PDF Oxu

Köşə

  • 1 114

İNDİ NİYƏ SUSURLAR?!

İNDİ NİYƏ SUSURLAR?!

Dünya bu ərəfələrdə Azərbaycanın üzərinə sanki total hücuma keçməyə, təhdid dili ilə danışmağa meyillidir. Nədir ki, Azərbaycan onun müqəddəs adının müdafiəsinə qalxmış, şərəf və dövlətçilik atributunu müdafiə etmiş QƏHRƏMAN zabitinə sahib çıxdı. Sahib çıxdı və zaman-zaman haqsızlıqlara, ədalətsizliklərə uğradığına baxmayaraq, haqlı olduğunu sübuta yetirdi. Və sübuta yetirdi ki, Azərbaycan tarixlər boyu yenilməyib, yenib! Fəqət, hər şey dünyada, təəssüf ki, ədalətlə həll edilmir. Hətta ədalət zəfər çalanda belə, ona qarşı ədalətsizliklər edilir. Həmin ədalətsizlik bu günlərdə ASALA erməni terror təşkilatının Azərbaycan vətəndaşlarına qarşı yaydığı qudurğan, azğın, qan iyi verən bəyanatı ilə özünü təsdiq etdi. Dünya birliyi isə susdu...

SARKİSYANIN "FƏTVA"SINA SUSQUNLUQ

Nə ABŞ prezideti Barak Obama növbəti dəfə narahatlığını bəyan etdi, nə müvafiq nüfuzlu təşkilatlar, o cümlədən, BMT ASALA-ya rəsmən himayədarlıq edən işğalçı Ermənistana sərt təpki göstərdi, nə də ki, Sarkisyanın zabitimizin qətlinə verdiyi rəsmi "fətva"sına münasibət bildirdi. Maraqlıdır, dünya niyə susdu? Yoxsa Azərbaycan çağdaş, demokratik və sivil müsəlman ölkəsi olaraq, xristian ailəsinə daxil olmadığına görə?Əslində, bu kimi suallara bir çox məntiqi cavablar vermək olar. Həm də müxtəlif dəlil-sübutlarla. Bu gün norveçli qatil-terrorçu, 77 nəfəri amansızcasına qanına qəltan edən Breyvik ən müasir həbsxana-oportamentdə kef edir. Onun əlinin altında internet, televiziya, gündəlik mətbuat mövcuddur. Breyvik günün istənilən saatında gəzinti etmək üçün geniş həyatyanı sahəyə, eləcə də, həftənin bir neçə günündə yaxınları ilə görüşmək hüququna malikdir. Amma nədənsə, onu dünyanın heç bir terror qruplaşması həyatına qəsd etməklə təhdid etmir. Avropa və dünya isə Breyvikin 21 illik kurort həyatına razılıq əlaməti ilə baxırlar. Bu onların öz işləridir.

SOYQIRIMI ETİRAFINA XRİSTİANSAYAĞI "SİYASİ BAXIŞ"

Amma Ramili Breyviklə müqayisə etməsinlər gərək! Susmasınlar ki, Azərbaycan xalqı ASALA çaqqalları tərəfndən təhdid edilir, vətəndaşlarımızın adlarına "cəzası ölüm!" kimi hökmlər çıxarılır. Bu gün Ermənistan rəhbərliyinin rəsmən elan etdikləri "ASALA"çı "milli qəhrəmanlarını" türk qanına susadıqlarını etiraf edərək, Xocalıda qətlə yetirilmiş azərbaycanlıların ruhlarını təhqir edirlər, bununla da, etiraf edirlər ki, onlar həqiqətən də bu soyqırımını törədiblər. Bəs dünya yenə də susur! Amma indi niyə susurlar? Bax, məsələ də bundadır. Gözləyirlər ki, ASALA növbəti terror aksiyaları icra etsin? Gözləyirlər ki, Azərbaycan cavab tədbiri olaraq hələ göstərmədiyi gücünü, qüdrətini ortaya qoyaraq, güc yolu ilə torpaqlarını azad etsin? Yaxud gözləyirlər ki, yüzlərlə, minlərlə, on minlərlə məğlubedilməz Azərbaycan əsgərləri ASALA çaqqallarının kökünü kəssin? Bəlkə bunu gözləyir dünyanın başbilən siyasətçiləri?!Görünür ki, Azərbaycan onun müqəddəratına xələl vurmaq istəyində olan şər qüvvənin qarşısını aldıqdan sonra, ASALA, Daşnaksütyun və başqa bu kimi erməni terror yuvaları param-parça edildikdən sonra, bu gün zabitimizin azadlığa çıxmasını barmaqarası qarşılayan dünya birliyinin bəzi ağzıgöyçəkləri yenə də ədalətsiz mövqe nümayiş etdirəcək. Amma eybi yox, qoy etsinlər. Çünki ədalətə ədalətsiz mövqe nümayiş etdirmək bunların xristiansayağı "siyasi baxışlarıdır".

RÖVŞƏN

Digər xəbərlər