AXCP sədrinin başı yaman dərdə düşüb. Bunun əsas səbəbi isə, sən demə, elə də uzaqda olmayan bir hadisə ilə bağlıdır. Yəni düşünsək ki, Əlinin başı hər zaman dərddə olub, onda həmin hadisələri ard-arda düzmək də olar. Fəqət, görmüşük ki, "igidlərin başı qalda gərək" deyib atalarımız. Amma Ə.Kərimov igid-filan olmadığı üçün, onun başı qalda deyil, məhz dərddədir. Amma bu gün onun igid olmasa da nə olması haqqında danışmağı sonrakı mövzulara saxlayaq və hazırda baş verən maraqlı proseslə bağlı danışaq. Daha dəqiqi, Ə.Kərimovun mərhum prezident Əbülfəz Elçibəyi zəhərləməsindən. Düzdür, bu baradə, hələ ki, 100% əminliklə danışmasam da, əslində, AXCP sədrindən belə addımları gözləmək 100 % mümkündür.
GECƏLƏR LUNATİKLƏRƏ DÖNÜB BALKONDA BALET OYNAYANLAR DA TAPILIB
Amma gəlin görək müxalifətin Ə.Kərimov qanadı bu barədə nə deyir, nə qoyur? Məsələn, onlar da baş verən məsələ ilə bağlı əməli-başlı altlarını batırıblar. Hətta zəhərlənmə məsələsinə görə, sarısını udub, sarılıq tutanlar, gecələr lunatiklərə dönüb, balkonda balet oynayanlar da tapılıb. Bu azmış kimi, Ə.Kərimov ağzını açıb qoyub şeytan yoluna və deyir ki, Ə.Elçibəyi o zəhərləməyib. Məgər bu etirafın özü zəhərlənmə etirafı deyilmi? Adama deyərlər ki, soğan yeməmisənsə, için niyə göynəyir? Hardan bilirsən ki, Elçibəy zəhərlənib və onu sən etməmisən?
Bu barədə suallar çox ola bilər. Amma başqalarının Ə.Kərimova qahmar çıxmaları daha bir məsələ ətrafında şübhələr yaradır. Yerindən duran müxalifət mənsubları, hətta "ACP" -nin "lideri" Rəsul Quliyev durub-durub xəyanətkar partiya sədrinin tərəfini saxlayır, guya onun "mələk" olmasını sübut etməyə cəhd göstərirlər. Bundan "qeyrətə" gələn "yazzıx" Əli də boynunu büküb "pak" olduğunu əlində olan bütün şərəfsiz metodları ilə isbatlamağa çalışır.
XÜSUSİ ROL
Hətta rayonlardan, bölgələrdən, dünyanın müxtəlif gey-klublarından tutmuş, toyuq-xoruz hinlərinədək hər yerdən Ə.Kərimova "zəhmətkeş məktubları" gəlməkdədir. "Azadlıq" qəzeti isə həmin "zəhmətkeş məktublarını" reportaj halında palaz-palaz yayımlayır, AXCP sədrinin aydan-arı, sudan da duru olduğunu sübut etmək istəyir. Ancaq təbii ki, bütün bunların bir şou olması da danılmazdır. Danılmazdır ki, Ə.Elçibəyin həyatının itirilməsində Ə.Kərimovun xüsusi rolu var. Bu rolun arxasında daha hansı qaranlıq məsələlərin dayanması isə yaxında bilinəcək. Ancaq öz aramızdır, bu dəfə nəinki "zəhmətkeş məktubları", heç ümumdünya geylərinin teleqramları da Əlinin başını dərddən çıxara bilməyəcək. Çünki o, vaxtilə həmin başını çox lazımsız yerlərə dürtərək, "qabağa getmək" istəmişdi. Hətta...
MÜBARİZ