Deyilənə görə, müxalifətdə vəziyyət gərgindir. Hətta elə gərgindir ki, həmin gərginliyin nəticəsi, ruslar demişkən, "vot-vot" partlamaq həddinə gəlib çatıb. Bir tərəfdən "cəbhə" sədri Əli Kərimovun namizəd məsələsində marqlı "ehtimalı", başqa tərəfdən Müsavat başqanı İsa Qəmbərovun "mənəm-mənəmliyi" bütün partiyaları qatıb bir-birinə. Axı nə etsinlər binəvalar? Yazıq digər partiya sədrləri hələ də hansının namizəd olacağını bilmədiklərinə görə, zəlil-giriftar qalıblar müxalifət düzündə. Çıxış yolu isə yoxdur.
Üstəlik, mərhum Əbülfəz Elçibəyin qəsdən, zəhərlənərək, öldürülməsində Ə.Kərimovun barmağının olması, eyni zamanda, İ.Qəmbərovun da həmin məsələdən agahlığı... Bütün bunlar düşərgənin daxildən parçalanmasına əməlli-başlı şərait yaradıb.
BİRİ ASQIRIR. O BİRİ...
Amma baş verənlərə rəğmən, nəyin necə olacağını müxtəlif bəyanatlar çərçivəsində səsləndirən ikiqütblü müxaifətin başbilənləri heç özləri də nə danışdıqlarının fərqində deyillər. Biri deyir, o biri dərhal cavabını verir, biri asqırır, o biri də dərhal asqırmağın qabağına başqa zad qoyur...
Bax, beləcə müxalifət və onun "liderləri" 2013-cü ili gözləyirlər. Ancaq məsələnin nədən ibarət olmasını isə bilmirlər. Bilmirlər ki, düşdükləri vəziyyət onların siyasi görüşlərinin, baxışlarının göstəricisi deyil, sadəcə, səviyəsizliklərinin və düşük nüfuzlarının təbii obrazıdır. Və həmin təbii obraz daxilində yuxarıda köşəmdə hallandırdığım məsələlər öz yerini kifayət qədər tapıb.
NƏHAYƏT Kİ...
Qaldı ki, AXCP və Müsavat rəhbərliyinin funksioner səviyyəsində qarşılıqlı atamacalarla bəyanatlar səsləndirmələrinə, söyləmək mümkündür ki, həmin atmacaları nə qədər çox etsələr, yaxşı olar. Ona görə yaxşı olar ki, hələ 2013-cü ilin prezident seçkiləri yaxınlaşmamış, camaatın bunların qırıldamalarından canı qurtarar. Daha heç kim Ə.Kərimov və İ.Qəmbərov siyasi qarşıdurmalarından doğan qırıldamaları eşitməz və nəticədə köhnəlmiş, ifrəmiş, hətta naftalin iyindən də betər qoxu verən "ənənəvi müxalifət" arxivə gömülər, nəhayət ki...
Bax, onda yeni müxalifətin zəruriliyi, demokratik, sivil çərçivədə aparılan mübarizə metodu üzə çıxar. Yəni heç olmasa Azərbaycanda da doğru-dürüst müxalifət yaranar ki, iqtidarla bir yerdə ümummilli, ümumdövlətçilik məsələsinə dair yaranmış fikirlər üst-üstə düşər. Yeni müxalifətdə Ə.Kərimov, İ.Qəmbərov və onların quyruqbulayanları qismində çıxışlar edən fərdlər silinib gedər. Bircə 2013-cü il tez gələydi.
MÜBARİZ