hansı maraqlar olub? Düzdür, bütün bunları müvafiq orqanlar araşdıracaq və əsil reallıq, əsil həqiqət meydana çıxacaq. Başqa tərəfdən isə, atalar demişkən, od olmasa, tüstü də çıxmaz. Məhz belə arqumentləri ortaya qoymaqla, qozun Ə.Kərimovun başında qırılması məsəli labüdləşir. Onda gəlin biz də öz ittihamlarımızı irəli sürək.

Bir zamanlar bütöv şəkildə fəaliyyət göstərən AXCP-də bugünkü kimi qarmaqarışıqlıqlar hökm sürürdü. Belə bir ərəfədə Ə.Kərimovun Ə.Elçibəyə qarşı anti-simpatiyası daha çox qabarırdı. Hətta Elçibəyin xəstə yatağında olması bu adamın ürəyinə insanlıq, humanizm gətirmirdi. Həmin vaxtlarda Elçibəyi siflis xəstəsi adlandıran da Ə.Kərimov olmuşdu.

İTTİHAMLAR HƏQİQƏTƏ DOĞRU GEDİR

Digər tərəfdən, bugünkü AXCP sədrinin birdən-birə bu qədər böyük ittihama məruz qalması, həmin ittihamların Hafiz Hacıyev tərəfindən səsləndirilməsi sonradan "KXCP" sədri Mirmahmud Fəttayev, BAXCP sədri Qüdrət Həsənquliyev, BQP sədri Fazil Mustafa kimi eks-"cəbhəçilər" tərəfindən də bir növ dəstəklənməsi bu ittihamların həqiqətə doğru getdiyini göstərir.

Düzdür, son günlər Xanım Xəlilovanın da ortaya çıxması, sanki həmin dövrlərin ictimai müzakirəyə çıxmasına şərait yaratdı. Xarıtladaq ki, bu həmin X.Xəlilovadır ki, 2003-cü il prezident seçkilərində Müsavat başqanı İsa Qəmbərova dividendlər qazanmaq üçün "Cümhuriyyət" qəzetini təsis etmiş, qızını isə həmin qəzetə baş redaktor təyin etmişdi. Bu xanım Türkiyəyə təzə-təzə köçdüyü zamanlar, oğlunun Ə.Elçibəydən olduğunu iddia etmişdi. Çünki burada onun bəzi maraqları vardı. Yəni Ə.Elçibəy vəfat etdikdən sonra, onun adından spekulyasiyalar etmişdi X.Xəlilova.

Ancaq bu gün X.Xəlilovanın Elçibəyin xəstələndiyi dövrlərdə guya qoruyucu mələk olmasını sübut etməyə çalışması, başqa məqamları da üzə çıxarır. Və burada sual yaranır ki, nəyə görə bu gün ölkə mətbuatına çıxan X.Xəlilova vaxtilə "çox sevdiyi" Elçibəyi zəhərləyən Ə.Kərimovun müdafiəsinə qalxıb? Yoxsa burada onundamı əli var? Bax, məsələ də budur! Aradan gedən gedib, yerdə qalanlar gedənin dərdinə ağlamaqdansa, hələ də bir-birlərini ittiham edirlər.

BU "ADAM" ÖZ ATASINI DA ZƏHƏRLƏMƏYƏ QADİR QATİLDİR

Əslində, bu onların öz işləridir. Əsas məsələ odur ki, həqiqət özünü tapsın və bilinsin ki, mərhum Ə.Elçibəyi kim zəhərləyib. Hətta qoy üzə çıxsın ki, Ə.Kərimov X.Xəlilova ilə birgə xarici kəşfiyyat orqanlarından nə qədər məbləğdə pul alıblar ki, Elçibəyi zəhərləsinlər, yaxud da zəhərlətsinlər.

Bu ərəfələrdə dağıdıcı müxalifətə məxsus internet televiziyasına çıxan AXCP sədri Ə.Kərimov yenidən öz düşük, xarizmasız, kişi ləyaqətinə sığışmayan ifadələri ilə öz alçaqlığını və rəzilliyini ortaya qoyub. Məhz belə rəzillikləri nəzərə alaraq, ona sual edənlər çox tapılacaq. Ə.Elçibəyin onun tərəfindən zəhərlənməsi məsələsi sübut və faktlarla ictimailəşdikdən sonra, sula ediləcək ki, yoxsa Ə.Kərimov öz atasını da zəhərləyib?! Axı bir partiya sədri olmaqla yanaşı, o, həm də bir qatildir!

MÜBARİZ

Digər xəbərlər