PDF Oxu

Köşə

  • 1 378

YA HƏSƏN KEÇƏL, YA DA KEÇƏL HƏSƏN

YA HƏSƏN KEÇƏL, YA DA KEÇƏL HƏSƏN

Siyasi həyatda cərəyan edən ambisiyalar fonunda müxtəlif cür ziddiyyətlər təşkil edən məqamlar mövcuddur. Həmin ziddiyyətlərə seçki ambisiyalarını, yüksək mövqe uğrunda aparılan mübarizələri, iddiaları, eləcə də, digər siyasi baxış prizmalarını əlavə etmək mümkündür. Lakin bu arada siyasi baxışlar, elə bir fərqli hal almaqdadır ki, irəli sürülən ambisiyalar, ümumiyyətlə, normal siyasi prosesləri tamamlamır. Nəticədə, anlaşılmaz "modern" siyasi ifadələr meydana çıxır.

Buna misal olaraq hazırda özlərini ənənəvi müxalifət partiyaları kimi təqdim edən AXCP və Müsavat rəhbərliyi növbəti və başadüşülməz terminlər uğrunda mübarizəyə start veriblər. Maraqlıdır ki, buna mübarizə də demək mümkün deyil. Çünki hər iki partiya sədrlərinin seçki marafonuna qatılmaq ambisiyaları "vahid namizəd" və "əsas namizəd" üzərində dayanıb. Hansı ki, buna bir cür aydınlıq vermək olar: həm vahid, həm də əsas namizəd - ikisi də eyni anlam daşıyır. Sadəcə, burada Əli Kərimli və İsa Qəmbər arasında yaranmış uçurum özəllik təşkil edir və onlar arasındakı həmin uçuruma bir səbəb lazımdır ki, bu da yuxarıda qeyd ounan "vahid" və "əsas" məsələsidir. Yəni Müsavat əsas namizəd, AXCP isə vahid namizəd ideyasını dəstəkləyir.

Ancaq onu da nəzərə alsaq ki, hər iki partiya əvvəllər vahid namizəd ideyası haqda danışsalar və bunun qələbə çalmaq üçün əsas düsturlardan biri hesab etsələr də, hazırda Müsavat bunun yanlış olduğunu bəyan edir. Belə ki, Müsavat partiyasının funksionerləri və partiyaya yaxınlığı ilə seçilən siyasətçilər özlərinə təhkim olunmuş mətbuat vasitələrində vahid namizəd ideyasını qapadaraq, əsas namizəd ideyasını irəli sürürlər.

Amma Müsavatdan fərqli olaraq, AXCP əsas namizəd ideyasını rədd edərək, vahid namizəd məsələsini dəstəklədiyini bəyan edir. "Cəbhəçilər" isə bunu öz mətbuatlarında gündəmə çıxarırlar. Artıq partiyaya yaxın şəxslər sosial şəbəkələrdə də bu haqda çağırışlar etməyə başlayıblar. Eyni zamanda, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə nəzər salanlar, bu faktı öz gözləri ilə görmüş olacaqlar.

Artıq bəlli olduğu kimi, "İctimai Palata"da müttəfiq olan hər iki partiya arasında ciddi mövqe fərqliliyi mövcuddur. Həmin fikir ayrılığı isə atalardan qalan bir məsəli xatırladır. Ya Həsən keçəl, ya da keçəl Həsən, hər ikisi də bir zaddır.

MÜBARİZ

Digər xəbərlər