PDF Oxu

Köşə

  • 1 772

ADAM KİŞİ OLAR, ƏBÜLFƏZ!

ADAM KİŞİ OLAR, ƏBÜLFƏZ!

Milli kəlamlarımız arasında belə bir deyim var ki, Allah adamı sonradan "qeyrətə" gələn "kişilərdən" qorusun. Yəni sözünü tutmaya-tutmaya rəzil həyat yaşayan birinin sonradan "riqqətə" gəlib, özünü söz tutan "vicdanlı kişi" kimi qələmə verməsinin axırı yaman pis olur. Necə ki, pozğun qadın dönüb olur bir "mələk".

Təəssüf ki, Əli Kərimovun rəhbərlik etdiyi AXCP-də sözügedən situasiya davamlı olaraq sərgilənməkdədir. Düzdür, burada bəzilərini çıxmaq mümkündür. Məsələn, Mirzə Sakiti, Xaliq Bahadırı, eləcə də, digər sözü üzə deyənləri. Amma sözü üzə deyib, sonradan tüpürdüyünü yalayanlar çoxluq təşkil edir "cəbhə"də. Lap bircə gün öz sözünün üzərində kişi kimi dayana bilməyən gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı kimi.

Bu adam da sədri Əli Kərimov kimi o tərəf-bu tərəfə əsən mavi bayraq təsirini bağışlayır. Belə olmasa idi, hər halda, istefa verdiyi AXCP gənclər komitəsindən istefa verib, sonradan üzüqara gəlinlər təki başını sallayıb, geri dönməzdi. Amma bu, baş verdi. Ona görə ki, Əbülfəz Qurbanlının Əli Kərimov kimi sədri var!

Əbülfəz Qurbanlının istefası da çox qəribə görünürdü, əslində. Belə ki, müxalifətin qütblərindən biri kimi hesab edilən "Nida" hərəkatının səlahiyyətlisi ilə "facebook"da qız davası döyən bu fərd, qarşı tərəfin bir-iki yumruğunu iştahla yedikdən sonra, bütün günahlarını sədri Əli Kərimovda axtarmağa başladı. Hətta dedi ki, daha bəsdir, mən siyasətdən gedirəm, bezmişəm, axı adam nə qədər döyülər, söyülər və s. Amma nəticədə, tüpürdüyünü yaladı və sonradan qeyrətə gələn "kişi" qismində özünü atdı "cəbhə" sədrinin ayaqları altına. "Facebook"dakı profilində yazıb ki, "Son hadisələr, olanlar məni xeyli üzdü. Xoşagəlməz davranış məni "siyasətdən gedirəm" açıqlamasını verməyə məcbur etdi" (?!)

Adama deyərlər ki, ə, Əbülfəz, adam kişi olar! Ancaq kişilik təkcə tibbi leksionla desək, "penis" daşımaqdan ibarət deyil! Ona qalsa, küçələrdə sərgərdan-sərgərdan gəzərək, sümük axtaran erkək itlər-pişiklər o qədərdir ki. Onlara da kişi deyə müraciət etsinlər da! Bax, məsələnin də əsas kökü budur, ay Əbülfəz.

Hələ utanmaz-utanmaz da deyir ki, onun "istefa" oyunu ictimai rəyi öyrənmək üçün faydalı oldu (?!-R.) Yoxsa ictmaiyyət sənin və sənin kimi qeyri-şərəfli sədrin üçün oyuncaq-zaddır? Guya Arandan Milə, Mildən Muğana, Muğandan Şirvana qədər uzanıb gedən "cəbhə" elləri Əbülfəzin AXCP-nin gənclər komitəsindən getməsinə məyus olmuş, hətta özlərini dar ağacından asmaq istəyənlər də tapılmışdı.

Opponentlərinin bu barədə mülahizə aparmalarına da" göz yumduğunu" deyən bədbəxt adam baş verənləri görməzliyə vurduğunu deyir. Amma onun bədbəxtliyi də ondadır ki, kordur. Ona bu korluğu da sevimli sədri Əli Kərimov öyrədib. Və əgər kordursa, "qarşı tərəfin mətbuatı"nın nə yazdığını necə görüb? Yəqin binəvanın kor olub- olmaması da öz əlində deyil.

Fəqət, "getməmək, o uzaq yola davam etmək! Qərarım budur" deyə "facebook" səhifəsində yazan Əbülfəz burada bir həqiqəti deyib. Bəli, onların yolları uzaqdır, hətta çox-çox uzaqdır. Çünki bu yol onlarlıq deyil. Və onların yolları hər kəsə məlumdur. Bu yolun adı sonradan "qeyrətə" gəlmək, tüpürdüyünü yalamaq və bişərəflik yoludur. Ona görə də, adam kişi olar, Əbülfəz!

RÖVŞƏN

Digər xəbərlər