Siyasi-ictimai, siyasi-iqtisadi, sosial-siyasi və s. Bu kimi terminlər gündəlik mətbuatımızda ən çox işlənən ifadələrdəndir. Amma bu dəfə həmin ifadələrin harada, necə işlənməsi haqqında geniş polemika açmaq niyyətində deyiləm. Sadəcə demək istəyirəm ki, birdən işdir-şayət, terminalogiyamıza təzə bir söz -SİYASİ-İDMANİ ifadəsi əlavə edilsə, heç kim təəccüblənməsin. Çünki belə şeyləri müxalifətdən gözləmək mümkündür. Məsələn, Müsavat İsa Qəmbər kimi. Yəqin ki, "Neftçi"-"İnter" Milan oyunu haqqında hələ çox danışılacaq, yazılacaq. Və mən burada həmin oyun haqqında da münasibət bildirmək fikirndə deyiləm. Sadəcə, demək istəyirəm ki, heç olmasa nüfuzlu İtaliya komandasına and içmək üçün bir qol vura bildik.
İSTƏYİR LAP QRANT PULLARINI DA XƏRCLƏSİN
Qayıdım SİYASİ-İDMANİ məsələsinə. Həmin oyunda sən demə, otuz iki min azarkeş içində Müsavat başqanı İsa Qəmbər də olub. İndi məni qınayanlar deyəcəklər ki, olubsa da olub daaa, nə olsun ki? Bəyəm hansısa partiya sədrinin furbola getmək hüququ-zadı yoxdurmu? Əlbəttə ki, var. İstəyir lap aldığı qrant pullarından bir azacıq xərcləyərək, getsin ABŞ-da Milli Hokkey Liqasının oyunlarına, eləcə də, NBA-nın oyunlarına tamaşa etsin. Bir milli kinomuzda deyildiyi kimi, Məgər mənim öz arvadımla bazara getmək hüququm yoxduuur?!
İndi, qardaş, Müsavat başqanı gedib oturub stadionda və fotoqrafına da tapşırıb ki, o, guya oyuna diqqətlə baxacaq və fotoqrafı da başqanın şəklini çəkəcək. Oyundan sonra isə, gedib evə və həmin şəkillərini "Facebook" səhifəsində bölüşüb. Bununla da özünü SİYASİ-İDMANİ qaydada reklam edib. Futbolu, idmanı siyasiləşdirib.
AYIBDIR AXI, BIYYY...!
Axı Müsavat başqanı hər şeyi siyasiləşdirməyi yaxşı bacarır. Hətta əlifba kitabını, küçələrdəki işıqforları, bəlkə geyim-kecimləri də siyasiləşdirmək bacarığındadır İ.Qəmbər. Amma vallah, əbəsdir. Xalq onsuz da İ.Qəmbərin üzünü görməkdən bezikib. Elə o birisinin- Ə.Kərimlinin də! Ə.Kərimli demişkən, o niyə İ.Qəmbərlə birgə "Neftçi"nin oyununa getməyib? Yoxsa aralarındakı siyasi mübarizə ciddi xarakter almağa başlayıb?
Nə isə, İ.Qəmbərin hərəkətlərindən belə çıxır ki, kim futbola gedirsə, şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşmalıdır? Bir də Nə olsun ki, o İ.Qəmbərdir? Bəyəm İ.Qəmbətin buynuzu-zadı var? Adama deyərlər SİYASİ-İDMANİ ÖZÜNÜRÜKLAM etməkdənsə, getsin əməlli-başlı iş-güclə məşğul olsun. Yekə kişidir, ayıbdır axı, bıyyy!
MÜBARİZ