PDF Oxu

Köşə

  • 1 200

SARKİSYANI "YANDIRDILAR", SƏRRAST ATƏŞ İSƏ ONU GÖZLƏYİR!

SARKİSYANI "YANDIRDILAR", SƏRRAST ATƏŞ İSƏ ONU GÖZLƏYİR!

Tarixən erməni terrorunun qaniçənlik obrazını türk-azəri milləti üzərində kifayət qədər reallaşdırmış "ASALA"-nın məlum "fətvası" bu qurumun nəyə "qadir" olduğunu sübuta yetirib. Sübut olunub ki, "ASALA" həmin "ASALA" deyil və bu terrorçu təşkilatın ümumiyyətlə, varlığı tükənib. Hətta Ermənistan hakimiyyətinin də maddi dəstəyindən məhrum olmuş "ASALA" (çünki bu hakimiyyətin özü dilənçilik siyasəti yrüdür - M.) kağız üzərində bəyanat yaymaqdan başqa heç nəyə yaramayan quruca addır. Bu baxıdan, "ASALA"-nın hay-küylü, hədələyici terror bəyanatı elə bəyanat olaraq da qaldı. Amma nə Ermənistan hakimiyyəti, nə də həmin hakimiyyətin dəstəklədiyi erməni terror qruplaşmaları türk hiddətini nəzərə almağı unudublar. Unudublar ki, onların hər bir xoxgəldisinə bir cavab verilə bilər. Bu cavabın adı onları əbədi olaraq yerlərində oturtmaqdır.

Belə bir xəbərdarlıq qardaş Türkiyənin İğdır vilayətində olundu. İğdırda Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) "ASALA" erməni terror təşkilatına etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyanın maketini rəmzi edam edib. Bu, həm də erməni həyasızlığına qarşı atılmış addım kimi dəyərləndirilib. Çünki bir neçə gün qabaq, Van vilayətində fəaliyyət göstərən Akdamar erməni aposol kilsəsində ayin zamanı Ermənistan bayrağının qaldırılması cavabsız qalmamalıydı. Görünür, Ermənistan prezidenti Serj Sarkisyan xüsusi tapşırığı əsasında törədilmiş həmin təxribat addımına qol qoyarkən, hiddətli xalq kütləsi tərəfindən "yandırılacağından" bixəbər olub.

Sarkisyan "yandırılmamışdan" öncə, ASİMDER-in rəhbəri Göksəl Gülbəy "ASALA"-nın Türkiyə və Azərbaycan diplomatlarına hədə-qorxu məktubları göndərdiyini bildirib: "ASALA terror təşkilatının Macarıstandan öz ölkəsinə ekstradisiya edilən azərbaycanlı zabit Ramil Səfərovun əfv edilməsinə reaksiya verərək, yazdığı məktubda Azərbaycanın diplomatları, iş adamları, xaricdəki tələbələri və diaspor təşkilatları hədəf olaraq göstərildi. Biz də burada - Ermənistanla sərhəddən "ASALA"-ya səslənirik: "Gücün yetirsə, gəl, bizi öldür. Hamımız Ramilik, ölümə hazırıq!".

VİCDAN MƏHKƏMƏSİNİN QƏRARI: EDAM!

Qəzəbli kütlə Serjikin bənzər maketini düzəltdikdən sonra vicdan məhkəməsini qurublar. Nəticədə, həmin məhkəmənin qərarı ilə onu yandırıblar. "Sarkisyanı Azərbaycan ərazisi olan Qarabağda əli qanlı körpə qatili olduğu üçün edam edirik. Onun özünün də "ASALA"-nın üzvü olduğunu bilirik. Azərbaycanın milli qəhrəmanı İbad Hüseynovun "ASALA" terror təşkilatının lideri Melikonyanı öldürdüyü kimi, "ASALA"-nın indiki liderlərinin də taleyinin eyni olacağını bildirmək istəyirik!".

Və burada istər-istəməz sual yaranır. Sual yaranır ki, Sarkisyan hələ nə qədər müddət belə vicdan məhkəmələrində "asılaraq", "yandırılaraq" edam olunacaq? Məgər bu məhkəməni real olaraq qurmaq mümkün deyilmi? Axı nəyə görə Misirin keçmiş prezidenti Hüsnü Mübarək xəstə-xəstə məhkəmələrə çıxarıldı, Liviyanın sabiq diktatoru Qəddafi linç edilərək öldürüldü, ancaq Sarkisyan hələ də türk qanına susadığını azğın ifadələri ilə etiraf edir? Yəni dünya bu qədər ədalətsizdirmi? Yəni dünya bu qədər ədalətsizliyə dözəcək qədər qəddardırmı?

SƏRRAST ATƏŞLƏ!

Əlbəttə ki, bu gün İğdırda Ermənistan prezidentinin rəmzi olaraq edam edilməsi başqa yerlərdə də həyata keçirilib. Ancaq belə rəmzi edamların bir gün həqiqət məhkəməsinin çıxardığı qərara əsasən rəmzilikdən çıxmasını yaddan çıxarmamalıyıq. Əks halda, çoxsaylı soyqırımlarında şəhid olan türk millətinin azərbaycanlıların ruhu bizləri bağışlamaz, şəhidlərimiz rahat yatmaz. Bir də ki, əgər dünya birliyi belə qaniçənləri hələ də sivil insan obrazında qəbul edəcəksə, onda Sarkisyan müqədəs Qarabağ savaşında AZƏRBAYCAN ƏSGƏRİNİN SƏRRAST ATƏŞİ İLƏ GƏBƏRƏCƏK. Və edamına da lüzum qalmayacaq. İNŞAALLAH!

MÜBARİZ QULİYEV

Digər xəbərlər