Sonda haqq öz yerini tapdı. Nəticədə, Azərbaycan xalqı bir-birinə çox səbrsizliklə gözlədiyi gözaydınlığını verdi. Ramil Səfərov azadlıqdadır. Bu, Azərbaycanın müqəddəs bayrağının təəssübünü çəkən zabitimizin övgüsüdür, qələbəsidir, zəfəridir. Və bu zəfər övgüsü, inşallah, Ramilin Qarabağı azad etmək arzusu ilə qovuşacaq, Azərbaycan xalqı növbəti gözaydınlıqlarını verəcək.
Təbii ki, burada ölkə başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevin göstərdiyi böyüklüyə baş əyməmək olmur. Məhz Onun Ramilin azadlığa çıxmasında göstərdiyi əzmkarlığı, eləcə də, qəhrəman zabitimizi dərhal əfv etməsi həmin böyüklüyün, həmin nəhəngliyin bariz göstəricisidir. Bəli, bu, gözlənilməz oldu. Hətta qəhrəmanımızın atası Sahib Səfərov oğlu Ramilin belə tezliklə evdə olmasını gözləmədiyini bildirdi: "Biz Azərbaycan Prezidentinə, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik. Mən gözləmirdim ki, Ramil belə tezliklə evə gələ bilər". Və bu kimi açılamanın özü hər şeyi özü-özlüyündə deyir. Bu, bir ata, bir valideyin sözü deyil, bu, bütün Azərbaycan xalqının öz Prezidentinə olan tükənməz inamı və sevgisidir. Ramil doğma vətəninin müqəddəs bayrağı uğurunda səkkiz (məhkəmə hökmü çıxarılmamış dövr də daxil olmaqla -R.) ilə yaxın bir müddət ərzində sübut etdi ki, harada olmasından asılı olmayaraq, Azərbaycan zabiti həmin məfhumu qorumaq əzmindədir. Qorudu da, sübut etdi də Ramil! Sübut etdi ki, Azərbaycan zabiti çox qısa bir zaman kəsimində dil də öyrənə bilər, kitab da yaza bilər, hətta tərcüməçiliyin də öhdəsindən gələr. Çünki bu amil, bu bacarıq Azərbaycan zabitinin qanında və canında yoğrulub.
TƏƏSSÜF Kİ, YENƏ DƏ İSA QƏMBƏROV...
Amma təəssüflə qeyd edilən məsələlər də var ki, burada bəzi insanların sözügedən mövzu ətrafında el dili ilə desək, "quş buraxmaları" əsəbləri gərginləşdirməyə xidmət edir. Belə ki, Azərbaycanda baş verən hər bir mühüm proses çərçivəsində özlərini "ictimai rəyə" sırıyan müxalifət partiya rəhbələri, daha dəqiqi, Müsavat başqanı İsa Qəmbərov guya Ramilin azadlığa çıxmasına "necə sevindiyini" əxz etdirmək istəsə də, ciddi, hətta həyatında buraxdığı növbəti çox ciddi səhvə yol verib. Deyib ki, "Ramil Səfərov öz əməlinə görə, çox ciddi bir səhvinə görə kifayət qədər ciddi şəkildə cəzalanıb" (?!-R.)
Məgər Azərbaycanın vətəndaşı və zabiti olaraq, Azərbaycanın bayrağını müdafiə etmək, murdar erməni zabitinin həyasızlığına göz yummamaq nə vaxtdan "CİDDİ SƏHV" kimi başa düşülüb? Belə çıxır ki, öz xalqının namusunu, şərəfini müqəddəs hesab edən bir şəxs onu qorumağa, hifz etməyə çalşırsa, ciddi səhvəmi yol verir? Bax, məsələ də bundadır.
Və əslində, xalqımızın bu qədər sevincli və qürurlu günündə məsələyə siyasi baxış kontekstindən yanaşmaq istəməzdim. Ancaq nə edəsən? Müsavat başqanının belə bir utancverici münasibətini də cavabsız qoymamaq olmur. Hər halda, İsa Qəmbərovun ermənilərə olan möhtəşəm sevgisi onun bu kimi açıqlamasında da kifayət qədər əks olunub. Əgər belə olmasa idi, Müsavat başqanı dərhal informasiya məkanına çıxıb, Ramilin qəhrəmanlıq şücaətini "ciddi səhv" deyə adlandırmazdı. Görünür, o, yenidən Aram Manukunyana olan sədaqətini məhz belə açıqlaması ilə sərgiləyib.
Amma əlbəttə ki, belə şəxsiyyətsizliyin dəyərsizliyinə qiymət verməyə hələ çox vaxtımız olacaq. Ona görə də, isa qəmbərov və əli kərimovları çıxmaq şərtilə, gözün aydın, Ramil, gözün aydın, Azərbaycan!
RÖVŞƏN