AXCP sədri Əli Kərimlinin 2013-cü seçki ilinə bu qədər "həssas" yanaşması artıq onun ağlına da ciddi və mənfi şəkildə sirayət etməyə başlayıb. Özü də o, bu dəfə hakimiyyətin-filanın deyil, birbaşa ATƏT-in ətəyindən yapışıb ki, bəs ay avropalı siyasilər, müşahidəçilər siz niyə məhz seçki prosesindən sonra münasibətlər açıqlayırsınız? Siz bundansa, seçkilərdən əvvəl münasibətlərinizi açıqlayın və qərarlar verin (?!). Yəni ölkədəki konstitusiya, qanunvericilik qalsın bir yana, ATƏT-in müşahidəçiləri gəlsinlər və başlasınlar burada söz ağası rolunu oynasınlar. Bu qondarma təklif nə qədər əsaslıdır, yaxud da əsassızdır, qalsın bir yana, amma digər yana qalmayan bir məsələ var. Daha dəqiq desəm, sual var: Ay "ağıllı", bu günə qədər harada görünüb ki, hansısa nüfuzlu təşkilat seçkilədən öncə, yaxud da sonra hər hansı dövlətin seçki məcəlləsinə, qanunvericiliyinə, ümumiyyətlə, normal, demokratik siyasi mühitinə müdaxilə etsin?
Başqa tərəfdən, ATƏT-lə yanaşı, Avropa Şurasına da qarmaq atmağa səy göstərən Ə.Kərimli hər iki təşkilatı Azərbaycanda islahatlar aparmağa çağırması, həqiqətən də, onun əndazəsinin deyil, ağlının da çaşmasını göstərir. Necə deyərlər, çaşan aşar. Amma aşdığının fərqində olmayan Ə.Kərimov, görünür, 2013-cü ilə qədər belə davam etsə (hərgah bu elə də inandırıcı görünmür), seçki dərdi onun həyatı bahasına başa gələ bilər. Yəni bu dərd onu "öldürər". Axı "kişinin" oğlu prezident olmaq istəyir! Ancaq unudur ki, türklərin belə bir misalı var: "Fazla istek, zararlı sonluğa kadar gider". Yəni aşırı istək onun üçün heç də yaxşı sonluq ola bilməz.
QARA QIZIN BAŞQA DƏRDİ NƏDİR?
Danışdıqca ağlını daha çox itirməyə başlayan "cəbhə" sədri Avropa Şurasının həmməruzəçilərini obyektiv olmamaqda suçlamağı da unutmayıb. Deyib ki, "müxalifət həmməruzəçilərin obyektiv olmaması və buna etimad göstərmədiyini açıqlayıb". Maraqlıdır, çox maraqlıdır ki, görəsən, AŞ həmməruzəçiləri bundan böyük "dərdə" düşüblərimi? Axı Azərbaycanın "ənənəvi müxalifət" rəhbərləri bunlara etimad göstərmirlər. Ancaq yüz faiz əminliklə deyə bilərdim ki, həmməruzəçilər yeri gələndə, normal müxalifətçilik edən partiyalarla görüşüblər və onların görüşlərində kərimovsayağı hadisələr baş verməyib. Bu səbəbdən də, Azərbaycanda demokratik mühitin normal çərçivədə inkişaf etdiyi vurğilanıb. Bax, bundan sonra Ə.Kərimovu yamanca dərd götürüb ki, onun sözü heçə-puça çıxarılıb, digər müxalifətçilərin, yəni konstruktivlərin təklifləri və rəyləri hesaba alınıb. Burada isə antidövlətçi, milli maraqlara əks olan bir dənə də olsun söz və ifadə işlədilməyib. Ona görə də sən demə qara qızın dərdi varıymış. Bu səbəbdən də, zəngulə vurub ki, həmməruzəçilər dəyişdirilməlidir. Ancaq deyən yoxdur ki, 2013-cü ilin dərdindən başı indidən xarab (guya harası xarab deyil ki?) olan "cəbhə" sədrinin müəyyən müalicəyə ehtiyacı var. Ən azından "palata"sından kənara çıxmayaraq, vaxtı-vaxtında "iynəsini" vurdursa yetər. Bəlkə ondan sonra ağıllanar, binəva. Amma bəlkəni əkiblər, hətta 20 ilə yaxındır ki, gübrə, peyin verirlər belə, fəqət, hələ də bitməyib. Allah ağıl versin cəmi kərimovçulara. Amin!
RÖVŞƏN