PDF Oxu

Köşə

  • 2 122

Azərbaycan çörəyinin haram olunası "adam(lar)ı"

Azərbaycan çörəyinin haram olunası "adam(lar)ı"

Azərbaycanın çörəyini yeyib, ona əğstəğfürullah şıllaq atanların sayı təəssüf ki, sayılacaq qədərdir. Az, ya da çox olmasından asılı olmayaraq, belə "adamlar" var. Və belə "adamlar"ı ona görə dırnaq arasına alıram ki, belələrinin hərəkətləri əsil adamlıqdan kənardır. Əgər onu da nəzərə alsaq ki, adi köpək sahibinin verdiyi yalı yedikdən sonra ona şıllaq atmır. Bu zaman şüurlu varlıqların nəyə görə belə hərəkətlərə rəvac vermələri həqiqətən də başa düşülən deyil.

Götürək dağıdıcılıq, radikalizm, anarxiya və xəyanət yolu ilə hakimiyyətə gəlmək istəyən ənənəvi müxalifət liderlərini. Onlar da öz iqtidara keçmək hərisliklərini müxtəlif cür xəyanətlərlə, satqınçılıqlarla, hətta dövlətçiliyə zərər vura biləcək addımları ilə reallaşdırmaq arzusundadırlar. Eləcə də, qondarma hüquq müdafiəçiləri - xüsusilə, Leyla Yunus, Arif Yunus timsalında olan hüquq müdafiəçiləri də bu kimi müxalifətçilərlə iş birliklərinə gedərək, hansı markalı "adam" olmalarını sübuta yetirirlər. Ancaq məsələ təkcə onlarla birmir. Belə ki, Azərbaycanın müqəddəs çörəyini yedikdən sonra harınlayaraq, ona şıllaq atanlardan biri də Rusiyada, Sankt-Peterburqda nəşr edilən "Tolış" qəzetinin seperatçı baş redaktoru, qondarma "Talış-Muğan Respublikası" parlamentinin "sədri" olmuş Fəxrəddin Abbaszadədir. Məhz bu "adam" da vaxtilə Azərbaycanda yaşamış, bu ölkənin çörəyini yeyib, suyunu içmiş, necə deyərlər, adam içinə çıxdıqdan sonra əsil sifətini ortaya qoymuşdur. Bu gün həmin "adam" separatçı "Tolış" qəzetinin redaktoru olmaqla yanaşı, zaman-zaman Ermənistanın internet saytlarında yazılarla çıxış edir, işğalçılıq dili ilə danışan ermənilərə "qardaş" deyə müraciət edirdi. F.Abbaszadənin bir neçə gün öncə Ermənistanın "voskanapat.do.am" saytında "Talışıstan, Ləzgistan və Avarıstan: Reallıq mif deyil!" məqaləsi yayımlanıb. Onu da qeyd edək ki, həmin saytda Azərbaycana, böyük Türk dünyasına qarşı kifayət qədər aqressiv, hədəyana və təhqir dili ilə yazılar, dezinformasiyalar gedir. Bu baxımdan, dəfələrlə məqalələrində "müstəqil Talış Respublikası"nın qurulmasına çağırışlar edən F. Abbaszadə adlı "adam" (ona it demək belə heyifdir. Çünki it ondan dəfələrlə ağıllı heyvandır-M.) bu dəfə də eyni təkliflə çıxış edib. Məqalədə bildirilir ki, bu ideyanın arxasında guya üzünə bir milyon talış camaatı dayanır: "İnternetdə müstəqil Talışıstan ideyasının ətrafında resurslar açılıb. Talışların müstəqil dövlət ideyasının irəliləyişinə mane olmağa çalışanlar, əslində, bu ideyanın populyarlaşmasına səbəb olurlar. Mən qardaşım Şahnazaryanın (?!-M) sözləri ilə razıyam, Ləzgistan, həmçinin, Talışıstan və Avarıstanın taleyi bizim qətiyyətimizdən asılıdır. Qanunlar xalqın iradəsinə qarşı - subyektiv, zəif və dəyişkəndir. Bizim xalqlarımızın azadlıq və müstəqilliyinə nail olması üçün dünyada və bizim regionumuzda yeni geosiyasi vəziyyət yaranıb. Biz öz qələbəmizdə əminik və qalib gələcəyik!". Bax, budur yediyi çörəyə, içdiyi suya şıllaq atmaq. Və belə şəxsiyyətsizlərin erməni saytlarında çaqallar təki ulaşması, nəinki talış xalqını, eləcə də, digər etnikləri separatçılığa cəlb etmək cəhdləri də qeyd edilən amillərdəndir. Bəs kimdir bu separatçı çaqqal?

İctimaiyyət arasında özünü "Abboszodə" adlandıran Fəxrəddin Abbaszadə 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, uzun müddət elmi kommunizm, daha sonra politologiya fənnini tədris edib, politologiya fakültəsində baş müəllim vəzifəsində çalışıb və tədris müəssisələrində dərs vəsaiti kimi istifadə olunan bir neçə dərsliyin müəllifidir. O, 1993-cü ildə qondarma "Talış-Muğan Respublikası" parlamentinin spikeri təyin olunub. Xəyanətin qarşısı alındıqdan sonra Rusiyaya sığınan F.Abbaszadə bu dövrdən başlayaraq xaricdə, xüsusilə, Ermənistan KİV-ində Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edib. Azərbaycan əleyhinə fikirlər səsləndirən F. Abbaszadə daim Ermənistanın terrorçuluq, təcavüzkar, işğalçılıq siyasətini dəstəkləyib. F.Abbaszadə separatçılıq fəaliyyətində Azərbaycanın birliyi və ərazi bütövlüyünün əleyhinə olan qruplarla bərabər hərəkət edir. Onun mütəmadi şəkildə Avropada və Ermənistan mətbuatında çıxışları olur. Yəni onun kimilər Azərbaycana düşmən olan kim varsa, həmişə onların yanında olur, Azərbaycan əleyhinə bir konfrans olarsa, mütləq orada iştirak edirlər. Və əslində bu hal yeni, ilk dəfə olan hal deyil. Onlar bir neçə il bundan qabaq Azərbaycanın ərazi bütövlüyünə xəyanət etmək istəyən "Talış-Muğan Respublikası"nın nümayəndələrinin ideologiyasını davam etdirirlər. Əlikram Hümbətovun aqibətinin necə olduğu Azərbaycan xalqına bəllidir, ona görə də onların Azərbaycan torpağını işğal edən ermənilərdən fərqi yoxdur. Onların bütün arzu və istəkləri ürəklərində qalacaq. Azərbaycan milləti və dövləti buna imkan verməz. Azərbaycan xalqının torpaqlarını işğal edən, Xocalı kimi soyqırımı bu millətə yaşadan düşmənlə bərabər hərəkət edənin adı düşməndir. Bu baxımdan, Azərbaycan çörəyinin haram olunası "adamları" arasında bir çoxları ilə yanaşı, F.Abbaszadə adlı çaqqal da mövcuddur. Görünür belə ziyanverici vəhşilərin köklərinin kəsilməsi zamanı yaxınlaşıb. Tədbir tökməyin vaxtıdır!

MÜBARİZ

Digər xəbərlər